Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin sədri Çingiz Aytmatovun ev-muzeyini ziyarət etdi

Cəmiyyət 19 Oktyabr 2026, 16:51

558

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksini və Çingiz Aytmatovun ev-muzeyini ziyarət edib.

Bu barədə Citypost.az-a Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, S.Qafarova abidənin önünə əklil qoyub. Qonaqlara məlumat verilib ki, "Ata-Beyit" Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə "Ata-Beyit" – Ataların məzarlığı adlandırılıb. Kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Azərbaycan nümayəndə heyəti həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Burada qonaqlara məlumat verilib ki, muzey 1986-cı ildən yazıçının ömrünün son illərini yaşadığı evdə yerləşir və 2014-cü ildə istifadəyə verilib.

Milli Məclisin sədri burada Çingiz Aytmatovun kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov ilə görüşüb.

E.Aytmatov qonaqlara bildirib ki, yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xəzərdə 8 kiloqramdan çox narkotik aşkarlanıb

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....

19 Oktyabr 2026, 17:30

Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirildi

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Məlumata görə, Cəbrayıl rayonuna səfər çərçivəsində, ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri agentlik tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib.Agentliyin İdarə Heyətinin sədri,...

19 Oktyabr 2026, 17:25

Vətəndaşı təhqir edən məmur işini itirdi

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb.Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.

19 Oktyabr 2026, 17:18

Sumqayıtla Almaniya arasında əməkdaşlıq müzakirə edildi

Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.Citypost.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası...

19 Oktyabr 2026, 17:00

Falçılıq adı ilə vətəndaşların pullarını ələ keçirən şəxs tutuldu

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pullarını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.Citypost.az xəbər verir ki, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.

19 Oktyabr 2026, 16:54

Ramiz Mehdiyevin AMEA-dakı üzvlüyü müzakirəyə çıxarılacaq

Məhkəmənin qərarı məlum olandan sonra Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) həqiqi üzvlükdən çıxarılması məsələsinə baxılacaq.Citypost.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.O bildirib ki, Ramiz Mehdiyevin AMEA-da həqiqi üzvlükdən başqa statusu yoxdur: “Məhkəmənin qərarından sonra AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağında məsələyə baxılacaq və qərar qəbul olunacaq”.Qeyd edək ki, Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric olunması barədə yekdilliklə qərar qəbul olunub, onun bütün dövlət təltiflərindən məhrum edilməsi ilə bağlı aidiyyəti üzrə vəsatətin qaldırılması məqsədəuyğun hesab edilib.Xatırladaq ki, Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Ramiz Mehdiyev barəsində...

19 Oktyabr 2026, 16:40