Bizə yazın

Baku

-°C

USD

-

Berdiməhəmmədov: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyət daşıyır

Siyasət 15 Oktyabr 2026, 13:37

467

Türkmənistan süni intellektlə bağlı beynəlxalq məcəllənin yaradılmasını təklif edir.

Citypost.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.

O bildirib ki, Türkmənistan Azərbaycanın AQEM-ə sədrliyinə xüsusi diqqət və dəstək göstərir.

Berdiməhəmmədov qeyd edib ki, hazırda dünyada dərin geosiyasi və geoiqtisadi transformasiyalar baş verir. Onun sözlərinə görə, beynəlxalq hüquq və BMT Nizamnaməsinin müddəaları mövcud çağırışların həllində mühüm rol oynayır.

Türkmənistan Prezidenti bildirib ki, ölkəsi 2028-ci ilin Beynəlxalq Hüquq İli elan edilməsini təklif edib.

O, beynəlxalq hüququn və qabaqlayıcı diplomatiyanın dövlətlər arasında dialoqun vacib elementləri olduğunu vurğulayıb.

Berdiməhəmmədov BMT-nin Mərkəzi Asiya üzrə Regional Preventiv Diplomatiya Mərkəzinin Aşqabadda yerləşdiyini xatırladaraq, bu istiqamətdə AQEM ölkələrinin dəstəyinin vacibliyini qeyd edib.

Prezident ticarətin inkişafı, etibarlı logistikanın təmin edilməsi, nəqliyyat zəncirlərinin gücləndirilməsi və mövcud marşrutların inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunub.

Onun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının gücləndirilməsi, eləcə də bu sahələrdə təcrübə mübadiləsinin aparılması vacibdir.

Türkmənistan Prezidenti rəqəmsal həllərin, süni intellektin və digər qabaqcıl texnologiyaların iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirib.

Berdiməhəmmədov süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə beynəlxalq məcəllənin yaradılması təşəbbüsünü irəli sürüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiya və Türkiyə XİN başçıları Bakıda görüşüb 

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiya xarici işlər naziri Sergey Lavrov görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

15 Oktyabr 2026, 13:56

İsxak Hersoq: İsrailin Asiya regionuna töhfə vermək üçün resursları var

“İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var”.Citypost.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.O bildirib ki, İsrail regionla əməkdaşlıq üçün bu ailədə mühüm yer tutur: “Asiyada əməkdaşlığın daha da güclənməsi və layihələrdə yer tutmaq İsrailin istəyidir. Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur. Qarşılıqlı hörmət və təhlükəsizliyin təmini istiqamətində AQEM çərçivəsində mühüm addımlar atılır"....

15 Oktyabr 2026, 13:36

İlham Əliyev: Biz barbarların səviyyəsinə enmədik

Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib.“Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”, - dövlət başçısı əlavə edib....

15 Oktyabr 2026, 13:34

Japarov: Azərbaycan dövlətlər arasında qarşılıqlı əlaqələrin güclənməsinə töhfə verir

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın AQEM çərçivəsində dövlətlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, bunu o, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində bildirib."Azərbaycan tərəfinin Müşavirə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə və fəaliyyətin inkişafına verdiyi mühüm töhfəni böyük məmnuniyyətlə qeyd edirəm", – Japarov deyib.S.Japarov görüşün təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.O, həmçinin Laosun AQEM-ə qoşulmasını alqışlayıb və Qırğızıstanın fəal əməkdaşlığa hazır olduğunu ifadə edib....

15 Oktyabr 2026, 13:23

Emoməli Rahmon: Uzunmüddətli sülhün əsası suverenliyə hörmətdir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında dialoq üçün platforma kimi daha əhəmiyyətli və səmərəli rol oynamağa qadirdir.Citypost.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.O, sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib."Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir", - Rahmon deyib.Tacikistan...

15 Oktyabr 2026, 13:20

Tokayev: AQEM müasir dünyanın çağırışlarına daha çevik cavab verməlidir

Qazaxıstan AQEM-in fəaliyyətinə böyük töhfə verməyə hazırdır. Təşkilat təhlükəsizliyin təmin edilməsi, etimadın möhkəmləndirilməsi və müasir çağırışlara birgə cavab verilməsi baxımından mühüm rol oynayır.Citypost.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün plenar iclasında deyib.Tokayev bildirib ki, AQEM-ə üzv dövlətlərin sayı artır və təşkilat üzvlərinin 90 faizi Asiya ölkələridir.Onun sözlərinə görə, dünyada mürəkkəb çağırışlar və ciddi problemlər meydana çıxdıqca, bu çətinliklərə qarşı birgə fəaliyyət göstərmək vacibdir.Tokayev Azərbaycanın AQEM-in dünyada əhəmiyyətli təşkilata çevrilməsi istiqamətində böyük iş gördüyünü bildirib. O, yol xəritəsində AQEM-in açıq olmasının və təhlükəsizliyin daha müasir formatının yaradılması...

15 Oktyabr 2026, 13:08