Bakıda sabah 21 dərəcə isti olacaq
Cəmiyyət 26 Oktyabr 2026, 12:26
453
Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də 21 dərəcə isti olacaq.
Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Kərimli BMT nümayəndələri ilə görüşüb
Mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Anxel Moratinos və qurumun direktoru xanım Nihal Saad ilə görüşüb.Citypost.az xəbər verir ki, qonaqları salamlayan nazir oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" kimi aktual mövzuya həsr olunduğunu bildirib.Qeyd edib ki, builki Forum qlobal platformanın 2011-ci ildə keçirilmiş ilk toplantısının 15 illiyinə təsadüf etməsi ilə də əlamətdardır.Adil Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq miqyasda dialoq məkanı kimi tanındığını və ölkənin bu prosesə hər zaman sadiq qaldığını diqqətə çatdırıb.Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos...
26 Oktyabr 2026, 13:06
İlham Əliyev Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiqlədi
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib."Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı protokolun təsdiqi haqqında qanun layihəsini imzalayıb.Sənədə əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycanın müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.
26 Oktyabr 2026, 13:04
Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, mətndə deyilir:"Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 yaşı tamam olur. Hörmətli Fərhad müəllim! Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Çoxillik əməyinizə, incəsənətə sədaqətlə xidmətinizə, ənənələrlə zəngin olan Azərbaycan təsviri sənətinin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun!Dərin hörmət və sevgilərlə, MEHRİBAN"....
26 Oktyabr 2026, 12:44
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.Citypost.az xəbər verir ki, dövləti başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.Qəbula görə dövlət başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox...
26 Oktyabr 2026, 12:11
SOCAR prezidenti Rövşən Nəcəf Everestə qalxıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin adı Everest zirvəsinə qalxanların siyahısında yer alıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, “High Adventure Expeditions” saytında “The Himalayan Database” məlumatları əsasında yayımlanan siyahıda onun zirvəyə 2025-ci il mayın 18-də qalxdığı göstərilir.Siyahıda adı “Rovshan Najaf” kimi qeyd olunan şəxsin Azərbaycan vətəndaşı olduğu, qalxış zamanı 43 yaşında olduğu bildirilir. Qalxış marşrutu isə Cənub aşırımı–Cənub-şərq silsiləsi kimi göstərilib.Qeyd edək ki, Rövşən Nəcəf 2022-ci il iyulun 21-də SOCAR-ın prezidenti vəzifəsinə təyin olunub.İndiyədək Everest zirvəsinə qalxanlar arasında Azərbaycanı təmsil edən İsrafil Aşurlu (19 may 2007), Murad Aşurlu (19 may 2013), Vadim Vokryaçko (24 may 2019), Elmira Aslanova...
26 Oktyabr 2026, 12:03
ETN: Heç kim Azərbaycanın təhsil siyasətinə müdaxilə edə bilməz
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur".Citypost.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb."Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur....
26 Oktyabr 2026, 11:48