Bizə yazın

Baku

-°C

USD

-

Vətəndaşı təhqir edən məmur işini itirdi

Cəmiyyət 19 Oktyabr 2026, 17:18

549

Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov əmr imzalayıb.

Əmrə əsasən, Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Alim Abbasov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə bu vəzifəyə Müşfiq Mehdixanov gətirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Abbasovun vətəndaşı təhqir etməsi ilə bağlı görüntüləri yayılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir

Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.Səfir Luis...

19 Oktyabr 2026, 18:00

Taleh Qaraşov şəhid Fariz Zülfüqarzadənin məzarını ziyarət edib

Oktyabrın 19-da Vətən müharibəsi şəhidi Zülfüqarzadə Fariz Fərhad oğlununanım günüdür.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivivə ictimaiyyət nümayəndələri şəhidin “Kiçik Bazar” qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

19 Oktyabr 2026, 17:45

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.Citypost.az-ın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”,...

19 Oktyabr 2026, 17:35

Xəzərdə 8 kiloqramdan çox narkotik aşkarlanıb

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....

19 Oktyabr 2026, 17:30

Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirildi

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Məlumata görə, Cəbrayıl rayonuna səfər çərçivəsində, ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri agentlik tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib.Agentliyin İdarə Heyətinin sədri,...

19 Oktyabr 2026, 17:25

Sumqayıtla Almaniya arasında əməkdaşlıq müzakirə edildi

Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.Citypost.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası...

19 Oktyabr 2026, 17:00