Səhiyyə Nazirliyində mənimsəmə işi: Məhkəmə ekspertiza qərarı verdi
Cəmiyyət 19 Oktyabr 2026, 12:18
594
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun məhkəmə prosesində şahidlər ifadə verib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verənlərdən biri də ixtisasca həkim olan İdris Ələkbərov olub.
O, təqsirləndirilən şəxsi ilk dəfə istintaqda gördüyünü bildirib.
Şahidin sözlərinə görə, nazirliyin kadrlar şöbəsinin əməkdaşı olan qonşusu Yeganə Eyvazova ona iş təklif edib.
"Mən də onun təklifini qəbul etdim. İşə getməsəm də, adıma əməkhaqqı yazılırdı. Sonuncu əməkhaqqını özüm nağdlaşdıraraq Yeganə xanımın mənə göndərdiyi kart hesabına göndərmişəm. Həmin hadisədən 1 həftə sonra bu məsələnin üstü açılıb", - şahid bildirib.
İclasda şahid qismində ifadə verən Azərbaycan Tibb Universitetinin müəllimi Rövşən Əhmədov deyib ki, əvvəl Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsində çalışıb:
"Mehdi Əmrahovu 2013-cü ildən tanıyıram. 2022-ci ildən eyni idarədə çalışmışıq. Nazirliyin İnventarizasiya və Silinmə Komissiyasında adımın olmasından xəbərim yox idi. Pul çıxarma ilə bağlı sənədin birində adımın, digərində imzamın olduğunu bildirdilər. Lakin mən sözügedən sənədlərə imza çəkməmişəm".
Təqsirləndirilən Mehdi Əmrahov şahidin ifadəsinə münasibət bildirib.
Müttəhim qeyd edib ki, Rövşən Əhmədovu İnventarizasiya və Silinmə Komissiyasına qəbul etməyi komissiyanın üzvləri təklif edib, o da buna razılaşıb.
İclasda həmçinin ziyanın dəqiq hesablanması üçün ekspertiza keçirilməsi təklif edilib.
Həmçinin oxuyun
Səhiyyə Nazirliyinin hüquqi nümayəndəsi qərarı məhkəməyə buraxdığını, dövlət ittihamçısı isə ekspertizaya ehtiyac olmadığını söyləyib.
Mehdi Əmrahovun vəkili də ekspertizanın keçirilməsini xahiş edib.
Hakimlər heyəti ziyanın dəqiq hesablanması üçün mühasibatlıq ekspertizasının keçirilməsini qərara alıblar.
Növbəti iclas noyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı cinayət işi açılıb.
M.Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmənin ilk prosesində həbs edilib.
Onu da qeyd edək ki, cinayət işi üzrə zərərçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ramiz Mehdiyevin oğlu: “Atam bəzən hərəkətlərinin fərqində olmur”
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindiriliblər.Citypost.az Gununsesi.info-ya istinadla xəbər verir ki, R.Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.T.Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var."Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur", - deyə oğul Mehdiyev bildirib.Xatırladaq ki, R.Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.O, Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini qanunsuz yolla ələ...
19 Oktyabr 2026, 13:39
Prezidentlə Cümhurbaşqanı nədən danışdılar - Akif Əli yazır...
(bədii-sənədli hekayə)...Ölkədə tarixi hadisələr yaşanırdı. Nəhəng layihənin əsas hissəsi olan boru xəttinin təməlqoyma mərasimi keçirilirdi. Mərasimə dünyanın bir çox ölkələrindən yüksək səviyyəli qonaqlar dəvət olunmuşdu.Hər zaman diplomatik etiketə dəqiqliklə əməl edən Prezident bu dəfə də xüsusi diqqət əlaməti olaraq dost ölkənin Cümhurbaşqanını qarşılamaq üçün hava limanına şəxsən özü getdi. Sonra protokol qaydasına uyğun, öz İqamətgahında qardaş ölkə nümayəndələrini ayrıca qəbul etdi, bir daha xoş gəldiniz dedi, Cümhurbaşqanının ölkəyə gəlişini böyük hadisə adlandırdı. Məlumat üçün bildirdi ki, bir neçə il öncə başladığımız ağır işin son mərhələsinə çatmışıq. Məhsulumuzu dünya bazarlarına daşıyacaq boru xətti tikintisinin təməlini qoyuruq. Dedi, bu illər ərzində çox...
19 Oktyabr 2026, 13:08
Sabahın hava proqnozu açıqlanıb
Oktyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman...
19 Oktyabr 2026, 12:37
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Citypost.az-a xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Zəlzələnin maqnitudası 3,5, dərinliyi 18 km olub.
19 Oktyabr 2026, 12:00
Anar Bayramov səhiyyə naziri təyin edilib
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
19 Oktyabr 2026, 11:31
Prezidentdən iki sərəncam: Teymur Musayevin vəzifəsi dəyişdirildi
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib.
19 Oktyabr 2026, 11:25