İlham Əliyev: “Ermənistan arxivləri açmalı, şahid ifadələri toplamalıdır”
Cəmiyyət 07 Oktyabr 2026, 10:02
435
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Citypost.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konfrans iştirakçıları!
Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.
İtkin düşmüş şəxslər problemi silahlı münaqişələrin ən ağır nəticələrindən biridir. Biz bu məsələyə dünyanın müxtəlif bölgələrində insanların həyatına təsir edən ümumbəşəri humanitar problem kimi yanaşırıq.
Münaqişənin bitməsinə baxmayaraq, itkin düşmüş şəxslərin taleyinin araşdırılması Azərbaycan dövləti üçün ən vacib məsələlərdən biri olaraq qalmaqdadır. Ölkəmizin təşəbbüsü ilə yaradılmış Bakı Dialoqu itkin düşmüş şəxslər məsələsində dövlətlərin, beynəlxalq təşkilatların və mütəxəssislərin səylərini birləşdirərək təcrübə mübadiləsi aparmaq və əməli əməkdaşlığı genişləndirmək, bu problemə beynəlxalq diqqəti artırmaq üçün əhəmiyyətli platforma olaraq çıxış edir.
Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi, eyni zamanda həyata keçirdiyi ardıcıl siyasət Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlıq üçün tarixi imkan yaratmışdır. 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, habelə iki ölkə arasında sülh sazişinin paraflanması bu istiqamətdə atılmış mühüm addım idi.
Dayanıqlı sülhün bərqərar edilməsi siyasi razılaşmalarla yanaşı, etimadın möhkəmləndirilməsini və münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasını tələb edir. İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir və ailələr qarşısında mənəvi məsuliyyətimizdir.
Ermənistanın Azərbaycana qarşı otuz ildən artıq davam edən hərbi təcavüzü nəticəsində uşaqlar, qadınlar və ahıllar da daxil olmaqla, 4010 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınmışdır. Təəssüflə qeyd edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin bu illər ərzində fəaliyyəti nəticə verməmişdir.
Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açmışdır. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir.
Həmçinin oxuyun
İşğaldan azad edilmiş ərazilərimizdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunmuşdur. İnsan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir. Əsir və girovların beynəlxalq təşkilatlardan gizlədilməsi, işgəncə ilə öldürülməsi və cinayətlərin izlərinin ört-basdır edilməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu əməllərə hüquqi qiymət verilməlidir.
Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. İtkin düşmüş heç bir vətəndaşımız unudulmur və onların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Bu faciə ilə üzləşmiş hər bir ailəyə hərtərəfli dəstək və qayğı göstərmək, onların acılarını bölüşmək mənəvi öhdəliyimizdir.
İtkin düşmüş şəxslərin axtarışlarının səmərəliliyi dəqiq məlumatların əldə olunmasından bilavasitə asılıdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, müvafiq arxivlərin
açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır.
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan 2002-ci ildən etibarən BMT Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə təşəbbüsləri ilə çıxış edir. Hesab edirik ki, bu sahədə beynəlxalq səylərin daha da gücləndirilməsi vacibdir. BMT və digər aidiyyəti beynəlxalq təşkilatlar öz mandatları çərçivəsində axtarışlar, məlumat mübadiləsi, məhkəmə-tibbi ekspertiza imkanlarının inkişafı və ailələrə dəstəyin artırılması işində daha fəal olmalıdırlar.
Bu xüsusda, effektiv mexanizmlər siyasi iradəyə, etibarlı məlumatlara və davamlı əməkdaşlığa əsaslanmalıdır. Müasir texnologiyaların tətbiqi, arxiv məlumatlarının əlçatanlığı, mütəxəssislərin hazırlanması və ailələrin müntəzəm məlumatlandırılması bu işin əsas istiqamətləridir. Bütün fəaliyyət insan ləyaqətinə və beynəlxalq humanitar hüquqa hörmət əsasında, ayrı-seçkiliyə yol verilmədən həyata keçirilməlidir. Azərbaycan bu məsələdə birgə təşəbbüslərə töhfə verməyə hazırdır. Bu baxımdan, problemə qlobal miqyasda daha böyük diqqətin ayrılması üçün BMT çərçivəsində itkin düşmüş şəxslər üzrə xüsusi mexanizmin yaradılmasını zəruri hesab edirik.
Əminəm ki, Konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.
Konfransın işinə uğurlar, hər birinizə səmərəli müzakirələr arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir
Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir.Citypost.az xəbər verir ki, builki Konfransın əsas mövzusu itkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi, effektiv mexanizm və həll yollarının inkişaf etdirilməsidir.Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsi olacaq.Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.Dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, ailələr və digər tərəflər bir daha Bakıda bir araya gələrək humanitar əməkdaşlığın konkret nəticələrə çevrilməsi yollarını müzakirə...
07 Oktyabr 2026, 09:41
Qobustandakı "Diri Baba" türbəsini 9 ayda 28 mindən çox turist ziyarət edib
Bu ilin yanvar-sentyabr aylarında Qobustan şəhərindəki "Diri Baba" türbəsini 28 215 turist ziyarət edib.Citypost.az xəbər verir ki, bunu abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında bildirib."Bunun 12 175-i xarici turistlərdir, onlar bilet almaqla buranı ziyarət edib. Türbəyə baş çəkmək üçün ABŞ, Yaponiya, Rusiya, Avropa ölkələri, hətta Madaqaskardan bura ziyarətçilər gəlir. Həmçinin 9 ayda 16 040 nəfər yerli turist ödəniş edərək bura baş çəkib", - deyə direktor əlavə edib.Onun sözlərinə görə, hazırda "Diri Baba" türbəsində yenidənqurma işləri aparılır: "Türbənin yerləşdiyi yerdə arxeoloji qazıntılar aparılır, türbənin özündə və ətrafında konservasiya və restavrasiya işləri görüləcək. Yəgin ki, bir neçə ay çəkər. Bunu biz...
07 Oktyabr 2026, 09:24
Etibar Cəbrayıloğlu Ümrə ziyarətinə yola düşür
Tanınmış jurnalist Etibar Cəbrayıloğlu Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin Xadimi Salman bin Əbdüləziz Al Səudun şəxsi dəvət proqramı ilə müqəddəs Ümrə ziyarətinə yola düşdüyünü bildirib.Citypost.az xəbər verir ki, Etibar Cəbrayıloğlu bu şəraitin yaradılmasına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh Əl-Cüteyliyə təşəkkürünü ifadə edib.“Bu şəraiti yaratdıqlarına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh Əl-Cüteyliyə təşəkkürümü bildirirəm.Allah arzusunda olanlara nəsib etsin, inşallah”, – deyə jurnalist qeyd edib.Turan...
07 Oktyabr 2026, 09:15
Gömrükdə 507 min manatlıq dərman aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən dərman vasitələri aşkarlanıb.Citypost.az Komitəyə istinadən xəbər verir ki, Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsi "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsindən ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır....
07 Oktyabr 2026, 09:04
Nəsimi Musayev hadisəsi Ermənistanda yeni istefalara səbəb olacaq – İDDİA
Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsindən sonra Ermənistanda baş verən proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, hadisədən sonra Ermənistan parlamentində əlbəyaxa dava baş verib, həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini, general-mayor David Sanamyan vəzifəsindən azad edilib.“Onun istefasının rəsmi səbəbi açıqlanmasa da, Ermənistan mətbuatı qərarı məhz sərhəddə baş vermiş hadisə ilə əlaqələndirir”, – deyə hərbi ekspert qeyd edib.Ə.Verdiyev yaxın günlərdə Ermənistanda daha yüksək vəzifəli hərbçilərin də vəzifədən uzaqlaşdırılacağını iddia edib.“İstefalar təkcə MTX ilə məhdudlaşmayacaq. Yaxın günlərdə erməni ordusunun yüksək vəzifəli şəxsləri ordudan qovulacaq. Ərazinin müdafiəsinə cavabdeh olan hərbi hissə,...
07 Oktyabr 2026, 09:03
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;2. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;10. Niyazi küçəsi, "Azneft" dairəsi...
07 Oktyabr 2026, 08:57