Bizə yazın

Baku

-°C

USD

-

Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib

Cəmiyyət 19 Oktyabr 2026, 18:05

520

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.

Citypost.az  xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.

Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, son günlər Türkiyənin bəzi media orqanlarında bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərar kontekstdən çıxarılaraq təhrif edilir, Azərbaycanda guya “hicab qadağası”nın tətbiq olunması və İslami dəyərlərin sıxışdırılması barədə tamamilə əsassız iddialar yayılır. Həmçinin, sırf daxili təhsil qaydaları ilə bağlı olan bu məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir, beləliklə ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına cəhd göstərilir.

Dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətimizin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrifi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə, habelə ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunması ictimai rəyin yanlış istiqamətə yönəldilməsi məqsədi daşıyır. Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur”.

Bəyanatda narahatlıq doğuran digər məqamın bu qarayaxma kampaniyasının təkcə sosial şəbəkə seqmenti ilə məhdudlaşmadığı, Türkiyənin bəzi ənənəvi media orqanları tərəfindən də aparıldığı vurğulanıb: “Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə aşılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və sarsılmaz qarşılıqlı etimada söykənir. “Bir millət, iki dövlət” prinsipi ölkələrimizin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Bu müqəddəs prinsipdən hər hansı ölkənin daxili və xarici siyasətinə müdaxilə, cəmiyyəti ideoloji qarşıdurmaya sürükləmək və ya əsassız ittihamlar irəli sürmək üçün bəraət aləti kimi istifadə oluna bilməz”.

Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlamağa çağırıb: “Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, aşkar edilmiş yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələrimiz arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcək”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Şahinlərin Görüşü-2026”: Pilotlar şərti hədəfləri zərərsizləşdiriblər

“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində iştirakçı ölkələrin hərbi qulluqçuları növbəti mərhələnin tapşırıqlarını uğurla icra ediblər.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, hücum və müdafiə xarakterli hava əməliyyatları zamanı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin pilotları şərti hədəflərin aşkarlanması, dəqiq nişana alınması və zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər. Hərbi qulluqçular mürəkkəb taktiki manevrləri yerinə yetirərək döyüş imkanlarını nümayiş etdiriblər.Təlim müddətində həyata keçirilən əməliyyatlar pilotların taktiki hazırlıq səviyyəsinin və mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının artırılmasına, həmçinin hər iki ölkənin hərbi aviasiya heyətləri arasında təcrübə mübadiləsinin və qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinə yönəldilib....

19 Oktyabr 2026, 18:15

NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir

Ötən həftə İsveçin Azərbaycandakı səfiri Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO-Azərbaycan tədbirlərində iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyinin "Facebook" hesabında məlumat yayılıb.Bildirilib ki, tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirib, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.Səfir Luis...

19 Oktyabr 2026, 18:00

Taleh Qaraşov şəhid Fariz Zülfüqarzadənin məzarını ziyarət edib

Oktyabrın 19-da Vətən müharibəsi şəhidi Zülfüqarzadə Fariz Fərhad oğlununanım günüdür.Citypost.az xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivivə ictimaiyyət nümayəndələri şəhidin “Kiçik Bazar” qəbristanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub.Taleh Qaraşov şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

19 Oktyabr 2026, 17:45

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandıran şəxslərdən daha biri saxlanılıb.Citypost.az-ın əldə etdiyi məlumata görə, Masazır qəsəbəsində 4 avtomobilin yandırılmasını təşkil edən şəxs hava nəqliyyatı ilə Gürcüstandan Özbəkistana gedərkən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq Azərbaycana gətirilib və həbs edilib.Qeyd edək ki, hadisənin videoları mediada geniş rezonansa səbəb olub. Cinayətin bütün iştirakçıları DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək tutulublar.Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır.Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.Qeyd edək ki, qəsdən törədilən yanğın nəticəsində “Mercedes”,...

19 Oktyabr 2026, 17:35

Xəzərdə 8 kiloqramdan çox narkotik aşkarlanıb

Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkar olunub.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.Qeyd edilib ki, Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahidə məntəqəsinin və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub hissəsində, Lənkəran reydində sahildən 20 dəniz mili məsafədə ümumi çəkisi 8 kiloqram 600 qram olan narkotik vasitə, həmçinin bir kisədə 350 metr uzunluğunda sintetik tor aşkar olunaraq götürülüb.Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....

19 Oktyabr 2026, 17:30

Cəbrayılda minatəmizləmə üzrə İşçi qrupun iclası keçirildi

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən məlumat verilib.Məlumata görə, Cəbrayıl rayonuna səfər çərçivəsində, ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri agentlik tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası keçirilib.Agentliyin İdarə Heyətinin sədri,...

19 Oktyabr 2026, 17:25