Bizə yazın

Baku

-°C

USD

-

Natiq Muxtarlı Rövnəq Abdullayev və Rövşən Nəcəfi müqayisə etdi

Cəmiyyət 24 Sentyabr 2026, 09:02

406

Tanınmış jurnalist Natiq Muxtarlı SOCAR və AFFA-da rəhbər vəzifələrdə çalışmış şəxslərin peşəkarlığı ilə bağlı paylaşım edib.

N.Muxtarlı Rövnəq Abdullayevlə Rövşən Nəcəfi müqayisə edərək, “Rövnəq Abdullayev daha səriştəli kadr idi, yoxsa Rövşən Nəcəf?” sualını ünvanlayıb. O, hazırda Rövnəq Abdullayevin Rövşən Nəcəflə müqayisədə daha yüksək elmi göstəriciyə malik olduğunun ortaya çıxdığını yazıb.

Jurnalist Elxan Məmmədovla Fərəcullayev arasında da müqayisə apararaq, Elxan Məmmədovun professor olduğunu vurğulayıb.

“Amma nəbada Rövşən Nəcəfin, Fərəcullayevin qovulmasını tələb edəsiniz. Hələ bir onların yerinə gələnlərin necə ‘səriştəli’ olacaqlarını təsəvvür edin”, – deyə N.Muxtarlı qeyd edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli Nağıyev: “Təhlükəsizlik sistemi yeni çağırışlarla üz-üzədir”

Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır.Citypost.az  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışında bildirib.Xidmət rəisi ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb....

24 Sentyabr 2026, 09:47

Yeni Suraxanıda qaz olmayacaq 

Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.Citypost.az  bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.

24 Sentyabr 2026, 09:37

Laçında yanğın olub 

Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

24 Sentyabr 2026, 09:35

Şəbnəm Karslı qızların təhsili ilə bağlı MÜHÜM MESAJ VERDİ

Gənc yazar, publisist Şəbnəm Karslı məktəblərdə hicab qadağası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,Ş.Karslı hesab edir ki, məktəblərdə hicabın qadağan edilməsi qız uşaqlarının təhsildən yayınmasına səbəb ola bilər. O, uşaqların hicab taxmasının məcburi və ya könüllü olmasından asılı olmayaraq, əsas məsələnin onların təhsil imkanlarının qorunması olduğunu vurğulayıb.“Zorla bağlanan qızın gələcəyi bəlkə də o son ümidi olan təhsildədir. Ondan da məhrum etməyək balalarımızı”, – deyə gənc yazar qeyd edib.Ş.Karslı paylaşımında təhsildən məhrum olan qadınların gələcəyi ilə bağlı narahatlığını da ifadə edib və “Təhsilsiz qadın – qaranlıq zehin, cahil gələcəkdir” fikrini səsləndirib....

24 Sentyabr 2026, 09:30

“Səs də, mahnı da. Heç nə də...” – Rəbiqə Nazimqızından MÜĞƏNNİLƏRƏ İRAD

Şairə, tərcüməçi və esseist Rəbiqə Nazimqızı plastik əməliyyatlar və bəzi tanınmış şəxslərin xarici görünüşü ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, R.Nazimqızı üzündə çoxsaylı plastik əməliyyat etdirən qadınların görünüşündə müəyyən oxşarlıqlar yarandığını iddia edib. O, plastik müdaxilələrin zamanla yenilənməyə ehtiyac yaratdığını qeyd edib.Şairə paylaşımında adını açıqlamadığı bir müğənninin fotosu ilə bağlı fikirlərini də bölüşüb. O, həmin şəxsin görünüşünün onun üçün yalnız insanın başqa maraqlı xüsusiyyətləri olmadığı halda diqqət çəkdiyini yazıb.“Görünüş mənimçün yalnız o zaman maraqlı olur ki, adamda başqa maraqlı heç nə olmasın. Təəssüf ki, yoxdu. Yəni səs də, mahnı da. Heç nə də...” – deyə R.Nazimqızı qeyd edib.O, paylaşımının...

24 Sentyabr 2026, 09:24

Şairdən məktəblərdə başörtüsü müzakirəsi: “Çarə nədir?”

“Eramızdan əvvəl VII əsrdə (İslamdan min il öncə) yaşamış yəhudi peyğəmbəri Sofoniyanın (Zephaniah) kitabında allahın, qurban günündə qəribə geyinən hər kəsi cəzalandıracağı yazılıb... Daha sonra Məhəmməd peyğəmbərə aid edilən bir hədisə görə “başörtüsü inancsızlarla inanclılar arasında sərhəd” olaraq qəbul edilir. “Onlar kimi olmamaq üçün kafirlər kimi geyinməyin”. Bu cümlələrin müəllifi şərqşünas Bernard Luisdir. “Orta Şərq” kitabı.Sofoniyadan da min il, yəni eramızdan 1750 il əvvəl tarixdə ilk dəfə Babil hökmdarı Hammurapi özünün məşhur qanunlarında iffətli qadınların başörtüsü geyinmələrini əmr etmişdi.  Hammurapinin bu əmrindən əvvəl başörtüsü ana tanrıların mədədlərindəki rahibələrin uniforması idi. Qədim dünyada kişilərin və qadınların dini ayin və rituallarda tanrı ilə ünsiyyət zamanı...

24 Sentyabr 2026, 09:19