Məktəbə hücum edənlər həbs olundu
Cəmiyyət 15 Oktyabr 2026, 15:30
480
Bakının Hövsan qəsəbəsində məktəbin mühafizəçisinə hücum edərək ona ağır xəsarətlər yetirən şəxslərdən ikisi polis tərəfindən müəyyən olunaraq həbs edilib.
Citypost.az Trend-ə istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində baş verib. Bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Həmçinin oxuyun
Başından xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
15 Oktyabr 2026, 16:21
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb.
15 Oktyabr 2026, 16:19
AQEM-in Baş katibi dəyişib
AQEM-in Baş katibi Kayrat Sarıbay təşkilatın son illərdə əhəmiyyətli institusional inkişaf əldə etdiyini, üzv dövlətlər arasında praktiki əməkdaşlığın genişləndiyini bildirib.Citypost.az xəbər verir ki, bunu Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında çıxışı zamanı deyib.Baş katib qeyd edib ki, 2022-ci ildən bəri AQEM çərçivəsində dörd yeni məsləhətçi orqan və mexanizm yaradılaraq fəaliyyətə başlayıb. Onun sözlərinə görə, son dörd il ərzində təşkilatın etimad quruculuğunun beş istiqaməti üzrə 100-ə yaxın tədbir keçirilib.Kayrat Sarıbay AQEM üzv dövlətlərinin ümumi razılığa gəlmək, danışıqlar yolu ilə nəticələr əldə etmək, siyasi bəyannamələr və tematik sənədlər qəbul etmək bacarığını nümayiş...
15 Oktyabr 2026, 16:10
Azərbaycan və Qazaxıstanı birləşdirən rəqəmsal körpü açıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.Citypost.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn...
15 Oktyabr 2026, 15:56
Mətbuat Şurası İdarə Heyətinə namizədlərin adları açıqlandı
Sabah 16 oktyabr 2026-cı il tarixdə saat 09.00-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək.Bu barədə Citypost.az-a Mətbuat Şurasından məlumat verilib.Bildirilib ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib.Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlərdir.Jurnalist namizədlər1. Hacıbəy Heydərli – "Azxeber.com" saytı;2. Orxan Amaşov – AnewZ;3. Səadət Məmmədova – ATV;4. Nurşən Quliyev – APA;5. Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;6. Elşad Eyvazlı – Modern Media Qrupu;7. Vəfa Həmzəyeva – Real TV;8. Elmira Musazadə - CBC;9. Seyfəddin Hüseynli – "525-ci qəzet";10. Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;11. Fərid Şahbazlı...
15 Oktyabr 2026, 15:50
Saleh Səmədov 8 il müddətinə azadlıqdan məhrum edilib
İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub.Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.Qeyd edək ki, o, 2025-ci ilin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub....
15 Oktyabr 2026, 15:27