Bizə yazın

Baku

-°C

USD

-

Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirildi

Cəmiyyət 19 Oktyabr 2026, 17:25

450

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.

Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.

Məlumata görə, Cəbrayıl rayonuna səfər çərçivəsində, ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri agentlik tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.

İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.

Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, minatəmizləmə fəaliyyətinin səmərəli təşkili, aidiyyəti qurumlar arasında koordinasiyalı işin icrası və ərazilərin təhlükəsiz istifadəsinin təmin olunması məqsədilə birgə səylərin vacibliyini qeyd edib.

Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 930 hektar olmaqla, ümumilikdə 308 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 267 932 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizliyin təmin olunması məqsədilə keçmiş təmas xətti boyu mina və digər partlayıcı susatlarla yüksək səviyyədə çirklənmiş 412 km ərazidə çəpərlənmə işləri həyata keçirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsində minatəmizləmə fəaliyyətinin mühüm rol oynadığını bildirib. O, torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin əhalinin təhlükəsizliyinin təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, eləcə də infrastruktur və iqtisadi layihələrin səmərəli icrası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda, həmçinin mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına riayət edilməsinin vacibliyi vurğulanıb, çəpərlənmiş ərazilərə müdaxilə hallarının potensial riskləri və mənfi təsirləri və onların qarşısının alınması yolları müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.Citypost.az  xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə...

19 Oktyabr 2026, 18:05

NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir

Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.Səfir Luis...

19 Oktyabr 2026, 18:00

Taleh Qaraşov şəhid Fariz Zülfüqarzadənin məzarını ziyarət edib

Oktyabrın 19-da Vətən müharibəsi şəhidi Zülfüqarzadə Fariz Fərhad oğlununanım günüdür.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivivə ictimaiyyət nümayəndələri şəhidin “Kiçik Bazar” qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

19 Oktyabr 2026, 17:45

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.Citypost.az-ın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”,...

19 Oktyabr 2026, 17:35

Xəzərdə 8 kiloqramdan çox narkotik aşkarlanıb

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....

19 Oktyabr 2026, 17:30

Vətəndaşı təhqir edən məmur işini itirdi

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb.Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.

19 Oktyabr 2026, 17:18