Məktəblərdə geyim formaları ilə bağlı YENİ AÇIQLAMA
Cəmiyyət 11 Oktyabr 2026, 13:42
445
“Məktəbli forması qaydalarına əməl olunması vacibdir, bu qaydaların tətbiqində valideynləri və məktəbləri qarşıdurmaya deyil, əməkdaşlığa çağırırıq. Çünki uşaqlar böyüklərin fikir ayrılıqlarının deyil, onların birgə qayğısının və məsuliyyətinin mərkəzində olmalıdırlar”.
CityPost.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru və Azərbaycan Uşaq Qaynar Xətti xidmətinin rəhbəri Kəmalə Aşumova deyib.
“Məktəbli forması sosial fərqlərin qabardılmasının qarşısını alır”
Onun sözlərinə görə, məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunan və təhsil mühitinin təşkilinə xidmət edən ümumi qaydalardan biridir:
“Bu tələbin əsas məqsədi məktəbdə nizam-intizamın təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının alınması, bərabərlik və kollektivə aidlik hissinin gücləndirilməsidir. Azərbaycanda da məktəbli formasına dair tələblər müvafiq normativ sənədlərlə tənzimlənir və bütün şagirdlər üçün vahid yanaşmanın təmin edilməsinə yönəlib. Bu baxımdan məsələni yalnız hicab və ya hər hansı dini geyimlə əlaqələndirmək düzgün deyil. Söhbət ümumilikdə məktəb mühitində müəyyən edilmiş geyim və xarici görünüş qaydalarından gedir”.
“Geyimlə bağlı anlaşılmazlıqlar uşaqları təhsildən kənarda qoymamalıdır”
K.Aşumova qeyd edib ki, məktəb yalnız bilik verilən yer deyil, həm də uşaqların sosiallaşdığı, məsuliyyət, intizam, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm sosial institutdur:
“Geyim qaydaları ilə bağlı yaranan anlaşılmazlıqlar uşağın təhsildən kənarda qalmasına, məktəbə getməkdən çəkinməsinə və ya psixoloji narahatlıq yaşamasına səbəb olmamalıdır. Valideynlərə izah edilməlidir ki, məktəbli forması uşaqların fərdiliyini məhdudlaşdırmaq üçün deyil, onların vahid, təhlükəsiz və nizamlı təhsil mühitində iştirakını təmin etmək üçün nəzərdə tutulur”.
İctimai Şura üzvünün fikrincə, məktəbli forması ilə bağlı məsələlərin dini və ideoloji qarşıdurma mövzusuna çevrilməsi, xüsusilə uşaqların bu mübahisələrin mərkəzinə gətirilməsi düzgün yanaşma deyil:
“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə həm dini etiqad azadlığı, həm də təhsilin dünyəviliyi prinsipi qanunvericiliklə qorunur. Bu prinsiplər bir-birinə qarşı qoyulmamalıdır. Məktəblərdə vahid geyim qaydalarının müəyyən edilməsi təhsil mühitinin təşkilinə yönəlmiş məsələdir və onun mahiyyəti valideynlərə düzgün izah olunmalıdır. Eyni zamanda, unutmaq olmaz ki, hər bir uşağın ailəsi, dini və mədəni mühiti fərqli ola bilər. Bu fərqliliklər heç bir halda uşağın məktəbdə damğalanmasına, təcrid edilməsinə və ya yaşıdları tərəfindən bullinqə məruz qalmasına səbəb olmamalıdır”.
“Uşaqlar böyüklərin mövqelərini müdafiə etmək üçün vasitəyə çevrilməməlidir”
Həmçinin oxuyun
K.Aşumova bildirib ki, böyüklər arasında yaranan fikir ayrılıqları bəzi hallarda uşaqların emosional vəziyyətinə, özünəinamına və məktəbə münasibətinə mənfi təsir göstərə bilir:
“Biz Azərbaycan Uşaq Qaynar Xətti xidməti və uşaqlarla birbaşa işləyən təşkilat olaraq bunu yaxşı bilirik. Ona görə də belə məsələlərdə xüsusilə həssas davranılmalıdır. Uşaqlar nə dini və ideoloji mübahisələrin iştirakçısına, nə də böyüklərin mövqelərini müdafiə etmək üçün vasitəyə çevrilməlidirlər. Hesab edirəm ki, məktəbli forması ətrafında süni qarşıdurma yaratmaq əvəzinə, cəmiyyətə üç əsas məqam izah edilməlidir: bu qaydalar bütün şagirdlərə aiddir, təhsilin dünyəvi xarakterinə əsaslanır və uşaqlar üçün bərabər, təhlükəsiz təhsil mühitinin yaradılmasına xidmət edir”.
“Valideynlər geyim qaydalarının mahiyyətini övladlarına düzgün izah etməlidirlər”
Onun sözlərinə görə, məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında düzgün kommunikasiya qurulmalı, geyim qaydalarının məqsədi və hüquqi əsasları aydın izah edilməlidir. Kəmalə Aşumova onu da vurğulayıb ki, məktəb hər bir uşaq üçün təhlükəsiz, bərabər və ayrı-seçkilikdən uzaq mühit olmalıdır.
İctimai Şura üzvü məktəb və ailə arasında əməkdaşlığın vacibliyinə də diqqət çəkib:
“Məktəb və ailə uşağın inkişafında bir-birini tamamlayan iki mühüm tərəfdir. Uşağın keyfiyyətli təhsil alması, sağlam psixoloji mühitdə böyüməsi və cəmiyyətə inteqrasiyası məhz bu əməkdaşlıqdan çox asılıdır. Valideynlər məktəbdə müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalı, onların mahiyyətini övladlarına düzgün izah etməli və məktəblə əməkdaşlıq etməlidirlər. Eyni zamanda, məktəblər də valideynlərlə açıq ünsiyyət qurmalı, onların suallarını cavablandırmalı və mümkün anlaşılmazlıqları həssaslıqla həll etməlidirlər”.
K.Aşumova valideynlərə məktəbli forması ilə bağlı fikir ayrılıqlarını uşaqların yanında münaqişəyə çevirməməyi tövsiyə edib:
“Belə hallar uşaqlarda məktəbə qarşı mənfi münasibət, narahatlıq, qorxu və emosional gərginlik yarada bilər. Heç bir uşaq valideynlə məktəb arasında yaranan anlaşılmazlığa görə təhsilindən geri qalmamalı, özünü günahkar və ya digər uşaqlardan fərqli hiss etməməlidir. Əgər hər hansı narazılıq yaranırsa, valideynlər ilk növbədə məktəb rəhbərliyi, müəllimlər və müvafiq təhsil qurumları ilə konstruktiv dialoqa üstünlük verməlidirlər. Uşağın fikri də onun yaşına və inkişaf səviyyəsinə uyğun şəkildə dinlənilməli, emosional vəziyyəti nəzərə alınmalıdır”.
K.Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətti xidmətinin əsas fəaliyyət istiqamətlərindən birinin də uşaqların hüquqlarının müdafiəsi, onların üzləşdiyi psixoloji və sosial çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi, ailə və uşaqların müvafiq xidmətlərə yönləndirilməsi olduğunu bildirib. O, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi də bu məsələlərə xüsusi diqqət yetirdiyini qeyd edib.
“Uşağın təhsil hüququ bütün müzakirələrdən üstün tutulmalıdır”
İctimai Şura üzvü valideynləri və təhsil müəssisələrini uşaqların üstün mənafeyi naminə daha sıx əməkdaşlığa, qarşılıqlı anlaşmaya və məsuliyyətli yanaşmaya çağırıb:
“Bizim üçün əsas məsələ uşağın hansı geyimdə məktəbə gəlməsi ətrafında mübahisə yaratmaq deyil, onun hər gün məktəbə təhlükəsiz, rahat və inamla gəlməsi, keyfiyyətli təhsil alması və özünü məktəb cəmiyyətinin bərabərhüquqlu üzvü kimi hiss etməsidir. Unutmamalıyıq ki, uşağın təhsil hüququ, psixoloji rifahı və təhlükəsizliyi bütün müzakirələrdən üstün tutulmalıdır. Məktəbli forması qaydalarına riayət olunması ilə uşağın fundamental hüquqlarının qorunması bir-birinə zidd deyil. Əksinə, düzgün yanaşma və əməkdaşlıq şəraitində bu iki məqsəd birlikdə təmin edilə bilər”, - deyə K.Aşumova qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti, dağlarda gecə 4-9° isti,...
11 Oktyabr 2026, 13:20
"Məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi Azərbaycan dövlətinin varlığına qarşısan!" - Rəşad Məcid
Orta məktəblərdə vahid məktəbli geyiminin tətbiqi ilə bağlı müzakirələr fonunda bəzi dairələrin nümayiş etdirdiyi mövqe cəmiyyətdə ciddi narahatlıq doğurur.Məsələ ilə bağlı Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Redaktor.az-a açıqlama verib.O bildirib ki, ölkədə hicaba hər hansı qadağa yoxdur və orta məktəblərə aid olan vahid geyim tərzi qərarının belə mütəşəkkil reaksiya ilə qarşılanması şübhələr yaradır:“Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələr tərəfindən idarə olunan təhdidin əlamətləri açıq görünür. Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür. Amma bir şey aydındır: Sən orta məktəblərdə hicab tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan! Bu, birmənalıdır!”Rəşad Məcid maarifçilik...
11 Oktyabr 2026, 12:27
Məktəblərdə geyimlərlə bağlı yeni qaydalar nədən ibarətdir və niyə vacibdir? - VİDEO
CityPost.az məktəblərdə tətbiq edilən yeni geyim qaydalarının detallarını təqdim edir:Məktəblər yalnız bilik qazandığımız təhsil ocağı deyil, həm də cəmiyyətdə birgə yaşamağı öyrəndiyimiz böyük bir həyat səhnəsidir. Burada hər kəsin özünü rahat və bərabər hiss etməsi üçün müəyyən qaydalara ehtiyac var. Bərabərlik sosial-iqtisadi fərqləri aradan qaldırır. Ayrı seçkilik riskini azaldır. Məktəb ailəsinin üzvü olmaq hissi:uşağın özünü kollektivin ayrılmaz bir parçası kimi görməsini təmin edir və onda məsuliyyət hissini gücləndirir. Geyim mövsümə uyğun, təmiz, səligəli və işgüzar üslubda olmalıdır. Sadə və səliqəli geyim həm müəllimin nüfuzunu qoruyur, həm də şagirdlərin diqqətini yayındırmır.Şagirdlərin vahid formada geyinməsi, müəllimlərin isə işgüzar üsluba riayət etməsi məktəbdə ümumi bir harmoniya yaradır....
11 Oktyabr 2026, 11:19
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə Salyan şəhərində yerləşən, hazırda fəaliyyət göstərməyən istehsalat müəssisəsinin ərazisində "Dağıntı altında qalmış zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirilib.CityPost.az xəbər verir ki, təlimə FHN Muğan Regional Mərkəzinin və TƏBİB-in tabeliyindəki Salyan rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb olunub.Qeyd edilir ki, məqsəd xilasedicilərin bu tipli müəssisələrin ərazisində mümkün fövqəladə hallar zamanı axtarış-xilasetmə bacarıqlarının daha da təkmilləşdirilməsi olub.Təlim zamanı şərti fövqəladə hadisə nəticəsində obyektin ərazisində "köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər" xüsusi vasitələrlə "xilas edilərək" onlara "ilkin yardım" göstərilib.Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib....
11 Oktyabr 2026, 11:06
Sakinlər vahid məktəbli forması haqqında nə düşünür? - BAKIDA SORĞU
Xəbər verdiyimiz kimi,Azərbaycanda vahid məktəbli formasının tətbiqinə başlanıb.Ümumiyyətlə, vahid məktəbli formasının tətbiqinə yalnız inzibati tələb kimi yanaşmaq məsələnin mahiyyətini tam əks etdirməz.Burada daha geniş sosial və pedaqoji məqsədlər mövcuddur. Məktəbə daxil olan uşaq fərqli ailə, sosial və mədəni mühitdən gələn yüzlərlə həmyaşıdı ilə eyni məkanda təhsil alır. Təhsil müəssisəsinin mühüm vəzifələrindən biri bu fərqlərin uşaqlar arasında ayrı-seçkilik və ya sosial təcrid amilinə çevrilməsinə imkan vermədən onları ortaq təhsil mühitində birləşdirməkdir. Məktəbli formasının vahidliyi də bu ümumi mühitin görünən elementlərindən biri kimi çıxış edir.Bəs,əhali yeni qərara necə yanaşır?CİTYpOST.AZ xəbər verir ki,"Sorğu TV" youtube kanalı bununla bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.Həmin sorğunu...
11 Oktyabr 2026, 10:14
"Həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər"
Son günlər sosial şəbəkələrdə məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar müzakirə olunur.Bəzi şəxslər bunun hicaba qadağası kimi təqdim etməyə çalışır.Təbii ki,bu fikir kökündən yalnışdır.Burada məqsəd təhsilin dünyəvilik prinsipini qorumaq və vahid geyim üslubunun tətbiq edilməsidir.Mövzu ilə bağlı CityPost.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov məsələnin hüquqi və dini tərəflərindən danışıb.Millət vəkili bildirib ki,həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. "Məlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının...
11 Oktyabr 2026, 09:28