Bizə yazın

Baku

-°C

USD

-

“Məktəbin öz qaydaları var” – Fazil Mustafadan AÇIQLAMA

Cəmiyyət 12 Oktyabr 2026, 15:07

671

Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər  üçün vahid geyim formasının tətbiqi və müəllimlər üçün geyim qaydalarını müəyyənləşdirməsi manipulyasiya edilərək hicabla əlaqəli müzakirələrə çevrilib. Qərarın bəzi çevrələr tərəfindən dini azadlıqlara məhdudiyyət kimi təqdim edilməsi və müzakirə mövzusunun fərqli istiqamətə yönəldilməsi fikir ayrılıqlarına səbəb olub.

Citypost.az xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, dini inanc ilk növbədə insanın öz daxilində, ikinci olaraq evinin içində, üçüncü isə məscidin, kilsənin, yaxud sinaqoqun içində olmalıdır:

“Digər məkanlarda nümayiş etdirilən inanc və ya inanc formatı daha çox ideoloji mahiyyət daşımağa başlayır. Buna görə də Azərbaycanda dindarlar iki qrupa bölünürlər: inancını sağlam şəkildə yaşayıb ölkəsinin qanunlarına, Konstitusiyasına tabe olan və faydalı vətəndaş olmağa çalışanlar; dini ideoloji xətti təmsil edərək, onu bir vasitə kimi cəmiyyətə təqdim etmək istəyənlər. Bu şəxslər bəzən özlərini dinin qoruyucuları kimi qələmə verirlər. Sanki dinin taleyi, gələcəyi və qorunması Allah tərəfindən məhz bunlara tapşırılıb”.

Fazil Mustafa qeyd edib ki, Azərbaycanın spesifikası fərqlidir:

“Biz dövlət müstəqilliyimizi elan etmişik, torpaqlarımızı azad etmişik, lakin din sistemimiz demək olar ki, böyük dərəcədə kənardan gələn təsirlərə məruz qalıb. Yəni dini nüfuz və avtoritetlərin böyük əksəriyyəti xaricdəki siyasi hakimiyyəti təmsil edən ruhani sinfidir. Belə bir vəziyyətdə səmimi dindarlar Azərbaycan dövlətinə bağlıdırlar, onun qanunlarına əməl edirlər və öz dövlətlərinin yaşaması üçün bütün fədakarlığı ortaya qoyurlar. Digərləri isə ancaq xarici ölkələrdən alınan təlimatlar vasitəsilə öz ideologiyalarını Azərbaycan cəmiyyətində təbliğ etməyi düşünürlər və istənilən vaxt xaricdən yönləndirilməklə öz ölkələrinə qarşı problemlər yaratmağa hazır olduqlarını göstərirlər”.

Komitə sədri vurğulayıb ki, səmimi, Azərbaycan dövlətinə bağlı olan dindarları incidəcək hər hansı bir addımın atılması mümkünsüzdür və dövlət də buna çox böyük həssaslıqla yanaşır:

“Diqqət etsəniz, bu qərarı kənardan fərqli şəkildə təqdim edənlərin, kliplər çəkənlərin, verilişlər hazırlayanların və bunu təbliğat materialına çevirənlərin böyük əksəriyyəti məhz xarici amillərdən qidalanan qüvvələrdir. Çünki burada konkret olaraq Nazirlər Kabinetinin müvafiq qərarı nəzərdə tutulur. Qərarda məktəblərdə vahid geyim formasının tətbiqi əks olunur, kimsənin inancı və ya dini müzakirə olunmur, qanunda buna qarşı heç bir məhdudiyyət nəzərdə tutulmur. Bu o deməkdir ki, bu motivlə etiraz edən müəyyən insanlar digər kateqoriyadan olanların da etirazı ilə qarşılaşa bilərlər. Məsələn, bir qrup adam da mini ətəklə məktəbə gəlmək istəyər. Nazirlər Kabinetinin qərarı bunu da qəbuledilməz sayır və hamını bir sinif və məktəb mühitində fərqlənməməyə çağıraraq bu addımı atır”.

O, məktəb və təhsil mühiti haqqında fikirlərini də bölüşüb:

“Məktəb haqqında hər birimiz deyirik — uşaqdan, valideyndən, müəllimdən də soruşsaq, bildirirlər ki, məktəb bizim evimizdir. Əgər hicab insanların kənar təhlükədən qorunması üçün dini tələb kimi anlaşılırsa, xüsusən qadınlar üçün bu tələb qoyulursa, onda söhbət küçədəki təhlükədən gedir. İnsanın öz evində olan təhlükədən söhbət getmir ki! Biz məktəbə əslində elə ev kimi baxmalıyıq. Biz övladımızı kimə əmanət edirik? Müəllimə. Müəllim kimə əmanətdir? Dövlətin himayəsinə və mühafizəsinə. Kimsə gedib məktəbdə müəllimə həqarət edə bilərmi? Bunun hüquqi məsuliyyəti var. Kimsə müəllimi aşağılaya bilərmi? Bəli, istisna epizodlar ola bilər, amma bunun məsuliyyət tərəfi var. Deməli, dövlət həm də müəllimi qoruyur. Əgər məktəbə bir ailə modeli kimi baxılırsa, bu ailədə kimsənin ailə standartlarından kənar, öz istəyi və seçimi üzrə, inanc adı altında addım atması dövlət tərəfindən məqbul sayılmır. Bəzən dövlətin qəbul etdiyi qərarlar cəmiyyətin hamısını tam razı salmaya bilər”.

Fazil Mustafa qeyd edib ki, dövlət birinci növbədə təhlükəsizlik maraqlarından çıxış edir:

“Məsələn, iqtisadiyyatda elə qərarlar qəbul olunur ki, sahibkarların bir qismini razı salmır. Yaxud sərhədlər bağlanarkən bu addım müəyyən insanların maraqlarına uyğun gəlmir. Lakin dövlət məsələyə bu cür yanaşmır. Dövlətin yanaşması, ilk növbədə, təhlükəsizlik maraqlarından irəli gəlir. Dövlət müəyyən təhlükəsizlik amillərini nəzərə alaraq insanların ümumi yaşayışına zərər vura biləcək hallara qarşı tədbirlər görməlidir.

Necə olur ki, dövlət məscid tikir, pirləri və ziyarətgahları təmir edir, hətta bir çox hallarda cəhalət yayan bəzi elementlərə belə tolerant yanaşır, başqalarının, xüsusən də kənardan gələnlərin inanclarına müdaxilə etmir, lakin dövlətə aid sistem daxilində kiminsə öz inancını müstəsna dəyərə çevirərək yaşamasına fərqli yanaşır? Dövlət məsələyə cəmiyyətin digər üzvlərinin ümumi maraqlarını nəzərə alaraq bu kontekstdən yanaşır. Ona görə də bu məsələdə ideoloji çalarlar axtarmaq, siyasi çağırışlar etmək və bunu inanca qarşı atılmış addım kimi qiymətləndirmək, fikrimcə, məsələni məqsədyönlü şəkildə başqa istiqamətə yönəltməkdir”.

Komitə sədri qonşu ölkələrdəki vəziyyətlə Azərbaycandakı durumu müqayisə edib:

“Diqqət etsəniz, qonşu ölkələrdə hicab taxmadığına görə insanları edam edirlər. Bizdə kimsə hicab taxdığına görə haradasa incidilirmi? Küçədə, bayırda belə hallara rast gəlinirmi? Hər birimizin qohumları, yaxınları, ailə üzvləri arasında hicablı şəxslər var. Lakin dövlətə aid məkanlarda belə bir tələb qoyulursa, deməli, dövlətin təhlükəsizlik və təhsildə ümumi davranış qaydalarının fərqləndirilməməsi baxımından narahat olduğu məqamlar var. Bu cür qərarların qəbul edilməsi bir çox hallarda zərurətdən irəli gəlir. Bu baxımdan, zənnimcə, hər kəs öz inancını həmin üç mexanizm çərçivəsində yaşatmağa davam etməlidir və heç kimin buna görə məhdudiyyətlə qarşılaşması nəzərdə tutulmur.

Lakin qeyd etdiyim kimi, ikinci kateqoriyaya aid olan dindarlar başqa ölkələrin keçdiyi yolun yaratdığı sıxıntıları bu ölkəyə daşımaq istəyirlər. Biz İran və Əfqanıstan kimi ölkələrdə baş verənlərə laqeyd yanaşa bilmərik”.

Komitə sədri əlavə edib ki, qadınlara qarşı münasibətin İslam ədalətinə uyğun olduğunu iddia etmək gülüş doğurur:

“Həmin ölkələrdə biz bunu görmürük. Bu ölkədə Azərbaycan qadınının bu formada diskriminasiyaya məruz qalmasına rast gələ bilərsinizmi? Yəni dünyəvi dövlət anlayışının hər bir ölkədə fərqli şərhi ola bilər. Azərbaycanda yanaşma belədir: heç kimin inancına qarşı çıxılmasın, amma dövlətə aid sistem daxilində vətəndaşların bərabərliyinin qorunması təmin olunsun. Bu, eyni zamanda, Azərbaycan məktəbində təhsil almaq istəyən hansısa yəhudiyə və ya xristiana da aiddir. Sabah kimsə xaç taxaraq məktəbə gəlib dərsdə otura bilməz, bu da qadağandır. Yəni demək istədiyim odur ki, bu, yalnız İslama aid məsələ deyil. Bəzən Azərbaycanı İslam dövləti kimi təqdim edənlər tamamilə yanlış mülahizə irəli sürürlər. Azərbaycan dünyəvi dövlətdir, sadəcə, bu ölkədə İslam etiqadına mənsub insanların sayı çoxdur. Bu çoxluq hüququn bütün üstünlüklərindən istifadə etmək mənasına gəlmir”.

Parlamentarinin fikrincə, diqqəti daha çox təhsilin keyfiyyətinin müzakirəsinə yönəltmək lazımdır:

“Bəli, təhsilin keyfiyyətində böyük problemlər var. Hicablı da, hicabsız da bizim övladlarımızdır. Hicabsız müəllimlər də bizim bacılarımız, ölkəmizin vətəndaşlarıdır. Bunların hamısı Vətənimizin dəyərli övladlarıdır. İndi aralarında ideoloji xəstəliyə yoluxmuş 5-10 faiz insan ola bilər, amma böyük əksəriyyət Azərbaycan dövlətini sevən, onun üçün övlad yetişdirən analarımız, bacılarımızdır. Ona görə də biz bu məsələyə ayrı-seçkilik kontekstindən yanaşmamalıyıq. Onların da dəyərini bilməli, hüquqlarının kənardan pozulmasına imkan verməməliyik.

Amma məktəb müstəvisində biz daha çox təhsilin keyfiyyəti, məktəbin gerçək mahiyyətinin anlaşılması, təhsilin və təlimin yüksək səviyyədə təşkili problemlərini həll etməliyik. Ona görə də bu məsələlərdə, məncə, fərqli bir yol izlənərsə, ilk növbədə, bu tezisləri və düşüncələri də kənara qoya bilərik. Məktəbin əsl mahiyyətinə uyğun bir məkana çevrilməsinə bütün cəmiyyət olaraq dəstəyimizi əsirgəməməliyik”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI 

Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.APA xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:Abdullayeva Nəzrin Vüsal qızıAbduzadə Nihad Ehtiram oğluAğazadə Xədiceyi-Kübra Cəmaləddin qızıAlmazov Ayxan Xəqani oğluAslanova Gülay İlkin qızıBabayev Ravil Ramin oğluBabazadə Ayan Vilayət qızıBabazadə Ayxan Asiman oğluBayramlı Cəmilə Elşən qızıBayramlı Halə Zəfər qızıBayramzadə Məhəmməd Altay oğluCamalov Tunar Anar oğluCəbizadə Sinavər Vahab qızıDadaşov Kamal Ceyhun oğluƏfəndiyev Elvin Elnur oğluƏhmədli Leyla Əflatun qızıƏhmədov Fərəc...

12 Oktyabr 2026, 15:15

Şəmsi Vəfadar: "Nazirlər Kabinetinin məlum qərarı dinə qarşı deyil"

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var. İnanclı insanlara və dinə münasibət heç kimə sirr deyil ki, bir mənalıdır. Azərbaycan cəmiyyətində inanclı insanlar ən ali təbəqənin nümayəndələri hesab edilməklə bütün məclislərdə və ümumi toplantılarda rəğbətlə qarşılanıblar. Dinə və onun daşıyıcılarına hörmət və ehtiramdan kimlərinsə sui-istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmaq istəməsi, ictimai narazılıq yaratmaq cəhdləri yol verilməzdir. Bunu CityPost.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin üzvü,jurnalist və tanınmış şair  Şəmsi Vəfadar bildirib.Şəmsi Vəfadarın bildirdiyinə görə,Nazirlər Kabinetinin 06.10.2026-cı il tarixli, 325 nömrəli Qərarında hicab sözü yer almayıb. Həmin Qərarın 1.6-cı bəndində isə deyilir ki, təhsil verənlərin geyimi, o cümlədən istifadə etdikləri geyim elementləri ümumi təhsilin dünyəvilik prinsiplərinə...

12 Oktyabr 2026, 14:47

Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib 

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az  xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb....

12 Oktyabr 2026, 14:14

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib 

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.Bu barədə Citypost.az xəbər verib.

12 Oktyabr 2026, 13:51

İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub 

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.Citypost.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin...

12 Oktyabr 2026, 13:18

Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub? - ZAHİD ORUC YAZIR

DÖVLƏTİN LİBASI-KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏRPeyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?Dünyada məktəb, din və geyim münasibətləri üçün vahid model yoxdur. Fransa 2004-cü ildən dövlət tədris binalarında şagirdin dini mənsubiyyətini açıq şəkildə göstərən simvolları – islam örtüyünü, yəhudi kipasını və böyük ölçüdə xaçı – dünyəvilik prinsipi əsasında məhdudlaşdırır. ABŞ-da isə dövlət məktəbi dini tədris edə bilməz, amma şagirdin geyiminə qarşı ayrıca qadağa qoymaq da yolverilməz sayılır. İngiltərədə məktəblərə vahid forma siyasəti qurmaq səlahiyyəti verilir, lakin dini geyimlə bağlı yasaqlar əsaslandırılmalı, məktəb nizam-intizamı, təhlükəsizlik və bərabərlik meyarlarına uyğun olmalıdır. Almaniya Konstitusiya Məhkəməsi isə müəllimin hicabını sırf abstrakt təhlükə ilə qadağan etməməyi,...

12 Oktyabr 2026, 13:15