Bizə yazın

Baku

-°C

USD

-

Bəzi yerlərdə leysan yağır, şimşək çaxır

Dünya 29 Sentyabr 2026, 09:48

392

Sentyabrın 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.

Bildirilib ki, Tovuz, Şahbuzda 8, Gədəbəydə 5, Sarıbaş (Qax), Balakəndə 4, Zaqatala, Kürdəmirdə 3, Daşkəsən, Gəncə, Ağstafa, Şəki, Şahdağ, Lənkəranda 2, Naxçıvan, Şərur, Culfa, Ordubad, Sədərək, Astara, Sabirabad, Şəmkir, Qobustan, İsmayıllı, Qəbələ, Qusar, Biləsuvar, Lerik, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Braziliyada telefon oğurluğu ciddi təhlükəsizlik probleminə çevrilib

Braziliyada mobil telefon oğurluqları təkcə maddi itki deyil, həm də bank hesablarının boşaldılması və şəxsi məlumatların oğurlanması ilə nəticələnir. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Rio-de-Janeyro sakini Eduardo Metzker silahlı soyğun zamanı telefonunu və parolunu itirdikdən sonra hesablarından təxminən 15 min dollar çıxarılıb.Braziliya İctimai Təhlükəsizlik Forumunun məlumatına görə, 2025-ci ildə ölkədə təxminən 830 min telefonun oğurlandığı və ya qarət edildiyi barədə məlumat verilib. Cinayətkarlar cihazlardan bank əməliyyatları, şəxsi məlumatların oğurlanması və onlayn alış-veriş üçün istifadə edirlər.Hesabata əsasən, telefon oğurluğu qorxusu milyonlarla braziliyalını küçədə istifadə etmək üçün ucuz “ehtiyat telefon” saxlamağa vadar edib. Hüquq-mühafizə orqanları isə mobil telefon cinayətlərinin getdikcə...

29 Sentyabr 2026, 09:46

Hindistan dəniz səviyyəsinin qalxmasına qarşı təbii müdafiə qurur  

Hindistanın Tamil Nadu ştatında dəniz səviyyəsinin qalxması və eroziya ilə mübarizə aparmaq üçün mərcan rifləri və dəniz otlarından istifadə olunur.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kariyachalli adasında sahil xəttini qorumaq məqsədilə təxminən 8500 süni rif modulu yerləşdirilir, mərcanlar köçürülür və dəniz otu çəmənlikləri bərpa edilir.Kariyachalli adası son 50 ildə ərazisinin 80 faizindən çoxunu itirib. Hökumətin hesablamalarına görə, adanın sahəsi 1969-cu ildəki 20,85 hektardan ötən il 3,14 hektara qədər azalıb və eroziyanın qarşısı alınmasa, 2036-cı ilə qədər ada tamamilə yox ola bilər.Mütəxəssislər bildirirlər ki, mərcan rifləri və dəniz otları dalğaların gücünü azaltmaqla yanaşı, dəniz canlıları üçün mühüm yaşayış mühiti yaradır....

29 Sentyabr 2026, 09:44

Malayziya 1500 Myanma vətəndaşını ölkəsinə qaytarmağa başlayıb

Malayziya təxminən 1500 Myanma vətəndaşını ölkəsinə qaytarmağa başlayıb. Citypost.az AFP-ə istinadən xəbər verir ki, bu, Kuala Lumpurun miqrantların geri qaytarılması ilə bağlı planının ilk mərhələsidir və hüquq müdafiəçiləri müharibənin davam etdiyi Myanmaya deportasiyanın insanların təhlükəsizliyini riskə atacağından narahatdır.Miqrantlar Kuala Lumpurun həbs mərkəzlərində saxlanılan və ölkəyə “könüllü” qayıtmağa razılıq verdiyi bildirilən 5000 Myanma vətəndaşının ilk qrupudur. AFP müxbirləri Malayziyanın şimal-qərbindəki Lumut şəhərində onlarla avtobusun polis müşayiəti ilə miqrantların emal ediləcəyi əraziyə gətirildiyini müşahidə ediblər. Onların daha sonra dəniz yolu ilə Myanmaya göndəriləcəyi bildirilir.Hüquq təşkilatları bildirirlər ki, həbs mərkəzlərindəki ağır şərait insanların “könüllü” geri qayıtmaq qərarına təsir göstərə bilər. Xüsusilə Myanmada təqiblərlə...

29 Sentyabr 2026, 09:41

40 il sonra “Çikaqo zəhərləyicisi” işində yeni şübhəli ortaya çıxıb  

ABŞ-da 40 ildən çox əvvəl baş vermiş “Çikaqo zəhərləyicisi” hadisəsi ilə bağlı istintaqda yeni şübhəli ortaya çıxıb. “New York Post”un məlumatına görə, Aydaho ştatının hüquq-mühafizə orqanları Kaliforniyalı həkim Metyu Frensis Betkovskinin hadisələrdə mümkün iştirakını araşdırır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, 1982-ci ilin sentyabrında Çikaqoda naməlum şəxs “Tylenol” ağrıkəsicisinin kapsullarına kalium sianid əlavə edərək onları yenidən apteklərin rəflərinə yerləşdirib. Nəticədə, 12 yaşlı qız da daxil olmaqla, yeddi nəfər həyatını itirib. Hadisə ABŞ-da geniş panikaya səbəb olub və “Johnson & Johnson” şirkəti dərmanın bütün partiyasını bazardan geri çağırıb.Uzun illər davam edən araşdırmalara baxmayaraq, cinayətin iştirakçısı müəyyən edilməyib. İstintaq 2019-cu ildə yenidən...

29 Sentyabr 2026, 09:37

Tramp ABŞ səfirinin Çinə silah satışı ilə bağlı açıqlamasını təkzib edib  

ABŞ Prezidenti Donald Tramp ölkənin Çindəki səfiri Devid Perdu tərəfindən səsləndirilən, Vaşinqtonun Pekinə Amerika silahlarının satışı ilə bağlı təklif irəli sürdüyü barədə açıqlamanı təkzib edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp sentyabrın 28-də Oval Ofisdə jurnalistlərə bildirib ki, ABŞ-ın Çinə silah satması ideyasını prinsip etibarilə pis fikir hesab etmir. Lakin onun sözlərinə görə, Vaşinqton belə bir təklifi Çin tərəfinə təqdim etməyib.ABŞ-ın Çindəki səfiri Devid Perdu daha əvvəl “Fox News”a açıqlamasında Trampın Çin Prezidenti Si Cinpindən nə vaxtsa ABŞ istehsalı silah almaqda maraqlı olub-olmadığını soruşduğunu demişdi.Tramp isə bu barədə ilk dəfə eşitdiyini bildirərək deyib: “Biz Çindən daha yaxşı avadanlıq istehsal...

29 Sentyabr 2026, 09:33

İki məşhur şirkət parlamentə çağırıldı

Süni intellekt (AI) texnologiyalarının inkişafı və təhlükəsizlik riskləri beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmaqda davam edir.Citypost.az xəbər verir ki, "OpenAI" və "Anthropic" şirkətlərinin rəhbərləri Avstraliya və ABŞ dövlət qurumlarına qarşı süni intellekt vasitəsilə həyata keçirilən kiberhücumlar fonunda Avstraliya parlamentinə dəvət olunublar. Qanunvericilərin şirkət rəhbərlərindən AI texnologiyalarının kibertəhlükəsizlik riskləri və bu cür hücumların qarşısının alınması istiqamətində görülən tədbirlər barədə izahat tələb edəcəyi gözlənilir.Eyni zamanda, "Microsoft"un təsisçisi Bill Qeyts də süni intellektin nəzarətdən çıxma riskləri ilə bağlı xəbərdarlıqlarını yeniləyib. Texnologiya nəhəngi AI-nin gələcəkdə yarada biləcəyi qlobal təhlükələrə diqqət çəkərək, ABŞ Konqresini bu sahədə hüquqi çərçivənin müəyyənləşdirilməsi və təxirəsalınmaz qanunvericilik aktlarının qəbul edilməsi...

29 Sentyabr 2026, 08:24