Bizə yazın

Baku

-°C

USD

-

Sabah 4 rayon işıqsız qalacaq

Cəmiyyət 13 Oktyabr 2026, 08:00

370

Təmir işləri ilə əlaqədar Bakının iki rayonunda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xətai RETSİ-nə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində saat 09:30-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq. Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bundan əlavə, oktyabrın 13-də Ağdaş və Göyçay Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq bir sıra hava xətlərində və Komplekt Transformator Məntəqəsində (KTM) təmir, eləcə də hava xəttinə toxunan ağacların budanması işləri həyata keçiriləcək.

Ağdaşın Ağzıbir, Aşağı Nemətabad, Hacılar, Xınaxlı, Kotavan, Qaraoğlan, Qobuüstü, Pirəzə, Pirkəkə, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Göyçayda Qaraməryəm, Qarayazı, Şahsoltanlı və Yekəxana kəndlərinin bəzi ərazilərində saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alqış Musayev hicabla bağlı təklif irəli sürüb

YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev hicabla bağlı müzakirələrə münasibət bildirib və bu məsələnin həlli ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki , Alqış Musayev bu barədə sosial şəbəkə hesabında yazıb.O, qeyd edib ki, hicabla bağlı israr edən şəxslər üçün müəyyən şərait yaratmaq mümkündür.“Hicabla bağlı kim israr edirsə, onlara şərait yaratmaq olar. Və bu mümkündür.Məsələn, hicablı müəllimə və ya şagird məktəbə daxil olanda hicabı açır, sinif otağına bəlli məktəb formasında daxil olur, dərsdən sonra yenə örtünüb gedir.Sadə və rahat”, – deyə Alqış Musayev yazıb.Turan...

13 Oktyabr 2026, 08:45

Ləman Ələşrəfqızı: “Məktəbə hücum dövlətə hücumdur!”

Əməkdar jurnalist, LAF TV-nin rəhbəri Ləman Ələşrəfqızı məktəbə hücum hadisəsinə və aksiyalar zamanı səsləndirilən şüarlara münasibət bildirib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Ləman Ələşrəfqızı qeyd edib ki, hadisə ilə bağlı görüntüləri paylaşmasa da, məktəbə hücumu əks etdirən şəkli paylaşır və belə halların dövlətə qarşı hücum kimi qiymətləndirilməli olduğunu düşünür.“Bəli, məktəbə hücum dövlətə hücumdur! Bu məhz belə də dəyərləndirilməlidir! Yoxsa, bu nə şüarlardır belə – Sahib Zamanın əsgəriyik-zad? Sən öz ölkənin əsgərisən, vəssalam. Öz ölkənin sahibisən, vəssalam. Sahib Zamanın əsgərliyini etmək istəyirsənsə, get onun ordusunda xidmət elə. Nə mənasız adamlarsız!” – deyə jurnalist bildirib....

13 Oktyabr 2026, 08:18

Rumiyyə Miraslan: “Təxribat törədənləri din, İslam, hicab adına yazmayın”

Jurnalist Rumiyyə Miraslan hicab müzakirələri fonunda baş verən hadisələrə münasibət bildirib. O, təxribat törədən şəxslərin din, İslam və hicab adı ilə əlaqələndirilməsinə etiraz edib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.“Təxribat törədənləri din, İslam, hicab adına yazmayın lütfən. Bunu edənlərin İslama, hicaba heç bir aidiyyəti yoxdur, onlar siz özünüzsünüz – seçki karuselçiləri, balağında topa-topa bülleten daşıyanlar, vicdanlı insanların üzünə durub həbs etdirənlər, bir qab yal üçün it kimi hürənlər, saxtakarlar, satqınlar, satılmışlar, manqurtlar”, – deyə Rumiyyə Miraslan bildirib.Jurnalist qeyd edib ki, onun fikrincə, həqiqi dindarlar öz hüquqlarını sivil formada tələb edərək evlərinə qayıdıblar.“Zamanla hər şey bəlli olacaq, haqq öz yerini tapacaq,...

13 Oktyabr 2026, 08:14

Xəzər dənizində yeni ada yarandı

Qazaxıstan sahillərində Xəzər dənizində yeni ada yaranıb. Ada Kulalı adası yaxınlığında aparılan hava kəşfiyyatı zamanı aşkarlanıb.Citypost.az xəbər verir ki, son dörd-beş il ərzində suyun səviyyəsinin azalması fonunda dənizin şimal hissəsində buna bənzər bir neçə quru sahəsi meydana gəlib.Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun məlumatlarında qeyd olunur ki, Qazaxıstan sektorunda suyun səviyyəsi 1996–2025-ci illər ərzində təxminən 2,45 metr azalıb. Bunun əsas səbəbləri çay axınının azalması, iqlim dəyişikliyi nəticəsində buxarlanmanın artması və insan fəaliyyətinin təsiridir.Alimlər xəbərdarlıq edirlər ki, Xəzər dənizinin dayazlaşması onun ekosistemi üçün təhlükə yaradır. Bu proses Xəzər suitilərinə və nərə balıqlarına da mənfi təsir göstərə bilər. Dənizin geri çəkilməsi balıqçılığa, gəmiçiliyə...

13 Oktyabr 2026, 08:12

Mir Şahin Ağayev: “Qibləmiz Azərbaycandır!”

REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev hicab müzakirələri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.“Azərbaycan dövləti hər bir varlıqdan dəfələrlə artıqdır! Ya hicablı, ya hicabsız! Niyyətimizi qapamayaq! Açıq sevək! Gizlətməyək! Qibləmiz Azərbaycandır! Günəş şüası düşən pəncərəni qırmazlar!!!” – deyə Mir Şahin Ağayev bildirib.Turan

13 Oktyabr 2026, 08:04

"28 May"da əməliyyat: 200 nəfərdən çox adam SAXLANILIB

Bakıda “28 May” metrostansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir.Citypost.az  xəbər verir ki,“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib. İlkin məlumata əsasən, ərazidə xidmət aparan polis əməkdaşları ictimai asayişin pozulmasının qarşısını alaraq bir qrup şəxsi saxlayıblar.Redaksiyamıza daxil olan məlumatda saxlanılanların sayının 200 nəfəri keçdiyi, 100-dən çox şəxs barəsində isə cinayət işi başlandığı iddia olunur....

12 Oktyabr 2026, 21:58