Uşaqlarda öskürəyi dərhal kəsmək doğrudurmu? – Pediatrdan AÇIQLAMA
Tibb 07 Oktyabr 2026, 08:30
357
Uşaqlarda öskürək valideynləri ən çox narahat edən simptomlardan biridir. Xüsusilə gecə saatlarında uşağın ardıcıl öskürməsi valideynlərdə narahatlıq yaradır və bir çox hallarda ilk olaraq öskürəyi dayandıran dərmanlara müraciət edilir. Lakin mütəxəssislər bildirirlər ki, öskürək hər zaman aradan qaldırılması lazım olan problem deyil. Əksinə, bir çox hallarda öskürək orqanizmin özünü qoruma mexanizmlərindən biridir.
Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pediatr Nərmin Quluzadə bildirib ki, öskürəyin müalicəsində əsas məqsəd yalnız simptomu dayandırmaq deyil, onun yaranmasına səbəb olan amili müəyyənləşdirmək və həmin səbəbi aradan qaldırmaqdır.
Pediatrın sözlərinə görə, tənəffüs yollarında mikroorqanizmlər, selik, bəlğəm və digər qıcıqlandırıcı maddələr olduqda orqanizm onları xaric etmək üçün öskürək refleksindən istifadə edir.
“Bizim məqsədimiz öskürəyi nəyin bahasına olursa-olsun kəsmək deyil. Öskürək tənəffüs yollarında olan mikroorqanizmlərin, seliyin, bəlğəmin və digər qıcıqlandırıcı maddələrin xaric edilməsinə kömək edir. Orqanizm bir növ bizə siqnal verir ki, tənəffüs yollarında onu qıcıqlandıran hansısa proses gedir. Ona görə də əsas məqsəd öskürəyi susdurmaq yox, onun altında yatan səbəbi tapmaq və həmin səbəbə uyğun müalicə aparmaqdır. Səbəb aradan qaldırıldıqca öskürək də zamanla keçəcək”, – deyə N.Quluzadə bildirib.
Pediatr qeyd edib ki, öskürəyin davametmə müddəti də onun qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Kəskin öskürək adətən iki həftəyə qədər davam edən öskürək kimi qiymətləndirilir. İki həftədən dörd həftəyə qədər davam edən öskürək isə uzanmış öskürək hesab olunur. Dörd həftədən artıq davam edən öskürək zamanı isə artıq xroniki öskürəkdən söhbət gedə bilər və bu halda səbəblərin daha ətraflı araşdırılması tələb olunur.
“Öskürəyin müddəti bizə müəyyən istiqamət verir. İki həftəyə qədər davam edən öskürəklər daha çox kəskin proseslərlə əlaqəli olur. İki-dörd həftə arasında davam edən öskürək uzanmış öskürək kimi qiymətləndirilə bilər. Dörd həftədən uzun davam edən öskürəklərdə isə artıq xroniki öskürək ehtimalını nəzərə almaq lazımdır. Xroniki öskürəyin səbəbləri kəskin öskürəkdən fərqli ola bilər və belə hallarda uşağın daha geniş müayinəyə ehtiyacı yarana bilər”, – deyə mütəxəssis vurğulayıb.
Nərmin Quluzadə diqqətə çatdırıb ki, uşaqlarda öskürəyin səbəbi hər zaman yalnız ağciyərlər və ya tənəffüs yolları ilə əlaqəli olmaya bilər. Bəzi hallarda öskürək digər orqan və sistemlərlə bağlı problemlərin əlaməti kimi də ortaya çıxa bilər.
Pediatrın sözlərinə görə, xüsusilə öskürəyin yemək zamanı və ya yeməkdən sonra baş verməsi həkim üçün vacib məlumatdır. Belə hallarda həzm sistemi ilə əlaqəli səbəblər, o cümlədən qastroezofageal reflüks kimi problemlər də nəzərdən keçirilməlidir.
“Bəzən uşaqlarda öskürək birbaşa tənəffüs yolları ilə əlaqəli olmur. Məsələn, uşaq yemək yeyərkən, yeməkdən dərhal sonra və ya müəyyən qidaları qəbul etdikdən sonra öskürürsə, bunun altında başqa səbəblər də dayana bilər. Həzm sistemi ilə bağlı problemlər, xüsusilə reflüks bəzi hallarda öskürəyə səbəb ola bilər. Ona görə də öskürəyin nə vaxt və hansı şəraitdə yarandığını bilmək diaqnostika baxımından çox vacibdir”, – deyə pediatr bildirib.
N.Quluzadə uşaqlarda öskürək siroplarının istifadəsinə də münasibət bildirib. Onun sözlərinə görə, xüsusilə kiçik yaşlı uşaqlarda valideynlər həkim məsləhəti olmadan öskürək dərmanlarından istifadə etməməlidirlər.
“Şəxsi praktikamda xüsusilə dörd yaşdan aşağı uşaqlara öskürək siroplarını ümumiyyətlə yazmamağa çalışıram. Mən onların hər zaman faydalı olduğunu düşünmürəm. Əksinə, bəzi hallarda uşağın vəziyyətini daha da ağırlaşdıra bilər. Kiçik yaşlı uşaqlarda bəlğəmi effektiv şəkildə xaric etmək imkanları məhdud olur. Bu səbəbdən öskürəyi sadəcə dərmanla dayandırmaq düzgün yanaşma olmaya bilər”, – deyə N.Quluzadə qeyd edib.
Həmçinin oxuyun
Pediatr vurğulayıb ki, öskürək özü ayrıca xəstəlik deyil, əksər hallarda hansısa prosesin əlamətidir. Buna görə də valideynlər öskürəyi bir xəstəlik kimi qəbul edib yalnız onun aradan qaldırılmasına çalışmamalıdırlar.
“Öskürək xəstəlik deyil, orqanizmin özünü müdafiə funksiyalarından biridir. Tənəffüs yollarında uşağı qıcıqlandıran hər hansı bir faktor varsa, orqanizm onu xaric etməyə çalışır. Bu baxımdan öskürək bizim üçün müəyyən mənada xəbərdarlıq siqnalıdır. Bədən bizə bildirir ki, burada araşdırılmalı bir səbəb var. Biz həmin səbəbi tapmalı və ona uyğun müalicə taktikasını seçməliyik”, – deyə pediatr əlavə edib.
Onun sözlərinə görə, valideynlər uşağın öskürəyinin xarakterinə də diqqət etməlidirlər. Öskürəyin quru və ya bəlğəmli olması, hansı vaxtlarda artması, fiziki aktivlik zamanı yaranıb-yaranmaması, gecə saatlarında güclənməsi, qızdırma, burun axıntısı, nəfəsalma çətinliyi və digər əlamətlərlə müşayiət olunması həkim üçün mühüm məlumatlardır.
Nərmin Quluzadə bildirib ki, xüsusilə uzun müddət davam edən öskürəyə laqeyd yanaşmaq olmaz. Əgər öskürək gözlənilən müddətdə keçmir, tez-tez təkrarlanır və ya uşağın gündəlik həyatına, yuxusuna və qidalanmasına ciddi təsir göstərirsə, pediatr müayinəsi vacibdir.
Mütəxəssis valideynləri uşağa özbaşına antibiotik, öskürək əleyhinə preparat və digər dərmanlar verməməyə çağırıb. Onun sözlərinə görə, eyni simptom müxtəlif səbəblərdən yarana bilər və bir uşaq üçün uyğun olan müalicənin digər uşağa tətbiq edilməsi düzgün nəticə verməyə bilər.
“Valideyn öskürəyi eşidən kimi dərmanı axtarmamalıdır. İlk növbədə öskürəyin səbəbi müəyyənləşdirilməlidir. Uşağın yaşı, öskürəyin müddəti, xarakteri, müşayiət edən əlamətlər və ümumi vəziyyəti nəzərə alınmalıdır. Əgər səbəb virus infeksiyasıdırsa, bir yanaşma, reflüksdürsə başqa yanaşma, allergik səbəbdirsə tamam fərqli müalicə taktikasına ehtiyac ola bilər”, – deyə pediatr bildirib.
N.Quluzadə sonda bir daha vurğulayıb ki, uşağın öskürməsi hər zaman mənfi hal kimi qiymətləndirilməməlidir. Əsas məsələ öskürəyin arxasında dayanan səbəbi müəyyənləşdirməkdir. Öskürəyə səbəb olan faktor aradan qaldırıldıqda simptom da tədricən zəifləyir və yox olur.
Beləliklə, uşaqlarda öskürəyin dərhal və düşünmədən dayandırılması əvəzinə, onun səbəbinin müəyyənləşdirilməsi daha vacibdir. Xüsusilə kiçik yaşlı uşaqlarda dərmanların, o cümlədən öskürək siroplarının həkim məsləhəti olmadan istifadəsi arzuolunmazdır. Uzun müddət davam edən, təkrarlanan və ya əlavə simptomlarla müşayiət olunan öskürək isə mütləq pediatr tərəfindən qiymətləndirilməlidir
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Herpes ömürlük qalır? – Həkimdən AÇIQLAMA
Dodaqda və ya bədənin digər nahiyələrində herpes səpkilərinin yaranması bir çox insanda narahatlıq və suallar doğurur. Xüsusilə səpkilər təkrarlandıqda insanlar herpes virusunun orqanizmdən tamamilə yox olub-olmadığını və bu xəstəliyin ömürlük davam edib-etmədiyini düşünürlər. Herpeslə bağlı ən çox maraq doğuran məqamlardan biri də virusun orqanizmə daxil olduqdan sonra nə qədər müddət qalması və hansı hallarda yenidən aktivləşməsidir.Həkim-infeksionist Ziba Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, herpes virusu orqanizmə daxil olduqdan sonra sinir düyünlərində gizli şəkildə qala və müəyyən hallarda yenidən aktivləşə bilər. Lakin bu, herpesə yoluxan hər bir şəxsdə xəstəliyin mütləq ömür boyu səpkilər şəklində özünü göstərəcəyi anlamına gəlmir.Həkimin sözlərinə görə, bəzi insanlarda...
06 Oktyabr 2026, 11:27
Ağıl dişi nə zaman çəkilməlidir, nə zaman saxlanmalıdır? – Stomatoloqdan AÇIQLAMA
Ağıl dişləri ilə bağlı problemlər bir çox insanın qarşılaşdığı stomatoloji məsələlərdən biridir. Xüsusilə ağıl dişinin düzgün çıxmaması, diş ətində iltihab yaratması, qonşu dişlərə təzyiq göstərməsi və ağrıya səbəb olması pasiyentləri narahat edən əsas problemlər sırasındadır. Bu səbəbdən ağıl dişinin hər bir halda çəkilməli olduğu, yoxsa bəzi hallarda ağız boşluğunda saxlanmasının mümkünlüyü ilə bağlı suallar yaranır.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında stomatoloq Vüsal Həsənli bildirib ki, ağıl dişinin çəkilib-çəkilməməsi hər pasiyent üçün fərdi şəkildə qiymətləndirilməlidir. Onun sözlərinə görə, ağıl dişi sağlam, düzgün yerləşmiş və funksionaldırsa, onu mütləq şəkildə çəkməyə ehtiyac olmaya bilər.Stomatoloq qeyd edib ki, ağıl dişi ağız boşluğunda tam şəkildə çıxıbsa,...
06 Oktyabr 2026, 10:21
Sümük iliyi donoru olmaq təhlükəlidirmi? – Hematoloqdan vacib açıqlama
Sümük iliyinin köçürülməsi bir sıra ağır qan və hematoloji xəstəliklərin müalicəsində mühüm əhəmiyyət daşıyır. Xüsusilə bəzi xəstələr üçün uyğun donorun tapılması həyati əhəmiyyət kəsb edir. Lakin sümük iliyi donoru olmaq istəyən şəxslərdə prosesin sağlamlığa hər hansı zərər vurub-vurmadığı, sonradan yan təsirlərin yaranıb-yaranmadığı ilə bağlı suallar meydana çıxır.Bir çox insan donor olmaq istəsə də, prosedurun ağrılı və ya təhlükəli olduğunu düşünərək tərəddüd edir. Mütəxəssislər isə bildirirlər ki, sümük iliyi donorluğu ümumilikdə təhlükəsiz tibbi prosedur hesab olunur və donorlar prosesdən əvvəl ətraflı müayinədən keçirilirlər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən hematoloq Şəhla Şabanova bildirib ki, sümük iliyi donorluğu ümumilikdə təhlükəsiz prosesdir. Lakin hər...
05 Oktyabr 2026, 10:30
Tez-tez xəstələnirsinizsə, səbəb immunitet zəifliyi olmaya bilər – Həkimdən vacib açıqlama
İlin müxtəlif dövrlərində tez-tez soyuqdəymə, virus infeksiyaları və digər xəstəliklərlə üzləşən insanların bir qismi bunu immunitet sisteminin zəif olması ilə əlaqələndirir. Xüsusilə bir xəstəlikdən sağaldıqdan qısa müddət sonra yenidən xəstələnmək insanlarda “immunitetim zəifdir” düşüncəsi yaradır. Lakin mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnmək hər zaman immun sisteminin zəif olması anlamına gəlmir. Bunun arxasında həyat tərzi, qidalanma, stress, bəzi vitamin və mineral çatışmazlıqları, eləcə də müxtəlif xəstəliklər dayana bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlama verən kardioloq-terapevt İslam Əziz bildirib ki, pasiyentlər ona tez-tez “Doktor, niyə mən tez-tez xəstələnirəm, immunitetim zəifdir?” sualı ilə müraciət edirlər. Həkimin sözlərinə görə, belə hallarda ilk növbədə problemin əsl səbəbini...
05 Oktyabr 2026, 09:30
Kontraseptivlər xərçəng yaradırmı? – Həkimdən qadınlara vacib xəbərdarlıq
Hormonal kontraseptivlərdən istifadə edən qadınların ən çox narahat olduğu məsələlərdən biri bu preparatların uzunmüddətli perspektivdə xərçəng riskinə səbəb olub-olmamasıdır. Xüsusilə sosial şəbəkələrdə və müxtəlif platformalarda hormonal preparatların süd vəzi xəstəlikləri ilə əlaqələndirilməsi qadınlarda əlavə narahatlıq yaradır. Bu səbəbdən bir çox qadın kontraseptiv vasitələrdən istifadə etməzdən əvvəl onların orqanizmə mümkün təsirləri barədə həkimdən məlumat almağa çalışır.Mövzu ilə bağlı Citypost.az-a danışan mama-ginekoloq İlhamə Quluzadə bildirib ki, gündəlik praktikada hormonal kontraseptivlərdən kifayət qədər geniş istifadə olunur. Onun sözlərinə görə, müasir kontraseptiv preparatların tərkibində hormonların dozaları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və düzgün seçildiyi halda bu preparatlardan istifadə edən qadınların əksəriyyəti üçün təhlükəsiz...
05 Oktyabr 2026, 08:30
Sidiyi uzun müddət saxlamaq sidik kisəsini məşq etdirir, yoxsa zədələyir? – Uroloqdan XƏBƏRDARLIQ
Sidik ifrazını uzun müddət ertələmək gündəlik həyatda bir çox insanın etdiyi vərdişlərdən biridir. İş, yol, toplantı və ya başqa səbəblərdən tualetə getməyi gecikdirən insanlar bəzən bunun sidik kisəsini “məşq etdirdiyini” düşünürlər. Lakin mütəxəssislər sidiyin mütəmadi və uzun müddət saxlanılmasının sidik-ifrazı sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər.Uroloq-androloq Nail Şirinov Citypost.az-a açıqlamasında bildirib ki, sidiyin uzun müddət saxlanılması sidik kisəsinin normal fəaliyyətinə mənfi təsir göstərə və zamanla sidik ifrazında müxtəlif problemlərə səbəb ola bilər.Həkimin sözlərinə görə, sidik kisəsi sidiyi müəyyən həddə qədər toplamaq və daha sonra normal şəkildə boşaltmaq funksiyasını yerinə yetirir. İnsan sidik ifrazı ehtiyacını uzun müddət dəf etdikdə isə sidik...
02 Oktyabr 2026, 10:30