"Təəsüf ki, dost, qardaş bildiyimiz ölkədə çox tərbiyəsiz..." - Tanınmış yazıçıdan SƏRT MÖVQE
Cəmiyyət 15 Oktyabr 2026, 14:11
745
Türkiyə mediasında və sosial şəbəkələrdə Azərbaycana, Dövlət başçısına, Hökumətin qərarına qarşı gözlənilmədən ittihamlar, hətta təhqirlər yağdırılır. Azərbaycanın daxili işlərinə qarşımaq kimi beynəlxalq münasibətlər sisteminə sığmayan gerizəkalı cəhdlər edilir.
Bunu CityPost.az-a açıqlamasında Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli bildirib.
Həmçinin oxuyun
"Təəsüf ki, dost, qardaş bildiyimiz ölkədə çox tərbiyəsiz, çox əxlaqsız, çox da mədəniyyətsiz olan cahillər dəstəsini təşkilatlandırıb üstümüzə qısqırdanlar var. Və qarşısını almaqdansa, daha da körüklənir. Türkiyə və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı əsrlərin sınağından çıxan birlikdir. Türk dünyasının dahi öndərləri də bu birliyi uzaqgörənliklə ifadə ediblər:
“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.” (M.K. Atatürk); “Türkiyə - Azərbaycan bir millət iki dövlətdir.” (Heydər Əliyev)
Təbii, hər şey axır, hər şey dəyişir. Dünya da dəyişir, iqtidarlar da əvəzlənir, hakimiyyətlər də gəlir-gedir... Və kinli cahillər də gəldikləri kimi gedəcəklər...
İki qardaş xalqın arasına hikkə ilə nifaq toxumu səpmək mümkün olmayacaq, bu birlik əbədiyyətə qədər var olacaq, qalacaqdır",-deyə Akif Əli bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Deputatın yeni kitabı çıxacaq
Yaradana şükürlər olsun ki, sübh tezdən yeni kitab üzərində işləri tamamlayıb nəşriyyata göndərdim. Trayektoriyamız bəllidir: cəhalətə, nadanlığa, xəstə tarix şüuruna qarşı bir aydınlıq dirənişi! Bu millətin, bu cəmiyyətin başının üstünü qapatmağa çalışanlar öz işlərini görsünlər, bizlər də başın içini aydınlatmağa davam edək!Bunu millət vəkili Fazil Mustafa öz sosial şəbəkə hesablarında yazıb."Qalıcı iş kitabdır, kiminsə onu yazmaq imkanı olmaya bilər, ancaq hər kəsin onu oxumaq imkanı var. Ağlınızı, imanınızı aydınladan tək vasitə kitabdır. İstər müqəddəs kitab olsun, istərsə də insan zəkasının məhsulu kitab olsun! Gözünüzə dolan qulağınıza doldurulandan daha faydalıdır. Qorxmadan, usanmadan qaranlıq keçmişimizə və qaranlıq indimizə qarşı aydınlıq və maarifçilik ...
15 Oktyabr 2026, 13:56
“Azərişıq” 9 ayda istehlakçılara 18 adda xidmət göstərib
"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarını əhatə edən hesabat dövründə ASAN xidmət, ASAN kommunal mərkəzləri, KOB evləri və elektron xidmətlər vasitəsilə istehlakçılardan ümumilikdə 272 892 müraciət qəbul edilib."Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə səhmdar cəmiyyətin "ASAN xidmət"lə İş və Elektron İdarəetmə Departamentinin direktoru İnam Yusifov işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.Onun sözlərinə görə, hazırda istehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir: "Bu xidmətlərdən elektron qaydada istifadə imkanının yaradılması müraciət prosesini sadələşdirir, vətəndaşların vaxtına qənaət edir və xidmətlərə çıxış imkanlarını...
15 Oktyabr 2026, 13:54
Qusar–Həzrə–Sudur avtomobil yolunda aparılan bərpa işləri yekunlaşdırılıb
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işləri yekunlaşdırılıb.Citypost.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.Məlumata görə, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu.Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib.Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub....
15 Oktyabr 2026, 13:39
"Dostluq bərabərlikdir, ağıl öyrətmək yox" -Telli Pənahqızı
Azərbaycanda məktəbli qızların hicabla məktəbə gəlməsi məsələsi ətrafında müzakirələr gedir. Hər kəsin bu məsələyə münasibəti ola bilər. Mənim də var. Ancaq məni başqa bir məqam düşündürür: niyə bəzi qonşularımız Azərbaycanın daxili məsələləri ilə bağlı özlərinə söz haqqı görürlər? Bunu CityPost.az-a açıqlamasında Azərbaycan Milli Televiziya və Radio Şurasının üzvü, Teleradio Akademiyasının rektoru, şairə, publisist, nasir Telli Pənahqızı bildirib. "Biz müstəqil dövlətik. Öz dövlətçilik ənənələrimiz, qanunlarımız, təhsil siyasətimiz, milli maraqlarımız var. Övladlarımızın hansı təhsil mühitində yetişməsi, məktəblərimizin hansı prinsiplərlə fəaliyyət göstərməsi Azərbaycanın özünün həll edəcəyi məsələdir.Xüsusilə də özlərini bizə dost adlandıran İran və Türkiyədən gələn iradlar sual doğurur. Dostluq başqa dövlətin daxili işlərinə qarışmaq,...
15 Oktyabr 2026, 13:30
Mirziyoyev: Süni intellektdən etik və məsuliyyətli istifadə vacibdir
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyət və öhdəliklər aydın olmalıdır.Citypost.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.Özbəkistan lideri vurğulayıb ki, Asiyada etimad infrastrukturu yaradılmalıdır və buna misal kimi AQEM çərçivəsində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu deyib.Onun sözlərinə görə, bu gün ölkələrin qarşısında yeni çağırışlar var:"Bunlar iqlimlə və süni intellektlə bağlıdır. Biz rəqəmsal inkişafda bütün ölkələr üçün faydalı olmasına çalışmalıyıq. Bu mənada süni intellektdən etik və məsuliyyətli istifadə önəmlidir. AQEM çərçivəsində bu sahə üzrə ekspert platforması yaradılmalıdır"....
15 Oktyabr 2026, 13:09
İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib
Elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Gimnaziya tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib.Hazırda gimnaziyada 1214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Gimnaziyada ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün müasir fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb. Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə...
15 Oktyabr 2026, 13:05