Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: “Şəhid ailələrinə və qazilərə diqqət dövlət siyasətinin mühüm istiqamətidir”

Siyasət 25 Sentyabr 2026, 12:48

551

27 Sentyabr “Anım Günü” Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin, xalqımızın vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür.Məhz Ölkə Başçısı cənab İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam, həmin tarixin əhəmiyyətliliyini bir daha özündə ehtiva edən olduqca vacib təşəbbüsdür. 

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.

Deputat vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan “44 günlük Vətən müharibəsi” Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə bərabər arxa cəbhədə çalışan mülki şəxslər bir yumruq və bir ideya altında birləşərək, ordumuzun ruhdan düşməməsi, əksinə, daha da şücayətlə döyüşərək düşmənə qalib gəlməsi və qətiyyətli zəfərin əldə edilməsi naminə hər cür çətinliklərə sinə gərmiş və uzun illər düşmən tərəfindən işğal olunan torpaqlarımızın adaz edilməsinə nail olmuşlar. Məlumdur ki, təxminən 30 ilə yaxın müddət ərzində qonşu Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirərək, Qarabağ torpaqlarında müxtəlif təxribatlar törətmiş, bu ərazilərdə yaşayan dinc sakinlərimizə qarşı tarixdə misli-bərabəri görünməyən təcavüzlər və soyqırımlar törədərək, insanların öz yurd-yuvalarında rahat yaşamasına imkan verməmişlər.

Pərvanə Vəliyevanın sözlərinə görə, bütün bu əziyyətlərə sinə gərən və haqsızlıqlarla barışmayan xalqımızın mərd, şücayətli oğul və qızları nəhayət 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli fikrini dəstəkləyərək, Ölkə Başçısının tək bir əmri ilə bir olub ayağa qalxmış və uzun illər əsarətdə olan torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi naminə öz canlarından və qanlarından keçmişlər.Bu 30 ilə yaxın müddətdə Qarabağ torpaqlarının azadlığı ilə bağlı bir çox beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti, iki tərəf arasında mövcud olmuş münaqişənin dondurulmasına çalışması və bununla da illər ərzində aparılan siyasi danışıqların nəticəsiz qalması xalqımızın səbrinin tükənməsinə, məsələnin müharibə yolu ilə bir dəfəlik həll edilməsinə gətirib çıxartmışdır. Bu illər ərzində BMT tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlədiyi üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadan qalmışdır. Buna baxmayaraq, 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını, qəbul edilmiş beynəlxalq qətnamələrin icrasının ölkəmizin qüdrəti və xalqımızın gücü hesabına həyata keçirilməsini nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı təxribatlarını davam etdirmişdir.

Deputat xatırladıb ki, nəhayət, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin cəbhə boyu mövqelərinə və bir çox rayonlarımızın yaşayış məntəqələrinə davamlı artileriya zərbələri endirməklə xalqımıza qarşı növbəti təcavüzə başlamışlar. Bu isə, hərbi qulluqçularımız ilə bərabər ikisi azyaşlı olmaqla, on bir dinc sakinimizin həlak olması ilə nəticələnmişdir. Bununla da düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə və həmrəylik nümayiş etdirərək, müharibənin sonuna kimi döyüşmüş, düşməni son nəfərinə kimi torpaqlarımızdan qovub çıxartmış və onlara 30 iliik səbrin nəticəsini göstərmişdir. Bütün bu uğurlu qalibiyyətimiz isə qəhrəman şəhidlərimizin, həmçinin qazi və veteranlarımızın sayəsində baş vermişdir.Bu səbəbdən də, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən, Vətən uğrunda canını və qanını fəda edən şəhidlərimizin xatirəsinə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bundan başqa, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunumuşlar. 

Millət vəkili qeyd edib ki, bu gün ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət edilir, onların ailələrinə diqqət və qayğı göstərilir, Vətən müharibəsində həyatını itirmiş insanların xatirəsi müxtəlif tədbirlərlə yad olunur. Dövlət və cəmiyyət səviyyəsində keçirilən anım mərasimləri şəhidlərin həyat yolunun və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu səbəbdən Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət cəmiyyətin mənəvi məsuliyyətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Şəhidlərin ailələrinin və övladlarının daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir.Beləliklə, Şəhidlik Azərbaycan cəmiyyətində Vətən uğrunda ən böyük fədakarlıq kimi qəbul olunur. 27 Sentyabr – Anım Günü bu fədakarlığın unudulmaması və şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.Citypost.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.Telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb....

25 Sentyabr 2026, 12:13

Deputat: “Paşinyan verilən kitaba xəbərdarlıq notası kimi baxır”

Milli Məclisin deputatı Sahib Alıyev İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində keçirdiyi görüşlər zamanı təqdim etdiyi kitaba diqqət çəkib.Citypost.az xəbər verir ki, S.Alıyevin sözlərinə görə, Pezeşkian ikitərəfli görüşlər zamanı “Donald Trampın İran xalqına vəd etdiyi yardım” adlı kitabı hədiyyə edir. Onun bildirdiyinə görə, kitab ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində yaranan dağıntı və itkiləri əks etdirən fotolardan tərtib olunub.Deputat qeyd edib ki, İran Prezidenti bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra ona da həmin kitabdan hədiyyə edib.S.Alıyev Paşinyanın reaksiyasının kitabın sadəcə hədiyyə kimi deyil, xəbərdarlıq mesajı kimi qəbul edildiyini göstərdiyini bildirib.“Paşinyanın reaksiyası göstərir ki, o,...

25 Sentyabr 2026, 08:56

Qərb niyə siyasi islahatlara getdi? – Kənan Rövşənoğlu AÇIQLADI

Siyasi şərhçi Kənan Rövşənoğlu Şərq və Qərbin siyasi inkişaf tarixindəki fərqlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, K.Rövşənoğlunun fikrincə, Avropanın siyasi inkişafında əsas amillərdən biri hakimiyyətin islahatlara və səlahiyyətlərini cəmiyyətlə bölüşməyə məcbur edilməsi olub. O, Britaniyada kral hakimiyyətinin məhdudlaşdırılmasını, Fransada isə monarxiyanın devrilməsini nümunə göstərib.Şərqdə isə islahat və yeniliklərin uzun müddət hökmdarın iradəsindən asılı olduğunu qeyd edən siyasi şərhçi bildirib ki, orta əsrlərdən etibarən Şərq siyasi düşüncəsində islahatlar və yeniliklər hökmdardan tələb olunan bir “mərhəmət” kimi təqdim edilib.K.Rövşənoğlu Osmanlı və Qacarlar dövrünü də nümunə göstərərək, XIX və XX əsrin əvvəllərində hər iki imperiyada xalqa konstitusiya və parlament verildiyini, lakin sonradan...

25 Sentyabr 2026, 08:45

Qulu Məhərrəmli: “Çin artıq regional deyil, beynəlxalq gücə çevrilib”

Professor Qulu Məhərrəmli son illərdə dünyada baş verən qarşıdurma və müharibələrin beynəlxalq güc balansına təsiri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Q.Məhərrəmlinin fikrincə, son 10 ildə dünyada gedən proseslər Çinin hərbi-siyasi və iqtisadi baxımdan mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. O qeyd edib ki, Çin artıq Zbiqnev Bjezinskinin vaxtilə təsvir etdiyi regional gücdən daha geniş imkanlara malik beynəlxalq gücə çevrilib.Professor hesab edir ki, Rusiyanın əvvəlki mövqeyindən geri çəkilməsi fonunda yeni dünya düzəninin formalaşmasında Çin və ABŞ arasında münasibətlər mühüm rol oynayacaq. Onun sözlərinə görə, bu iki dövlətin dinc yanaşı yaşaması qlobal sabitlik baxımından əhəmiyyətlidir.Q.Məhərrəmli bildirib ki, Çin Prezidenti Si Cinpin ABŞ-a...

25 Sentyabr 2026, 08:39

Ceyhun Bayramov Azərbaycanın tranzit imkanlarından danışdı

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.Nazir vurğulayıb ki, uzunmüddətli strateji investisiyalar və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışının olmamasından irəli gələn coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən mühüm logistika, tranzit və enerji qovşağına uğurla çevirib.Nazir tranzitin rəqəmsallaşdırılmasının, gömrük prosedurlarının sadələşdirilməsinin, eləcə də Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.O bildirib ki, nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsi daha dayanıqlı qlobal...

25 Sentyabr 2026, 08:00

Azərbaycan Qvineya-Bisau, Palau və Dominikan Respublikasına texniki yardım göstərəcək

23 sentyabr tarixində BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunmasına yönəlmiş beynəlxalq texniki yardım proqramı təqdim olunub.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Ada irsindən Ümumdünya İrsinə” mövzusunda tədbirdə kiçik ada dövlətlərinin nazirləri, BMT yanında daimi nümayəndələri, diplomatik korpusun üzvləri və digər yüksək vəzifəli nümayəndələr iştirak edib.Tədbirdə çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişikliyi və digər ekoloji təhdidlərlə üzləşən kiçik ada dövlətlərinin mədəni və təbii irsinin qorunması üçün onların praktiki imkanlarının gücləndirilməsi və beynəlxalq...

24 Sentyabr 2026, 17:48