Bizə yazın

Baku

-°C

USD

-

Ədalət Verdiyev 7 oktyabr hücumundan danışdı: “İsrail qisasını alır”

Siyasət 07 Oktyabr 2026, 08:54

368

Hərbi ekspert Ədalət Verdiyev 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, 2023-cü il oktyabrın 7-də, İsrail vaxtı ilə saat 06:29-da HƏMAS Qəzza zolağından İsrailə 5 mindən çox raket ataraq ölkənin cənubundakı yaşayış məntəqələrinə hücum edib.

Onun sözlərinə görə, hücumlar zamanı təxminən 1 200 nəfər öldürülüb, 4 800-dən çox insan yaralanıb, 250-dən çox şəxs isə Qəzzaya girov aparılıb.

Hərbi ekspert qeyd edib ki, İsrail həmin tarixdən etibarən HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

“İsrail isə həmin gündən başlayaraq HƏMAS-a və bu hücuma aid olan nə varsa, kim varsa hamısını vurur və dağıdır. İsrailə kimsə mane ola bilmir. Əksinə, ərəb dövlətlərinin bir çoxu İsrailə dəstək də verir”, – deyə Ə.Verdiyev yazıb.

O hesab edir ki, Qəzzada baş verənlərə görə məsuliyyətin bir hissəsi İran hakimiyyəti və onun dəstəklədiyi HƏMAS-ın üzərinə düşür.

“Başqa sözlərlə desək, bu gün Qəzzada baş verənlərə görə məsuliyyəti İran rejimi və onun dəstəklədiyi HƏMAS daşıyır. İsrail də ona edilən xain hücuma görə qisasını alır”, – deyə hərbi ekspert bildirib.

Ə.Verdiyev Qəzzada yaşananlara etiraz edənlərə müraciət edərək İsraildə HƏMAS tərəfindən öldürülən insanların da taleyinin diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.

“Qəzza üçün ağlayanlara bir sualım var: İsraildə 7 oktyabrda və ya başqa tarixlərdə HƏMAS tərəfindən öldürülənlər insan deyildi?” – deyə o soruşub.

Hərbi ekspert İranın Yaxın Şərqdəki siyasətini də tənqid edib. O bildirib ki, İranda “molla rejimi” hakimiyyətə gəldikdən sonra bölgədə müxtəlif dini qruplar arasında qarşıdurmalar daha da dərinləşib.

“İranda molla rejimi hakimiyyətə gələndən sonra Yaxın Şərqdə yəhudi ilə sünni, sünni ilə şiə, xristian ilə müsəlman problemi daha da dərinləşdi. İndi isə bu dərinlikdə İran rejimi özü boğulmağa başlayıb”, – deyə Ə.Verdiyev əlavə edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azər Həsrət: “Rusiya ordusuna qoşulanlara şəhid demək olmaz”

Siyasi şərhçi Azər Həsrət Rusiya ordusunun sıralarında Ukraynaya qarşı müharibədə iştirak edərək həlak olan Azərbaycan vətəndaşları ilə bağlı sərt mövqe ifadə edib.Citypost.az xəbər verir ki, Azər Həsrət bildirib ki, Rusiya vətəndaşlığı olan şəxsləri ayrıca tutmaqla, Rusiya ordusunda Ukraynaya qarşı döyüşərək ölən Azərbaycan vətəndaşlarının “şəhid” adlandırılmasına qarşıdır.“Rusiya ordusu sıralarında Ukraynaya qarşı savaşıb ölən Azərbaycan vətəndaşlarına (Rusiya vətəndaşlığı olanlar başqa) nə yas tutun, nə də ağlayın! Hələ onları şəhid adlandırıb qəbri üzərində Azərbaycan bayrağı ucaldanlar da var! Onlar şəhid yox, sadəcə leşdirlər!” – deyə siyasi şərhçi yazıb.O, Rusiya ordusuna qoşularaq Ukraynada döyüşən Azərbaycan vətəndaşlarının bunu işğalçı müharibədə iştirak etmək kimi qiymətləndirib.“Çünki Rusiya...

07 Oktyabr 2026, 09:22

Xalid Kazımlı: “Birtərəfli mələkçilik etməklə problem düzəlməyəcək”

Əməkdar jurnalist, siyasi şərhçi Xalid Kazımlı Türkiyə-Azərbaycan münasibətləri ətrafında son günlər aparılan müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Xalid Kazımlı qeyd edib ki, daha əvvəl yazdığı yazıya ölkə daxilindən də reaksiyalar verilib. O, özünü “Turan hərəkatının başqanı” kimi təqdim edən Cahandar Bayoğlunun LAF TV-nin efirində onun yazısını “rəzalət” adlandırdığını və APA-nın Türkiyədən İsrailə bu il 460-dan çox gəmi reysinin olması barədə araşdırmasını da tənqid etdiyini bildirib.Jurnalist yazıb ki, Bayoğlu, həmçinin onun Ərdoğanı təhqir etdiyini iddia edib.“Əsl rəzalət həlledici məqamlarda aydın mövqe tutmamaq, doğrunu dilə gətirməməkdir”, – deyə Kazımlı vurğulayıb.Onun sözlərinə görə, hazırda əsas suallardan biri “Hər şey necə başladı?” sualıdır....

07 Oktyabr 2026, 09:19

Turab Rzayevdən Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı SƏRT MESAJ

Politoloq Turab Rzayev Türkiyə-Azərbaycan münasibətləri və iki ölkənin NATO ilə əməkdaşlığı ətrafında yaranmış vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Turab Rzayev bildirib ki, bəzi sosial media istifadəçilərinin Türkiyə əleyhinə çıxışları qarşı tərəfdə yeni ümidlər yaradıb:“Su uyuyar, düşmən uyumaz. Görünür, bizim bəzi sosial media ‘qəhrəmanları’nın Türkiyə düşmənliyi qarşı tərəfdə də yeni ümidlər və həvəslər yaradıb. Düşünüblər ki, madam ki, bizim qəhrəmanlar Türkiyəni düşmən elan edir, Türkiyə də buna reaksiya olaraq Azərbaycanı tək qoyacaq”.Politoloqun sözlərinə görə, NATO-nun Ermənistan və Azərbaycanla ortaq layihələri uzun illər ərzində elan edilməmiş konsensus yolu ilə tənzimlənib. O qeyd edib ki, Türkiyə Ermənistanın NATO ilə əməkdaşlığına icazə...

07 Oktyabr 2026, 09:10

Kənan Rövşənoğlu: “Ərəbistan artıq ABŞ deyil, Türkiyə və Pakistana sığınır”

Jurnalist Kənan Rövşənoğlu Yəməndə gedən proseslər və bölgədə yaranan yeni vəziyyətlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, K.Rövşənoğlu bildirib ki, Yəmənin “Ənsarullah” silahlı qüvvələrinin generalı Abid Səvr Təizdən sonra növbəti hədəfin Səudiyyə Ərəbistanı ərazisi olacağını açıqlayıb.“Yəni Təizdən sonra cənuba, Ədənə deyil, şimala, Səudiyyə Ərəbistanına yönəldəcəklər. Çünki artıq məlumdur ki, müharibə Yəmən daxilində deyil, Səudiyyə Ərəbistanı və Yəmən arasında gedir”, – deyə jurnalist qeyd edib.Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi də vəziyyətin fərqindədir və buna görə hərbi hazırlıqları gücləndirir.“Səudiyyə rəhbərliyi də bunu anladığı üçün əl-ayağa düşüb, ordu yığır. Maraqlıdır ki, bu gün ABŞ ordusu əsgərlərinin bir qisminin Səudiyyə Ərəbistanını tərk etməsi xəbəri...

07 Oktyabr 2026, 09:00

Ceyhun Bayramov ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri ilə TRIPP-i müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş tarixi Zirvə görüşünün əhəmiyyətini qeyd edib. Vaşinqtonda əldə olunmuş razılaşmaların ardınca ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə sürətli inkişafının məmnunluq doğurduğu bildirilib.Bu çərçivədə, 10 fevral 2026-cı il tarixində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının ikitərəfli əlaqələrin institusional əsaslarının daha da möhkəmləndirilməsi...

06 Oktyabr 2026, 15:02

Şöhrət Eldəniz İlham Əliyevin sözlərini belə şərh etdi: “Dövlət artıq teatrdan yorulub”

Prezident İlham Əliyevin YAP-ın qurultayında dediyi ən sərt cümlə əslində bu idi: "Şablonlardan, formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb". Bu, 30 illik idarəetmə sisteminə verilən diaqnoz idi. Prezident açıq deyir ki, dövlət artıq teatrdan yorulub. Şablon nədir? Şablon odur ki, məsələn hansısa rayonun icra başçısı Bakıdan yüksək çinli qonaq gələndə dərhal əmr verir yolu süpürürlər, ağacları rəngləyirlər, məktəbliləri 3 saat günün altında saxlayırlar və sair. Qonaq gedir, hər şey yenə əvvəlki kimi olur. Bu, formal tədbirdir. Və yaxud yığışıb ildə 4 dəfə eyni şəxşlər eyni məruzəni oxuyur, şəkil çəkdirib yuxarı hesabat göndərirlər ki, "tədbir keçirdik". Ortada heç...

06 Oktyabr 2026, 10:27