Əli Nağıyev: “Təhlükəsizlik sistemi yeni çağırışlarla üz-üzədir”
Cəmiyyət 24 Sentyabr 2026, 09:47
375
Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır.
Citypost.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışında bildirib.
Xidmət rəisi ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.
Həmçinin oxuyun
Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Formula 1"lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq
Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş qrafiki dəyişdiriləcək.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən məlumat verilib.Bildirilib ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin Qırmızı xəttin digər stansiyaları saat 00:00-da bağlanacaq....
24 Sentyabr 2026, 10:28
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
24 Sentyabr 2026, 10:22
Ramin Məmmədov "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Biləsuvar şəhərində yerləşən "Cümə" və "İmam Zaman" məscidlərini ziyarət edib.Bu barədə Citypost.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, komitə sədri Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, ibadətgahların təmir və bərpası istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, dini qurumlara mütəmadi olaraq dövlət dəstəyinin göstərilməsi Azərbaycanda bütün konfessiyalara qarşı yüksək diqqətin və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının göstəricisidir.Ramin Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərini xüsusi vurğulayıb. Milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması,...
24 Sentyabr 2026, 10:00
Yeni Suraxanıda qaz olmayacaq
Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.Citypost.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
24 Sentyabr 2026, 09:37
Laçında yanğın olub
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
24 Sentyabr 2026, 09:35
Şəbnəm Karslı qızların təhsili ilə bağlı MÜHÜM MESAJ VERDİ
Gənc yazar, publisist Şəbnəm Karslı məktəblərdə hicab qadağası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki,Ş.Karslı hesab edir ki, məktəblərdə hicabın qadağan edilməsi qız uşaqlarının təhsildən yayınmasına səbəb ola bilər. O, uşaqların hicab taxmasının məcburi və ya könüllü olmasından asılı olmayaraq, əsas məsələnin onların təhsil imkanlarının qorunması olduğunu vurğulayıb.“Zorla bağlanan qızın gələcəyi bəlkə də o son ümidi olan təhsildədir. Ondan da məhrum etməyək balalarımızı”, – deyə gənc yazar qeyd edib.Ş.Karslı paylaşımında təhsildən məhrum olan qadınların gələcəyi ilə bağlı narahatlığını da ifadə edib və “Təhsilsiz qadın – qaranlıq zehin, cahil gələcəkdir” fikrini səsləndirib.Əli...
24 Sentyabr 2026, 09:30