Şöhrət Eldəniz İlham Əliyevin sözlərini belə şərh etdi: “Dövlət artıq teatrdan yorulub”
Siyasət 06 Oktyabr 2026, 10:27
442
Prezident İlham Əliyevin YAP-ın qurultayında dediyi ən sərt cümlə əslində bu idi: "Şablonlardan, formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb". Bu, 30 illik idarəetmə sisteminə verilən diaqnoz idi. Prezident açıq deyir ki, dövlət artıq teatrdan yorulub.
Şablon nədir? Şablon odur ki, məsələn hansısa rayonun icra başçısı Bakıdan yüksək çinli qonaq gələndə dərhal əmr verir yolu süpürürlər, ağacları rəngləyirlər, məktəbliləri 3 saat günün altında saxlayırlar və sair. Qonaq gedir, hər şey yenə əvvəlki kimi olur. Bu, formal tədbirdir. Və yaxud yığışıb ildə 4 dəfə eyni şəxşlər eyni məruzəni oxuyur, şəkil çəkdirib yuxarı hesabat göndərirlər ki, "tədbir keçirdik". Ortada heç bir nəticə yoxdur. Bu, şablondur.
Və yaxud bir məmur sosial şəbəkədə bir problem görəndə onu həll etmək əvəzinə, "araşdırılır" deyə şablon cavab yazır. Bu, formal yanaşmadır.
Prezident deyir ki, bu dövr bitdi. Çünki bu şablonlar dövlətə ziyan vurur. Bəs niyə indi dedi?
Çünki ölkə artıq başqa mərhələdədir. 44 günlük müharibəni şablonla qazanmaq olmazdı. Orda hər gün real qərar lazım idi. Formal hesabatla Şuşa alınmırdı. Prezident eyni reallığı indi sülh dövrünə gətirmək istəyir. Sosial şəbəkə dövründə sən formal tədbir keçirib, 10 şəkil çəkdirib iş gedir deyə bilməzsən. İnsanlar o şəkillərin arxasındakı boşluğu dərhal görür. Ən böyük ideoloji təhlükələrdən biri də elə budur. Prezident çıxışında açıq dedi ki, indi müharibə səngərdə deyil, beyinlərdə gedir. Kiberhücum, süni intellekt, xaricdən maliyyələşən dini şəbəkələr, TikTok-da yayılan dezinformasiya və sair. Bunlarla formal tədbir ilə mübarizə apara bilməzsən. Gərək real ideya, real iş ortaya qoyasan. Bəs Prezident nə istəyir?
Bu cümlə ilə o, YAP-a və bütün məmur sinfinə 3 tapşırıq verir.
Bir. Hesabat üçün yox, nəticə üçün işləyin. Mənə neçə tədbir keçirdiyinizi deməyin. Deyin ki, neçə gənci işlə təmin etdiniz, Qarabağa qayıdan ailənin neçə problemini həll etdiniz. Tədbir sayı yox, nəticə vacibdir.
İki. Xalqın ayağına gedin, onları öz ayağınıza gətirməyin.
Formal tədbir odur ki, sən zalı doldurub camaatı məcbur gətirirsən. Real iş odur ki, sən kəndə gedirsən, o ailənin qapısını döyürsən. Prezidentin özü 20 ildir məhz bunu edir. Hər ay Qarabağda sadə vətəndaşlarla gedib görüşür, onların problemlərini eşidir, iş yerləri açır, bərpa işlərinə nəzarət edir, hərbçilərlə baş çəkir və sair. Və deyir ki, siz də bu cür işləyin.
Üç. Partiya və məmurlar dövlətin yükü yox, dayağı olsun. YAP 800 min üzvü olan nəhəng maşındır. Əgər bu maşın ancaq şablon tədbirlərlə məşğul olsa, bu, dövlətin belində yükdür. Amma əgər bu maşın hər kənddə ideoloji dayağa, sosial şəbəkədəki hər yalana cavab verən real qüvvəyə çevrilsə, onda bu, dövlətin ən böyük silahıdır. Yəni şablonlardan əl çəkmək çağırışı əslində Prezidentin bütün sistemə dediyi ayılın siqnalıdır. Prezident deyirki, biz torpağı şablonla azad etmədik, qanla azad etdik. İndi də o torpağı saxlamaq, o torpaqda dövlət qurmaq şablonla olmayacaq. Kim köhnə qaydada, lent kəsməklə, şəkil çəkdirməklə, yalan hesabatla işləmək istəyirsə, o artıq yeni Azərbaycanın adamı deyil.
Zaman real iş görənlərin zamanıdır.
Şöhrət El-Dəniz.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qara dənizdəki hücumla bağlı XİN-dən AÇIQLAMA
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinə dron hücumu nəticəsində gəmi heyətində olan 3 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.Bu barədə Citypost.az XİN-in Mətbuat xidmətindən məlumat verilib.Qeyd olunub ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə birgə koordinasiya işləri aparılır:"Vətəndaşlarımıza zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi, eləcə də həlak olan vətəndaşlarımızın cənazələrinin vətənə gətirilməsi ilə bağlı müvafiq prosedurların həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülür"....
06 Oktyabr 2026, 10:23
Rubio-Bayramov danışığına diqqətçəkən reaksiya: “Mirzoyana zəng etməyib”
Siyasi şərhçi, jurnalist Elçin Rüstəmli ABŞ Dövlət katibi Marko Rubionun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığına münasibət bildirib.Citypost.az xəbər verir ki, E.Rüstəmli qeyd edib ki, M.Rubio C.Bayramovla telefon danışığı zamanı ikitərəfli tərəfdaşlıq, o cümlədən ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş sülh razılaşmaları, iqtisadi əməkdaşlıq və kommersiya sazişlərini müzakirə edib.Siyasi şərhçi diqqəti Rubionun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana zəng etməməsinə yönəldib.“Maraqlıdır, Rubio Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng etməyib. Halbuki, Mirzoyan İranda səfərdə idi və TRRİP layihəsi, İrəvan-Vaşinqton əməkdaşlığı ilə bağlı rəsmi Tehranın mövqeyinə təsir göstərməyə çalışıb. Rubionun bu səfərin nəticələri ilə maraqlanması təbii olardı”, – deyə E.Rüstəmli...
06 Oktyabr 2026, 10:07
Nigar Sabirqızından Türkiyə ilə bağlı sərt sözlər: “Cahillikdir”
Televiziya jurnalisti, siyasi şərhçi Nigar Sabirqızı Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki , N.Sabirqızı bildirib ki, bəzi şəxslər iki ölkə arasında münasibətlərin korlandığını düşünərək bundan sevinc hissi keçirirlər. Onun sözlərinə görə, belə yanaşmalar Azərbaycanın Türkiyə ilə əlaqələrinin real vəziyyətini anlamamaqdan irəli gəlir.“Azərbaycanda bəziləri Türkiyə ilə münasibətlərin korlandığını düşünüb sevinərkən, Azərbaycan Türkiyə ilə dəyəri yarım milyard dollardan çox olan silah müqaviləsi imzaladı. Azərbaycan və Türkiyənin müdafiə nazirləri isə Şuşada görüşürdülər. Belələrinin sevinci yarımçıq qalmışdı ki, yeni ‘siyasi kəşf’ tapdılar”, – deyə jurnalist yazıb.O qeyd edib ki, Prezident İlham Əliyevin son açıqlamalarının Türkiyə ilə münasibətlərə bağlanması da...
06 Oktyabr 2026, 09:19
Alqış Musaoğlu: “İlham Əliyev ciddi hərbi-siyasi uğurlara imza atıb”
Yeni Azərbaycan qəzetinin baş redaktoru, əməkdar jurnalist, YAP İdarə Heyətinin üzvü Alqış Musaoğlu Prezident İlham Əliyevin fəaliyyəti və Azərbaycanın son illərdə əldə etdiyi uğurlarla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki , A.Musaoğlu bildirib ki, İlham Əliyevin fəaliyyəti yalnız prezidentlik və Ali Baş Komandanlıq səlahiyyətləri ilə məhdudlaşmır.“İlham Əliyev, sadəcə, prezidentlik etmir. Onun missiyası Ali Baş Komandanlıq məqamı ilə də məhdudlaşmır. İlham Əliyev bu gün bir neçə əsrlik təcrübəsi olan zorun, müdaxilənin, düşmənçiliyin, ədavətin qarşısında duruş gətirən və ciddi hərbi-siyasi uğurlara imza atan bir milli müqavimət hərəkatına rəhbərlik edir”, – deyə əməkdar jurnalist qeyd edib....
06 Oktyabr 2026, 09:16
Ceyhun Bayramov Marko Rubio ilə telefonla danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.Bu barədə Citypost.az Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər müzakirə edilib.8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın inkişafı istiqamətində əldə olunmuş mühüm irəliləyişlər qeyd olunub.Bu çərçivədə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində...
05 Oktyabr 2026, 21:04
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.Bildirilib ki, görüş zamanı ölkənin bu il təşkilata üzvlüyündən sonra Azərbaycan ilə Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də rəqəmsal transformasiya, innovasiya, süni intellekt və rəqəmsal iqtisadiyyat, startap ekosistem sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.C. Bayramov Azərbaycanın rəqəmsal inkişafı, innovasiya və yeni texnologiyaların tətbiqini ölkənin iqtisadi inkişafının və beynəlxalq əməkdaşlığının mühüm istiqamətlərindən biri kimi müəyyən etdiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın rəqəmsal iqtisadiyyatın inkişafı, rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və innovativ həllərin,...
05 Oktyabr 2026, 19:50