Bizə yazın

Baku

-°C

USD

-

Türkiyəli nazir Azərbaycan şəhidlərinin xanımları ilə görüşdü 

Cəmiyyət 07 Oktyabr 2026, 08:20

339

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş azərbaycanlı şəhidlərin həyat yoldaşları ilə görüşüb. 

Citypost.az xəbər verir ki, bu barədə o, sosial media hesablarında bildirib.

"Türkiyə Qardaşlıq Toplantısında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan şəhidlərimizin dəyərli həyat yoldaşları ilə görüşdük.

Əziz Azərbaycandan gələn qonaqlarımızı öz ailələrimizin üzvləri kimi qəbul edirik və "bir millət, iki dövlət" şüarı ilə qardaşlıq bağlarımızı möhkəmləndirməyə davam edirik.

Qəhrəmanlarımızı mərhəmət və hörmətlə anır, qardaş və bacılarımızla birliyimizin əbədi olmasını arzulayırıq", - deyə nazir yazıb. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının iki ərazisində elektrik kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün oktyabrın 7-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir, Biləcəri qəsəbəsində isə 6 kV-luq “Biləcəri-1” və “Biləcəri-2” hava xətlərində yenidənqurma işləri aparılacaq.Citypost.az  xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, İsmayıl bəy Qutqaşınlı, Mirəli Seyidov küçələri, Parlament prospektinin bur hissəsində və Qanlı gölün ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan Biləcəri qəsəbəsi Xudadat bəy Məlik-Aslanov küçəsi və yeni yaşayış massivində saat...

07 Oktyabr 2026, 08:12

Suriyadan 13 nəfər Azərbaycana qaytarıldı

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu...

07 Oktyabr 2026, 08:00

Emin Əmrullayev DCO baş katibi ilə ortaq layihələri müzakirə etdi

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Elm və Təhsil Nazirliyi ilə təşkilat arasında qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.Eyni zamanda, təhsildə rəqəmsal transformasiya, innovasiya və startap ekosisteminin inkişafı sahələrində, eləcə də SABAH.city ilə birgə mümkün ortaq təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb....

06 Oktyabr 2026, 21:51

"Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi təşkil olunub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, tədbirdə kursu uğurla başa vuran zabitlər Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edilib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulanıb.Kurs müddətində iştirakçılara təlimatçı bacarıqlarının formalaşdırılması, kollektivin səmərəli idarə olunması və komanda ruhunun inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki məşğələlər keçirilib.Kurs iştirakçıları yaradılmış şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib....

06 Oktyabr 2026, 21:25

Məktəb direktoru dünyasını dəyişdi

Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova vəfat edib.Citypost.az  xəbər verir ki, 1978-ci il təvəllüdlü direktor uzun sürən xəstəlikdən sonra yaşadığı evdə dünyasını dəyişib.

06 Oktyabr 2026, 20:44

Azərbaycanda növbəti ADEX sərgisi bu tarixdə keçiriləcək 

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb.Citypost.az  xəbər verir ki, sərgi 4-6 oktyabr 2028-ci ildə keçiriləcək.Qeyd edək ki, bu il Bakıda keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi zamanı 53 ölkədən 280 şirkət iştirak edib.Bakı Expo Mərkəzinin IV pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunub....

06 Oktyabr 2026, 20:09