Şəmsi Vəfadar: "Nazirlər Kabinetinin məlum qərarı dinə qarşı deyil"
Cəmiyyət 12 Oktyabr 2026, 14:47
2041
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var. İnanclı insanlara və dinə münasibət heç kimə sirr deyil ki, bir mənalıdır. Azərbaycan cəmiyyətində inanclı insanlar ən ali təbəqənin nümayəndələri hesab edilməklə bütün məclislərdə və ümumi toplantılarda rəğbətlə qarşılanıblar. Dinə və onun daşıyıcılarına hörmət və ehtiramdan kimlərinsə sui-istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəməsi, ictimai narazılıq yaratmaq cəhdləri yol verilməzdir.
Bunu CityPost.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü,jurnalist və tanınmış şair Şəmsi Vəfadar bildirib.
Şəmsi Vəfadarın bildirdiyinə görə,Nazirlər Kabinetinin 06.10.2026-cı il tarixli, 325 nömrəli Qərarında hicab sözü yer almayıb. Həmin Qərarın 1.6-cı bəndində isə deyilir ki, təhsil verənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsiplərinə uyğun olmalıdır. Bu tələb yalnız dövlət ümumi təhsil müəssisələrində əmək funksiyalarını yerinə yetirən müddətdə müəllim və şagirdlərin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə keçərlidir.
"Yəni, bu o deməkdir ki, həmin tələb təhsil verənlərin və şagirdlərin məktəbdən kənarda hər hansı şəxsi seçimlərinə təsir göstərə bilməz. Onu da qeyd etmək vacibdir ki, bu tələb Azərbaycan Respublikasının Konstitusiyasında da yer alıb. Konstitusiyamızın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 18-ci maddədə isə göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.
Dövlət təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Konstitusiyamızın 48-ci maddəsində isə əksini tapıb ki, hər kəsin vicdan azadlığı vardır. Eyni zamanda həmin maddənin 4-cü bəndində deyilir ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Bu yanaşma digər inkişaf etmiş ölkələrdə də mövcuddur.
Pedaqoji baxımdan götürsək də, görərik ki, bir sinifdə ayrı-ayrı ailələrin müxtəlif baxışlı uşaqları əyləşir. Müəllimin neytral görünüşü – heç bir uşağın özünü kənar hiss etməməsinə səbəb olmamalıdır.
Qurani-Kərimdə bütün bunlarla səsləşən maraqlı tezislər yer alıb. Bəqərə surəsində buyurulur ki, dində məcburiyyət yoxdur. Digər ayədə isə göstərilir ki, Ey iman gətirənlər, əhdlərinizi yerinə yetirin. Dövlət məktəbində işləmək könüllü əmək müqaviləsinə əsaslanır. Qaydalara əməl etmək əslində sadiqlik əlamətidir. Nisan surəsi 59-cu ayədə göstərilir ki, Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Yəni, bu o deməkdir ki, qanuna hörmət – cəmiyyətdə nizamın tələbidir. Unutmamalıyıq ki, din – iman insanlarla Allah arasındadır.
Nəticə etibarı ilə bu qənaətə gəlmək olar ki, Nazirlər Kabinetinin məlum qərarı dinə qarşı deyil, məktəblərin neytrallığını qorumaq üçündür. Yəni, qərar imana, dinə yox, yalnız iş vaxtı geyiminə aiddir. Dərs otağı şagirdlərin ortaq evidir. Baş örtüyündən istifadə edən və etməyən, hicab bağlayan hər bir müəllimə hörmətə layiqdir.
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır. Bu səbəbdən verilən qərarın əsas məqsədi məktəbdə səliqəli geyimin təmin olunması və məktəbə aidliyin qorunmasıdır. Məktəb yalnız təhsil deyil, həm də tərbiyə ocağıdır. Əlbətdə, məktəbdən kənarda hər kəs istədiyi geyim formasında öz dini inancını davam etdirə bilər, buna görə heç bir məhdudiyyət mövcud deyil. Sözsüz ki, biz hamımız bilirik ki, Azərbaycanda insanların hansı dinə mənsub olmaları onların öz seçimidir.
Heç bir özəl və ya dövlət müəssisəsində işə götürənlə işçi arasında mütləq şəkildə müqavilə bağlayanların borcu imzaladıqları müqavilənin müddəalarına əməl etməkdir. Sonda demək istəyirəm ki, Azərbaycan qanunlarına əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur",-deyə Şəmsi Vəfadar bildirib.
Həmçinin oxuyun
Jalə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.APA xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:Abdullayeva Nəzrin Vüsal qızıAbduzadə Nihad Ehtiram oğluAğazadə Xədiceyi-Kübra Cəmaləddin qızıAlmazov Ayxan Xəqani oğluAslanova Gülay İlkin qızıBabayev Ravil Ramin oğluBabazadə Ayan Vilayət qızıBabazadə Ayxan Asiman oğluBayramlı Cəmilə Elşən qızıBayramlı Halə Zəfər qızıBayramzadə Məhəmməd Altay oğluCamalov Tunar Anar oğluCəbizadə Sinavər Vahab qızıDadaşov Kamal Ceyhun oğluƏfəndiyev Elvin Elnur oğluƏhmədli Leyla Əflatun qızıƏhmədov Fərəc...
12 Oktyabr 2026, 15:15
“Məktəbin öz qaydaları var” – Fazil Mustafadan AÇIQLAMA
Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi fikir ayrılıqlarına səbəb olub.Citypost.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, dini inanc ilk növbədə insanın öz daxilində, ikinci olaraq evinin içində, üçüncü isə məscidin, kilsənin, yaxud sinaqoqun içində olmalıdır:“Digər məkanlarda nümayiş etdirilən inanc və ya inanc formatı daha çox ideoloji mahiyyət daşımağa başlayır. Buna görə də Azərbaycanda dindarlar iki...
12 Oktyabr 2026, 15:07
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb....
12 Oktyabr 2026, 14:14
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.Bu barədə Citypost.az xəbər verib.
12 Oktyabr 2026, 13:51
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.Citypost.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin...
12 Oktyabr 2026, 13:18
Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub? - ZAHİD ORUC YAZIR
DÖVLƏTİN LİBASI-KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏRPeyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?Dünyada məktəb, din və geyim münasibətləri üçün vahid model yoxdur. Fransa 2004-cü ildən dövlət tədris binalarında şagirdin dini mənsubiyyətini açıq şəkildə göstərən simvolları – islam örtüyünü, yəhudi kipasını və böyük ölçüdə xaçı – dünyəvilik prinsipi əsasında məhdudlaşdırır. ABŞ-da isə dövlət məktəbi dini tədris edə bilməz, amma şagirdin geyiminə qarşı ayrıca qadağa qoymaq da yolverilməz sayılır. İngiltərədə məktəblərə vahid forma siyasəti qurmaq səlahiyyəti verilir, lakin dini geyimlə bağlı yasaqlar əsaslandırılmalı, məktəb nizam-intizamı, təhlükəsizlik və bərabərlik meyarlarına uyğun olmalıdır. Almaniya Konstitusiya Məhkəməsi isə müəllimin hicabını sırf abstrakt təhlükə ilə qadağan etməməyi,...
12 Oktyabr 2026, 13:15