Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub 

Cəmiyyət 12 Oktyabr 2026, 13:18

465

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Citypost.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq.

Baş nazir Hun Manet: Cənab Prezident, məni AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Sizin gözəl ölkənizi ziyarət etmək imkanına görə çox şadam. Bu vaxtadək mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Elə indicə müzakirə etdiyimiz kimi bizim otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlarımız var.

Fürsətdən istifadə edərək, Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Zati-alinizə çatdırmaq istəyirəm. Mən müzakirələrimizi, - elə indicə müzakirə etdiyimiz mövzuların, sadəcə müzakirələr yox, birlikdə əməkdaşlığı genişləndirmək üçün ölkələrimizin atacağı addımların müzakirəsini, - davam etdirməyi səbrsizliklə gözləyirəm.

Cənab Prezident, dəvətiniz üçün bir daha təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim də salamlarımı Əlahəzrət Krala və on iki il bundan əvvəl bu binada görüşdüyüm sabiq Baş nazirə, Senatın sədrinə də çatdırın.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib 

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.Bu barədə Citypost.az xəbər verib.

12 Oktyabr 2026, 13:51

Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub? - ZAHİD ORUC YAZIR

DÖVLƏTİN LİBASI-KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏRPeyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?Dünyada məktəb, din və geyim münasibətləri üçün vahid model yoxdur. Fransa 2004-cü ildən dövlət tədris binalarında şagirdin dini mənsubiyyətini açıq şəkildə göstərən simvolları – islam örtüyünü, yəhudi kipasını və böyük ölçüdə xaçı – dünyəvilik prinsipi əsasında məhdudlaşdırır. ABŞ-da isə dövlət məktəbi dini tədris edə bilməz, amma şagirdin geyiminə qarşı ayrıca qadağa qoymaq da yolverilməz sayılır. İngiltərədə məktəblərə vahid forma siyasəti qurmaq səlahiyyəti verilir, lakin dini geyimlə bağlı yasaqlar əsaslandırılmalı, məktəb nizam-intizamı, təhlükəsizlik və bərabərlik meyarlarına uyğun olmalıdır. Almaniya Konstitusiya Məhkəməsi isə müəllimin hicabını sırf abstrakt təhlükə ilə qadağan etməməyi,...

12 Oktyabr 2026, 13:15

Prezident: Kamboca ilə tərəfdaşlığımız güclüdür

Biz yaxşı dostlar və tərəfdaşlarıq.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında söyləyib.“Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, - deyə dövlətimizin başçısı qeyd edib.

12 Oktyabr 2026, 11:51

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış edirlər.Bu barədə Citypost.az əməkdaşı xəbər verir.

12 Oktyabr 2026, 11:35

Səfərbərlik Xidmətində 8 cinayət işi: 6 təqsirləndirilən şəxs barəsində həbs qərarı

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.Bu barədə Citypost.az -a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.Həmçinin qeyd olunan...

12 Oktyabr 2026, 11:33

Prezident İlham Əliyevin Kamboca Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub.Bu barədə Citypost.az  xəbər verir.

12 Oktyabr 2026, 11:01