Ceyhun Məmmədov: “Prezidentin AQEM-dəki çıxışı Azərbaycanın gücünü və müstəqil siyasətini əks etdirir”
Siyasət 16 Oktyabr 2026, 11:14
611
Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışını çox mühüm hesab etdiyini bildirib.
Bu barədə Citypost.az-a açılmasında deputat qeyd edib ki, bu çıxışda Azərbaycanın keçdiyi çətin və şərəfli yol, qazandığı tarixi Qələbə və beynəlxalq münasibətlərdə tutduğu mövqe bir daha diqqətə çatdırılıb.
Onun sözlərinə görə, Azərbaycanın bu gün regionda mühüm söz sahibi olması təsadüfi deyil. Ölkəmiz hər zaman müstəqil siyasət yürüdərək öz milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü qorumağa çalışıb. Eyni zamanda, digər dövlətlərlə əməkdaşlığın inkişafına, sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verib.
Ceyhun Məmmədov bildirib ki, çıxışda onu ən çox düşündürən məqamlardan biri beynəlxalq təşkilatların ədalətli və prinsipial mövqe tutmasının vacibliyi olub. Onun fikrincə, beynəlxalq hüquq yalnız kağız üzərində qalmamalı, qəbul edilən qərarlar həyata keçirilməlidir. Əks halda, ədalətsizlik və ikili standartlar yeni münaqişələrə yol aça bilər.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə xalqımızın birliyini, əzmini və torpaqlarımıza bağlılığını nümayiş etdirib. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi tariximizin ən mühüm hadisələrindəndir. Bu Qələbə bizə göstərdi ki, xalqın iradəsi, milli birlik və güclü dövlətçilik ən çətin sınaqlardan keçməyə imkan verir.
Həmçinin oxuyun
Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanın sülh təklif etməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki Qələbə qazanmaq qədər sülhü qorumaq, gələcək nəsillər üçün təhlükəsiz və sabit mühit yaratmaq da vacibdir. Bu gün əsas məqsəd regionda etimadın möhkəmləndirilməsi və davamlı sülhün təmin olunması olmalıdır.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, təhsil, elm, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal iştirakını göstərir. Bu da Azərbaycanın yalnız öz regionunda deyil, daha geniş coğrafiyada əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini təsdiqləyir.
Ceyhun Məmmədov bildirib ki, ümumilikdə, Prezident İlham Əliyevin bu çıxışı Azərbaycanın tarixi Qələbəsini, müstəqil siyasətini və gələcəyə yönəlmiş məqsədlərini əks etdirir. Onun sözlərinə görə, bizim üçün əsas məsələ əldə etdiyimiz nailiyyətləri qorumaq, dövlətimizin gücünü artırmaq və gələcək nəsillərə sülh, təhlükəsizlik və firavanlıq şəraitində yaşaya biləcəkləri bir ölkə miras qoymaqdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin sədri: “1993-cü ilin iyunu dövlətçilik tarixində dönüş nöqtəsi oldu”
1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.Citypost.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.Onun sözlərinə görə, ölkənin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi oldu:"Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Milli-dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".S.Qafarova həmçinin vurğulayıb ki, İlham Əliyevin...
16 Oktyabr 2026, 11:17
Zahid Oruc: “Bağçamızın da, məktəbimizin də idealı Azərbaycan dövləti olmalıdır”
Azərbaycanın son iki yüz ildən artıq siyasi tarixi qarşısında hər zaman bir sual dayanıb - xalqımız hansı dövləti qurmaq istəyir? Müsəlman Şərqində, dini ənənələrin güclü olduğu bir məkanda Səfəvilərdən xanlıqlara, daha sonra quberniya idarəçiliyinə qədər keçən dövrdə ərazisini, əhalisinin böyük bir hissəsini itirən, parçalanan və müstəqil qərarvermə mərkəzləri olmayan azərbaycanlılar Rusiya imperiyasının süqutundan sonra siyasi xəritəyə müasir respublika quruluşu ilə çıxdılar. 20-ci əsrin əvvəllərində artıq Osmanlının çöküşü və Türkiyənin dünyəvilik əsasında müasir Cümhuriyyət yaratmasından beş il əvvəl eyni etnik köklərə malik Azərbaycanın dünyəvi dövlət qurması tarixi faktdır. Mustafa Kamal Atatürkün Milli Qurtuluş savaşı və o dövr üçün müasir Respublikanı bəyan...
16 Oktyabr 2026, 09:46
“Rəğbətim artdı”: Etibar Əliyevdən İsxak Hersoqun çıxışına tərif
Sabiq deputat Etibar Əliyev İsrail Prezidenti İsxak Hersoqun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısındakı çıxışını şərh edib. O, İsrail Prezidentinin nitqini və tolerantlığını yüksək qiymətləndirərək elm və təhsil sahəsində yəhudilərin təcrübəsindən öyrənməyin vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“İsrail Prezidenti İsxak Hersoqa rəğbətim artdı. Çıxışı mükəmməl idi, tolerantlığına isə söz ola bilməzdi. Heç kim inciməsin, Hersoqun mənsub olduğu millətdən elmə və təhsilə yiyələnməyin yolları öyrənilməlidir.Yəhudilər öyrətmək işində çox səxavətlidirlər”, – deyə sabiq deputat qeyd edib.Turan ...
16 Oktyabr 2026, 09:00
Vüsal Məmmədov: “Xilafət yükünü yenidən çiyinlərə almaq ciddi tarixi səhvdir”
Jurnalist Vüsal Məmmədov Osmanlı imperiyasının süqutunda xilafət institutunun roluna və Türkiyənin bu gün həmin ideyaya münasibətinə dair fikirlərini bölüşüb. O, Mustafa Kamal Atatürkün xilafəti ləğv etməsini Türkiyənin tarixində mühüm qərarlardan biri kimi qiymətləndirib və bu institutun yenidən gündəmə gətirilməsini tənqid edib.Citypost.az xəbər verir ki, Vüsal Məmmədov bu barədə sosial şəbəkə hesabında yazıb:“Osmanlını boğaza bağlanmış daş kimi suyun dibinə dartan əsas amillərdən biri sultanın həm də xəlifə, imperiyanın həm də xilafət olması idi. 18-ci əsrdən sonra xilafət türkə əsla lazım olmayan ağır bir yükə çevrilmişdi. Məhz xilafət statusu və dini idarəçilik hər dəfə Avropaya açılan pəncərələri bağlayır, səltənəti orta əsrlərdən çıxmağa...
16 Oktyabr 2026, 08:28
Alqış Musayev: “Hər bir azərbaycanlı 2003-cü ilin siyasi əhəmiyyətini unutmamalıdır”
YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev 2003-cü il prezident seçkisinin Azərbaycanın siyasi tarixindəki əhəmiyyətindən bəhs edib. O, hakimiyyətin varisliyinin xalqın dəstəyi ilə və hüquqi çərçivədə həyata keçirilməsini ölkənin bugünkü uğurlarını təmin edən mühüm amillərdən biri kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Ölkəmizin bugünkü uğurlarını təmin edən həlledici faktorlardan biri və birincisi 2003-cü ilin prezident seçkisidir.2003-cü ildə, son 100 ildə ilk dəfə olaraq, İlham Əliyevin timsalında siyasi hakimiyyətin varisliyi xalqın dəstəyi ilə, istəyi ilə, hüquq çərçivəsində, ən əsası da, heç bir sosial böhranın, ərazi itkisinin müşayiəti olmadan...
16 Oktyabr 2026, 08:12
Ədalət Verdiyev: “Zəngəzur dəhlizini və Turan birliyini hicaba qurban vermək olmaz”
İşğalçı Ermənistan rəhbərliyi beynəlxalq tədbirlərdə XOCALI faciəsini etiraf edəndə, Azərbaycan dövlətinin əleyhinə danışanda Türkiyə nümayəndələri zalı tərk etmirdi. Zalı tərk etmək məntiqsiz addımdır. Diplomatlar uzaq məsafə qət edirlər ki, bir birini dinləsinlər, problemin həlli yolunu tapsınlar. Türkiyə olmayan yerdə Azərbaycan daim Türkiyənin mövqeyini müdafiə edib. Eləcə də Azərbaycan olmayan yerdə Türkiyə eyni addımı atıb. İndi isə cənab Ərdoğanın Bakıya gəlməməsi, cənab Fidanın iclas zalıni tərk etməsi həm də ev şahidi Azərbaycana qarşı hörmətsizlikdir. Türkiyə qardaş ölkə olaraq əhəmiyyətsiz və sizə aid olmayan hicab məsələsinə görə vəziyyəti daha gərginləşdirirsiniz. Zəngəzur dəhlizini, Turan Birliyinı hicaba qurban vermək olmaz. Bu səhvləri tarix bağışlamaz.Ədalət...
16 Oktyabr 2026, 08:05