Vilayət Eyvazov Türkiyə DİN-in nümayəndə heyətini qəbul edib
Cəmiyyət 25 Sentyabr 2026, 13:45
495
Azərbaycan və Türkiyə respublikalarının Daxili İşlər nazirlikləri arasında Bakıda keçiriləcək polis əməkdaşlığı üzrə 9-cu işçi görüşdə iştirak etmək üçün Türkiyənin Daxili İşlər Nazirliyinin Emniyet Genel Müdiri Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Ali Fidan və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Fidan və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir Azərbaycan və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edərək, iki qardaş ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin və birgə fəaliyyətin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. O, polis əməkdaşlığı çərçivəsində keçirilən işçi görüşlərinin təcrübə mübadiləsinin aparılmasına, eləcə də praktiki fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Həmçinin oxuyun
Nümayəndə heyətinin rəhbəri Ali Fidan qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, qlobal təhdidlərə, o cümlədən cinayətkarlığın ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edib.
Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb
Xətai rayonunda anbarda baş verən yanğın məhdudlaşdırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən bildirilib.Yanğının tam söndürülmədi üçün tədbirlər davam etdirilir.
25 Sentyabr 2026, 14:35
AYNA: 50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilib
Paytaxtın Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.
25 Sentyabr 2026, 14:19
Anar Əliyev Qusarda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba rayonlarının sakinlərini qəbul edib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, qəbuldan əvvəl Anar Əliyev və Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, reabilitasiya vasitələri ilə təminat, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.Qeyd edilib ki, hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə...
25 Sentyabr 2026, 14:08
"TikTok"da dələduzluq edən əmlakçıya hökm oxunub
Bakıda bir qrup vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Daşqın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, təqsirləndirilən Daşqın Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdikləri həmin şirkət külli miqdarda vəsaitlərini mənimsəyib. Ümumi dəymiş ziyan 378 min manatdır.Təqsirləndirilən Daşqın Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi üzrə cinayət işi açılıb....
25 Sentyabr 2026, 13:36
Prezident: “Yaşıl enerji Azərbaycanla Avropa arasında əlaqəliliyi möhkəmləndirəcək”
Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır.Citypost.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də işə başlayan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində yer alıb.“Baxışımız enerji təchizatından kənara çıxaraq yaşıl enerji dəhlizlərinin inkişafını da əhatə edir ki, bu da bərpaolunan enerjinin regional bazarlara inteqrasiyasına və Azərbaycan, geniş Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa arasında əlaqəliliyin möhkəmlənməsinə imkan verir.Ənənəvi enerji sektoru ilə yanaşı, Azərbaycan emal sənayesi, nəqliyyat və logistika, bərpaolunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı və qida emalı, turizm, infrastruktur və digər yüksək əlavə dəyərli sahələrdə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yaranan bərpa və...
25 Sentyabr 2026, 13:31
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək
Mətbuat Şurasının IX qurultayına hazırlıqlar başlayır.Citypost.az xəbər verir ki, sabah Mətbuat Şurasının İdarə Heyətinin iclası keçiriləcək.İclasda IX qurultaya hazırlıq məsələləri müzakirə olunacaq.Mətbuat Şurasının növbəti qurultayının oktyabr ayının ortalarında keçirilməsi planlaşdırılır.
25 Sentyabr 2026, 13:26