Bizə yazın

Baku

-°C

USD

-

Sabah rayonlarda 32 dərəcə isti olacaq

Cəmiyyət 25 Sentyabr 2026, 12:25

384

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir.

Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib

Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün yeni və əlverişli alternativ yaradılıb. Artıq metronun “20 Yanvar” stansiyasına və “Şamaxinka” adlanan əraziyə getmədən metronun “Avtovağzal” stansiyasından ödənişsiz istifadə etmək mümkündür.AYNA-dan Citypost.az-a verilən məlumata görə, “Avtovağzal” metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkandan daha rahat yararlanması üçün həmin ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.Belə ki, əvvəllər metronun “Avtovağzal” stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəliləyərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.Avtobusların Bakı-Sumqayıt yoluna...

25 Sentyabr 2026, 12:11

İlham Əliyev “Neuberger Berman”ın rəhbəri ilə görüşdü

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.Dövlətimizin başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.2016-cı ildən Azərbaycan Respublikası Dövlət...

25 Sentyabr 2026, 11:54

NAKAM ŞAİR MUSA QUBADLI - İlham Qəhrəmanın yazısı

İlham Qəhrəman yazır:Demək, dostlar, mənə həsr etdiyi portreti götürmək üçün Sumqayıta rəssam Fazil Abaszadənin emalatxanasına getmişdim. Söhbət əsnasında Fazil bəy mənə əldə cildlənmiş bir kitab göstərdi. Məlum oldu ki, kitabda nakam şair Musa Qubadlının 78 şeiri toplanıb. Musa Qubadlı (Musa Balaş oğlu Məmmədov) 1952-ci ildə Xıdırlıda anadan olub, 1972-ci ildə əsgər kimi xidmət etdiyi Ukraynanın Pervomayski şəhərində bədbəxt hadisə zamanı – göldə batan  iki qızı xilas edərkən – dünyasını dəyişib. Körpəlikdən yetim qalan Musanı Cılfır kəndində yaşayan ana nənəsi saxlayıb. Həmin kəndin 8 illik məktəbini bitirən gənc Musa 1968-ci ildə Naxçıvan Dövlət Pedaqoji texnikumuna daxil olub. 1971-ci ildən Xıdırlıya qayıdıb...

25 Sentyabr 2026, 11:06

“Əxlaqsızlar kilsəsi”: Ermənistanda müqəddəs institutun arxasında gizlənən ağır ittihamlar  

Min illər ərzində müxtəlif etnik və dini qrupları “erməni milləti” anlayışı ətrafında birləşdirən, milli yaddaşın formalaşmasında və qonşu xalqlara münasibətdə təsəvvürlərin yaradılmasında mühüm rol oynayan Erməni Apostol Kilsəsinin içində görün nələr baş verir? Uşağın qulağına hələ həyatın nə olduğunu anlamadığı yaşda “Türk sənin düşmənindir” düşüncəsinin pıçıldandığı, tarix boyu düşmən obrazlarının yaradıldığı bir ideoloji mühitin mənəvi dayaqlarından biri kimi təqdim olunan bu institut bu gün özü ağır ittihamların hədəfindədir. Xocalı faciəsi kimi qanlı hadisələrə münasibət məsələsində də erməni dini və milli institutlarının mövqeyi uzun illərdir ciddi mübahisə doğurur. Bəs cəmiyyətə əxlaq, mənəviyyat və vicdan dərsi verən bu “müqəddəs” institutun öz daxilində...

25 Sentyabr 2026, 10:56

Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib 

Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az  xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

25 Sentyabr 2026, 10:28

Xaricə gedən azərbaycanlıların ən çox üstünlük verdiyi ölkə AÇIQLANDI

2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1384,5 min nəfər olub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Bildirilib ki, vətəndaşlarımızın 43,9 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çox), 14,8 faizi Rusiya Federasiyasına (2,2 faiz az), 12,8 faizi Gürcüstana (13,6 faiz çox), 5,3 faizi İrana (41,2 faiz az), 23,2 faizi isə digər ölkələrə (3,9 faiz az) gedib. Gedənlərin 64,0 faizini kişilər, 36,0 faizini qadınlar təşkil edib.2026-cı ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,7 faizi hava, 27,4 faizi dəmir yolu və...

25 Sentyabr 2026, 10:16