Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Cəmiyyət 18 Sentyabr 2026, 17:55
282
Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə "Birliyin Gücü – 2026" birgə hərbi təlimi keçiriləcək.
Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.
Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.
Həmçinin oxuyun
Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.
Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb.Citypost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq....
18 Sentyabr 2026, 18:10
Dağlıq rayonlara yağış, sel və daşqın xəbərdarlığı
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
18 Sentyabr 2026, 17:20
Sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı açıqlandı
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər mütəmadi azalma müşahidə olunur.Belə ki, Azərbaycanda 2023-cü ildə sərxoş vəziyyətdə 193 cinayət qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 168-ə düşüb. 2025-ci ildə isə bu fakt 161 olub.
18 Sentyabr 2026, 16:54
DİM sədri süni intellekt dövrünün çağırışlarından danışdı
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Xankəndidə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşünün keçirildiyini açıqlayıb.Citypost.az xəbər verir ki, M.Abbaszadənin sözlərinə görə, görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının aidiyyəti dövlət qurumlarının, dövlət qulluğu üzrə akademiyalarının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.Görüşün əsas mövzusu “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” olub. DİM sədri qeyd edib ki, müasir dövrdə dövlət qulluqçusunun yalnız öz fəaliyyət sahəsini və qanunvericiliyi bilməsi kifayət deyil. Onun sözlərinə görə, rəqəmsal savadlılıq, məlumatların təhlili, etibarlı informasiyanın dezinformasiyadan ayrılması, süni...
18 Sentyabr 2026, 16:45
Anar Bayramov bu şəxsi şöbə müdiri təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsində yeni təyinat baş tutub.Əmrə əsasən, Elçin Zeynalov Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə müdiri təyin olunub./nocomment.az/
18 Sentyabr 2026, 16:35
Rayon sakinləri icra başçısını topa tutdu: “Nə kömək göstərdi, nə də...”
"Bizim Salyan" “Facebook” səhifəsində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun fəaliyyəti ilə bağlı keçirilən sorğu sakinlər tərəfindən kəskin tənqidlərlə qarşılanıb.Citypost.az xəbər verir ki, Sorğunun rəy bölməsində yerli sakinlər rayonun infrastruktur problemlərindən, xüsusilə də bərbad yol şəraitindən şikayətləniblər.İstifadəçilər Mərkəzi yolların və Stansiya qəsəbəsi istiqamətinin keçilməz olduğunu, rayonun baxımsız qaldığını bildiriblər. Sakinlər yaş həddinə görə daha gənc və dinamik kadrların təyin olunmasının vacibliyini vurğulayıblar. Toyuqlu pizzaDaha bir ciddi narazılıq vətəndaş qəbulu və sosial problemlərin həlli ilə bağlıdır. I qrup göz əlili olan sakin icra başçısının qəbulunda olduğunu, lakin ona heç bir köməklik göstərilmədiyini iddia edib.Şikayətçi icra başçısının vətəndaşlarla olduqca aqressiv...
18 Sentyabr 2026, 16:16