Rey Kərimoğlu üzv təşkilatlara çağırış etdi: “Bu məbləği ödəmək çətin deyil”
Cəmiyyət 16 Oktyabr 2026, 10:59
460
Azərbaycan Mətbuat Şurasına üzv olan bəzi təşkilatlar üzvlük haqqını ödəməyiblər.
Citypost.az xəbər verir ki, bunu Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mətbuat Şurasına üzv olan və qurultayda təmsil edilən təşkilatların üzvlük haqqını ödəməsi nizamnamənin tələbidir.
“Gündəlik qəzetlər və saytlar üçün üzvlük haqqı 148 manat, həftəlik qəzetlər üçün isə 99 manatdır. Məncə, bu məbləği ödəmək çətin deyil”, – deyə Rey Kərimoğlu vurğulayıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.
Qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib. Onlardan 201 nəfəri qurultayda iştirak edir.
Qurultay çərçivəsində Mətbuat Şurasının İdarə Heyətinə seçkilərin keçirilməsi də nəzərdə tutulur. Üzv təşkilatların təqdim etdikləri anketlər əsasında İdarə Heyətinin üzvlüyünə namizədlər müəyyənləşdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda nikah və boşanmaların sayı azalıb
Azərbaycanda nikah və boşanmaların sayı azalıb.Dövlət Statistika Komitəsindən Citypost.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust aylarında 26 485 nikaha daxilolma və 13 278 boşanma halları qeydə alınıb.2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
16 Oktyabr 2026, 11:30
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə...
16 Oktyabr 2026, 11:28
Milli Məclis hərbi qulluqçuların pensiyası ilə bağlı dəyişiklikləri qəbul etdi
Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək.Citypost.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qüvvədə olan qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ var:- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;- hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın...
16 Oktyabr 2026, 11:28
Hərbçilərin əməkhaqları artırılır
Hərbçilərin əməkhaqları artırılır, yeni qaydada hesablanacaq.Citypost.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Müdafiə Nazirliyinin bütün hərbçilərinin vəzifə maaşı rütbə maaşı ilə əvəz ediləcək. Hərbi qulluqçuların (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və onun müavinləri istisna olmaqla) pul təminatı rütbə maaşından, rütbə maaşından hesablanan əlavələrdən və mütləq rəqəmlərlə müəyyən edilən əlavələrdən ibarət olacaq.Hazırda qüvvədə olan qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının...
16 Oktyabr 2026, 11:25
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik məktubları ünvanlayıb.Citypost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib.Təklif deputatlar tərəfindən alqışlarla qarşılanıb.
16 Oktyabr 2026, 11:10
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağır olaraq qalır.Bu barədə Citypost.az cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.
16 Oktyabr 2026, 10:48