Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
Cəmiyyət 18 Sentyabr 2026, 18:10
281
Bakıda ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili davam etdirilir. Daha iki yol sahəsində işlərə başlanılıb.
Citypost.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzər alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları yaradılır.
Hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə zolaq təşkil edilib.
Həmçinin oxuyun
Hazırda bu küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırılmaqla zolaqlar qüvvədə olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək...
18 Sentyabr 2026, 18:16
Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək
Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə "Birliyin Gücü – 2026" birgə hərbi təlimi keçiriləcək.Bu barədə Citypost.az Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunacaq.Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.Təlimdə iştirak etmək məqsədilə Türkiyə...
18 Sentyabr 2026, 17:55
Dağlıq rayonlara yağış, sel və daşqın xəbərdarlığı
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
18 Sentyabr 2026, 17:20
Sərxoş vəziyyətdə törədilən cinayətlərin sayı açıqlandı
Ötən il Azərbaycanda sərxoş vəziyyətdə 161 cinayət törədilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.Məlumata görə, ölkədə bu kateqoriyadan olan cinayət hadisələrinin sayında son illər mütəmadi azalma müşahidə olunur.Belə ki, Azərbaycanda 2023-cü ildə sərxoş vəziyyətdə 193 cinayət qeydə alındığı halda, 2024-cü ildə bu rəqəm 168-ə düşüb. 2025-ci ildə isə bu fakt 161 olub.
18 Sentyabr 2026, 16:54
DİM sədri süni intellekt dövrünün çağırışlarından danışdı
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə Xankəndidə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin insan resurslarının inkişafı üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşünün keçirildiyini açıqlayıb.Citypost.az xəbər verir ki, M.Abbaszadənin sözlərinə görə, görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının aidiyyəti dövlət qurumlarının, dövlət qulluğu üzrə akademiyalarının və Türk Dövlətləri Təşkilatı Katibliyinin nümayəndələri iştirak ediblər.Görüşün əsas mövzusu “İnsan resursları rəqəmsallaşma və süni intellekt dövründə: inkişaf, perspektivlər və çağırışlar” olub. DİM sədri qeyd edib ki, müasir dövrdə dövlət qulluqçusunun yalnız öz fəaliyyət sahəsini və qanunvericiliyi bilməsi kifayət deyil. Onun sözlərinə görə, rəqəmsal savadlılıq, məlumatların təhlili, etibarlı informasiyanın dezinformasiyadan ayrılması, süni...
18 Sentyabr 2026, 16:45
Anar Bayramov bu şəxsi şöbə müdiri təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir.Citypost.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Anar Bayramovun imzaladığı müvafiq əmrə əsasən, Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsində yeni təyinat baş tutub.Əmrə əsasən, Elçin Zeynalov Sumqayıt Şəhər 3 saylı Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə müdiri təyin olunub./nocomment.az/
18 Sentyabr 2026, 16:35