Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
Cəmiyyət 12 Oktyabr 2026, 17:04
424
Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Citypost.az-a verilən məlumata görə, ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.
Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sisteminin işi təqdim edilib.
Həmçinin oxuyun
Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların xüsusi əhəmiyyətini vurğulayıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Məktəblərdə vahid geyim formasının tətbiqi mütərəqqi qərardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”
“Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər” və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarları mütərəqqi qərarlardır və dini etiqad azadlığı ilə ziddiyyət təşkil etmir”.Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.Polkovnik qeyd edib ki, Nazirlər Kabinetinin məlum qərarları tədris mühitini yaxşılaşdırmaq, nizam-intizamı gücləndirmək, şagirdlərin məsuliyyət hissini artırmaq məqsədi daşıyır:“Şübhəsiz ki, Nazirlər Kabineti tərəfindən vahid geyim forması ilə bağlı qəbul edilən qərarlar təhsil müəssisələrində tədirisin keyfiyyətini yaxşılaşdırmaq məqsədinə xidmət edir.Vahid geyim forması tədris mühitinə öz müsbət təsirini göstərməklə yanaşı, məktəbərdə nizam-intizamın möhkəmlənməsinə, şagirdlərin...
12 Oktyabr 2026, 17:43
Çin XİN başçısı Azərbaycana səfər edəcək
Çinin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək."Report" xəbər verir ki, bu barədə bu gün baş tutan brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib.Onun sözlərinə görə, Van İ Bakıda Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək."Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək. Oktyabrın 14-dən 20-dək Van İ həmçinin Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək", - Mao Nin bildirib....
12 Oktyabr 2026, 17:15
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət...
12 Oktyabr 2026, 17:05
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
Oktyabrın 12-də Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.Ali Məhkəmədən Citypost.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində...
12 Oktyabr 2026, 16:41
Naxçıvanda üçəm doğulub
Babək rayonunda üçəm doğulub.Citypost.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə müraciət edən qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.Körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100 qram, digəri 900 qram, üçüncüsü isə 800 qram çəki ilə doğulub.Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir.Bu...
12 Oktyabr 2026, 16:26
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
12 Oktyabr 2026, 15:56