Naxçıvanda üçəm doğulub
Cəmiyyət 12 Oktyabr 2026, 16:26
430
Babək rayonunda üçəm doğulub.
Citypost.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə müraciət edən qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.
Körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100 qram, digəri 900 qram, üçüncüsü isə 800 qram çəki ilə doğulub.
Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.
Həmçinin oxuyun
Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir.
Bu gün isə körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət...
12 Oktyabr 2026, 17:05
Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub
Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub."Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) Citypost.az-a verilən məlumata görə, ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər, o cümlədən ölkə ictimai nəqliyyatında ilk dəfə məhz dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma ilə ödəniş sisteminin işi təqdim edilib.Ziyarət zamanı çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şərait və müasir xidmət imkanları ilə tanış olub, sərnişin daşımaları sahəsində müasir yanaşmaların...
12 Oktyabr 2026, 17:04
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər
Oktyabrın 12-də Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.Ali Məhkəmədən Citypost.az xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində...
12 Oktyabr 2026, 16:41
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Oktyabrın 12-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfərə gəlib.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Laos Prezidenti Thonqlun Sisuliti Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
12 Oktyabr 2026, 15:56
İlham Əliyev Slovakiya ilə bağlı sazişi TƏSDİQLƏDİ
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb....
12 Oktyabr 2026, 15:52
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
Prezident İlham Əliyev 2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.APA xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək:Abdullayeva Nəzrin Vüsal qızıAbduzadə Nihad Ehtiram oğluAğazadə Xədiceyi-Kübra Cəmaləddin qızıAlmazov Ayxan Xəqani oğluAslanova Gülay İlkin qızıBabayev Ravil Ramin oğluBabazadə Ayan Vilayət qızıBabazadə Ayxan Asiman oğluBayramlı Cəmilə Elşən qızıBayramlı Halə Zəfər qızıBayramzadə Məhəmməd Altay oğluCamalov Tunar Anar oğluCəbizadə Sinavər Vahab qızıDadaşov Kamal Ceyhun oğluƏfəndiyev Elvin Elnur oğluƏhmədli Leyla Əflatun qızıƏhmədov Fərəc...
12 Oktyabr 2026, 15:15