Sumqayıtla Almaniya arasında əməkdaşlıq müzakirə edildi
Cəmiyyət 19 Oktyabr 2026, 17:00
611
Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.
Citypost.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.
Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.
Zakir Fərəcov əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyətini qeyd edib.
Həmçinin oxuyun
Səfir Dirk Lölke isə Sumqayıta səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın və Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.Citypost.az-ın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”,...
19 Oktyabr 2026, 17:35
Xəzərdə 8 kiloqramdan çox narkotik aşkarlanıb
Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....
19 Oktyabr 2026, 17:30
Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirildi
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Məlumata görə, Cəbrayıl rayonuna səfər çərçivəsində, ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri agentlik tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib.Agentliyin İdarə Heyətinin sədri,...
19 Oktyabr 2026, 17:25
Vətəndaşı təhqir edən məmur işini itirdi
Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb.Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.
19 Oktyabr 2026, 17:18
Falçılıq adı ilə vətəndaşların pullarını ələ keçirən şəxs tutuldu
Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
19 Oktyabr 2026, 16:54
Milli Məclisin sədri Çingiz Aytmatovun ev-muzeyini ziyarət etdi
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.Bu barədə Citypost.az-a Milli Məclisdən məlumat verilib.Qeyd olunub ki, S.Qafarova abidənin önünə əklil qoyub. Qonaqlara məlumat verilib ki, "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" – Ataların məzarlığı adlandırılıb. Kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.Azərbaycan nümayəndə heyəti həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Burada...
19 Oktyabr 2026, 16:51