Zülfiyyə Quliyeva: “Əxlaq insanın geyimində deyil, mənəviyyatındadır”
Cəmiyyət 09 Oktyabr 2026, 09:29
468
Jurnalist Zülfiyyə Quliyeva məktəblərdə hicabla bağlı müzakirələrə münasibət bildirib. O, paylaşımında məsələni hüquqi və pedaqoji baxımdan dəyərləndirərək şagirdlərin baş örtüyünə görə məktəbə buraxılmamasını qanunsuz hesab etdiyini bildirib.
Citypost.az xəbər verir ki, Jurnalistin sözlərinə görə, məktəbli forması ilə bağlı qaydalarda hicabın qadağan olunması barədə konkret müddəa yoxdur. O, baş örtüyü ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsini digər geyim nümunələri ilə müqayisə edərək məsələyə fərqli yanaşmanın düzgün olmadığını vurğulayıb.
“Əslində, məktəbli formaları ilə bağlı qaydada ‘hicab qadağandır’ ifadəsi yoxdur. Bu, bir baş örtüyüdür. Tutaq ki, bir uşaq hicab yox, papaq taxır. Məktəbdə ona ‘niyə papaq taxmısan?’ demək qanuna ziddir. Onda gəlin, papaq taxanları da məktəbə buraxmayaq”, – deyə Zülfiyyə Quliyeva qeyd edib.
O bildirib ki, məsələnin hüquqi tərəfini diqqətə çatdırmaqla yanaşı, məktəbli geyimi ilə bağlı qərarların pedaqoji şuralara həvalə edilməsinə də toxunub. Jurnalistin fikrincə, baş örtüyünə görə şagirdin məktəbə buraxılmaması hüquqi baxımdan əsaslandırılmalıdır.
Zülfiyyə Quliyeva uşaqların hicabın mahiyyətini dərk etmədən bu geyimi seçməsinin tərəfdarı olmadığını da vurğulayıb. Onun sözlərinə görə, bir çox uşaq hicabı valideynlərinin tövsiyəsi ilə taxır və bu məsələdə uşağın öz seçiminin nəzərə alınması vacibdir.
Bununla belə, jurnalist hicab taxan şagirdin dərslərini yaxşı oxuduğu halda baş örtüyünün tədris prosesinə hansı zərəri verə biləcəyini sual edib.
“Uşaqların hicabın mahiyyətini anlamamış taxmalarının tərəfdarı deyiləm. Etiraf edək ki, uşaqların çoxu hicabı valideyn tövsiyəsi ilə taxır. Bu da əslində uşağın hüququnun pozulmasıdır. Amma İslam o qədər gözəl dindir ki, insanı hər zaman düz yola çəkir. Hicab taxan şagird dərsini yaxşı oxuyursa, onun baş örtüyünün tədris prosesinə nə zərəri var ki? Mən belə düşünürəm”, – deyə o bildirib.
Həmçinin oxuyun
Jurnalist paylaşımında hicabın avtomatik olaraq əxlaq göstəricisi kimi təqdim edilməsinə də etiraz edib. O, insanın mənəvi keyfiyyətlərinin yalnız geyimi ilə müəyyənləşdirilməsinin yanlış olduğunu qeyd edib.
Zülfiyyə Quliyeva fikrini əsaslandırmaq üçün şəxsi tanışlığı ilə bağlı bir nümunə çəkərək, baş örtüyünün insanın davranışına və əxlaqına zəmanət vermədiyini iddia edib. Onun fikrincə, hicablı qadınların davranışlarına münasibətdə də stereotiplərdən uzaq durmaq lazımdır.
“Amma hicabı sırf əxlaq rəmzi kimi təqdim etməyin qəti tərəfdarı deyiləm. Sözüm ondadır ki, əxlaq insanın mənəviyyatındadır. Başın bağlı olması insanı əxlaqlı etmir!” – deyə jurnalist fikrini yekunlaşdırıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda daha 3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirilib
Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib.55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib. Həmçinin, 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib....
09 Oktyabr 2026, 09:32
Xanoğlan Əhmədovdan hicab müzakirələri ilə bağlı SƏRT AÇIQLAMA
Jurnalist Xanoğlan Əhmədov Azərbaycanda hicab və dini geyimlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.Citypost.az xəbər verir ki, paylaşımında son günlər yayılan bəzi iddiaların cəmiyyətdə süni gərginlik yaratmağa hesablandığını qeyd edib. Jurnalistin fikrincə, Azərbaycanda hicabın və dini geyimlərin ümumi şəkildə qadağan olunması barədə məlumatlar həqiqəti əks etdirmir.Xanoğlan Əhmədov bildirib ki, universitetlərdə, iş yerlərində və ictimai həyatda vətəndaşların dini geyimlərinə görə məhdudiyyətlərlə üzləşməsi barədə yayılan məlumatlar da reallığa uyğun deyil.Jurnalist məktəblərdə tətbiq olunan geyim qaydalarının dini məsələ kimi təqdim edilməsini də düzgün hesab etməyib. Onun sözlərinə görə, burada söhbət bütün şagirdlər üçün müəyyənləşdirilmiş vahid məktəbli formasından və təhsil müəssisələrinin daxili qaydalarından...
09 Oktyabr 2026, 09:26
“Folklorumuzda niqab haradadır?” – Sahib Məmmədovdan diqqətçəkən sual
İctimai-siyasi xadim, vəkil Sahib Məmmədov hicab və niqabdan istifadə, geyim azadlığı və dini geyimlərin cəmiyyətdəki yeri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Sahib Məmmədov sosial şəbəkə hesabında paylaşdığı yazıda hicablı qadınların sayının artmasının digər qadınlara qarşı sosial təzyiq yarada biləcəyini iddia edib. Onun fikrincə, geyim azadlığı yalnız hər kəsin istədiyi kimi geyinə bildiyi və heç kimin buna görə təqib olunmadığı şəraitdə mümkündür.“Əgər bütün cəmiyyətlərdə hər kəsin istədiyi kimi geyinmək azadlığı olsaydı, təhlükəli olmazdı. Hicablıların sayı qadın əhalinin 20-30 faizini keçsə, hamı məcbur olacaq bürünməyə. Çünki küçələrdə onları təqib edəcəklər, məktəbdə, iş yerində onlar kimi geyinməyənlərə qarşı qısnama başlayacaq”, –...
09 Oktyabr 2026, 09:22
Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.Bu barədə Citypost.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi qarşılayıb.
09 Oktyabr 2026, 09:19
Aqşin Yeniseydən sosial şəbəkə istifadəçilərinə SƏRT MESAJ
Şair Aqşin Yenisey sosial şəbəkələrdə fərqli düşüncələrə münasibət və şəxsi təhqirlərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki,Aqşin Yenisey bildirib ki, üç-beş il əvvəl sosial şəbəkələrdə yalnız özü kimi düşünən insanları izləməkdə saxlamağın, fərqli fikirləri olanları isə bloklamağın demokratik prinsiplərə zidd olduğunu düşünürdü. Bu səbəbdən paylaşımlarının şərh bölməsində onu tənqid edən və mübahisəyə girən şəxsləri əngəlləmirdi.Lakin şair zaman keçdikcə bu yanaşmasının yanlış olduğu qənaətinə gəldiyini bildirib.“Bəzi, daha doğrusu, bir xeyli adama nəinki demokratik prinsiplərlə, heç adi insani münasibətlərlə də yanaşmaq böyük səhv imiş”, – deyə o yazıb.Aqşin Yenisey demokratiyanın cəhalətin aradan qaldırıldığı cəmiyyətlərdə uğurlu nəticələr verə biləcəyini qeyd edib.Şair bundan sonra...
09 Oktyabr 2026, 09:18
Asif Nərimanlı: “Məktəblərdə geyim qaydaları hicab qadağası demək deyil”
Təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları ətrafında aparılan müzakirə/mühabisə Azərbaycanda hicaba qadağa qoyulub müstəvisinə daşınır. Məsələyə öz mövqeyini bildirən inanclı insanlar da var, bilərəkdən bu istiqamətə yönəldənlər də. Mövcud mənzərədə “hicab qadağası” iddiası üzərindən dini-ideoloji qarşıdurma yaratmaq cəhdləri aydın görünür.Halbuki, məsələnin mahiyyəti məktəblərdə vahid geyim formasının tətbiq edilməsi və təhsilverənlərin geyim qaydalarından ibarətdir. Qaydalarda müxtəlif məhdudiyyətlər olsa da, əsas müzakirə “hicab qadağan edilib” iddiası üzərində aparılır. Ki, bu detal manipulyativ maraqlara diqqət çəkir.Azərbaycanda hicab qadağan edilibmi?Söhbət təhsil müəssisələrində geyim qadayalarından gedir, hicab qadağasından yox. Bunu o zaman demək mümkün olardı ki, insanların küçədə, evlərində, yaxud təhsil müəssisələrindən kənarda başörtüyündən istifadə...
09 Oktyabr 2026, 09:15