Bizə yazın

Baku

-°C

USD

-

Bakıda qaravolçu özünü həkim kimi təqdim edib qadının dişlərini çəkdi— FOTO +VİDEO

Cəmiyyət 21 Noyabr 2024, 12:17

43526

Bakıda yerləşən diş kliniksında kuryoz hadisə baş verib.

CityPost.az xəbər verir ki, “Dent House  Baku” diş klinikasında   özünü həkim kimi təqdim edən şəxs  xəstənin dişlərini çəkib.

Elnarə Məhərrəmovanın  iddiasına görə,sentyabr ayında instagramdan özünü həkim kimi təqdim edən Fərid Əşrəfli ilə əlaqə saxlayıb.  Fərid Əşrəfli  özünü  peşəkar  həkim  kimi  təqdim edərək xanımı “Dent House Baku ” klinikasına dəvət  edib.

 

Fotoda özünü həkim kimi təqdim edən şəxs 

 

“ Özünü həkim kimi təqdim edən Fəridin instagram hesabına baxanda orada məşhurlardan rəqqasə   Fatimə  Fətəliyevanın, müğənnilər Günay  İbrahimli, Nura  Surinin,Aygün Səfərovanın şəkillərini gördüm. Elə başa düşdüm ki, bu peşəkar həkimdir,məşhurlar da onun yanına gedir. Həmin görüntülərə aldanıb onun yanına getdim. "Xalqlarda"  yerləşən “Dent House Baku ” klinikasında məni  qəbul etdi. Özünü  həkim kimi təqdim edən şəxs məni klinikanın baş həkimi  Anar  Əmiraslanovun otağında  müayinə  etdi. Mənə dedilər ki, sizin  5 dişinizin  dibində kist var. Həmin dişlər çəkilməlidir və implant qoyulmalıdır.  Mən də onların sözünə inanıb razılıq verdim. Daha sonra başıma oyun gəldi. Mənim    11  sağlam dişimi çəkdilər. Özünü  həkim kimi təqdim edən Fəridin   bütün bu əməlləri baş həkim  Anar Əmiraslanovun kabinetində  baş verib. Daha sonra mənim üz və çənə nayihəmdə  ağrılar  başladı. Araşdırdım,məlum  oldu ki,özünü  diş həkimi kimi təqdim  edən  Fərid Əşrəfli  NZS-də gözətçi işləyirmiş”,- deyə   şikayətçi  bildirib.

Elnarə   Məhərrəmovanın   müsahibəsini  aztimes.az  saytının Youtube  kanalı  yayıb.

 

CityPost.az  məsələdə adı hallanan  “Dent House Baku ” klinikasının  həkimi Anar Əmiraslanovla əlaqə saxlayıb.

Fotoda Anar Əmiraslanov

Həkim Elnarə Məhərrəmovanın fikirlərinin şər-böhtan olduğunu bildirib.

“Bizim  klinikada Fərid Əşrəfli  adlı həkim  işləməyib. Həmin  şəxs iş  üçün  bizə müraciət etmişdi. Biz ondan diplomunu tələb etdik. Bildirdi ki, Ukraynada oxuyub və diplomunun təsdiqini gözləyir. Daha sonra bir neçə dəfə bizim mərkəzə gəldi. Həmin qadın bizim mərkəzə gəlib, Fərid adlı həkimi soruşanda əməkdaşlarımız ona bizim klinikada belə həkim çalışmadığını  bildiriblər. Bu məsələdə  mənim adımın  hallandırılması heç  nəyə əsaslanmır”,-deyə Anar Əmiraslanov bildirib.

Araşdırmamız zamanı o da məlum olub ki, özünü Fərid  Əşrəfli kimi təqdim edən həmin şəxsin ad,soyadı tamamilə fərqlidir. Onun əsl adı Fərahim Quliyevdir.

 

CityPost.az  yazıda adı hallanan Fərid Əşrəflinin (Fərahim Quliyevin) də mövqeyini təqdim etməyə hazırdır.

 

 

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Alqış Musayev hicabla bağlı təklif irəli sürüb

YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev hicabla bağlı müzakirələrə münasibət bildirib və bu məsələnin həlli ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki , Alqış Musayev bu barədə sosial şəbəkə hesabında yazıb.O, qeyd edib ki, hicabla bağlı israr edən şəxslər üçün müəyyən şərait yaratmaq mümkündür.“Hicabla bağlı kim israr edirsə, onlara şərait yaratmaq olar. Və bu mümkündür.Məsələn, hicablı müəllimə və ya şagird məktəbə daxil olanda hicabı açır, sinif otağına bəlli məktəb formasında daxil olur, dərsdən sonra yenə örtünüb gedir.Sadə və rahat”, – deyə Alqış Musayev yazıb.Turan...

13 Oktyabr 2026, 08:45

Ləman Ələşrəfqızı: “Məktəbə hücum dövlətə hücumdur!”

Əməkdar jurnalist, LAF TV-nin rəhbəri Ləman Ələşrəfqızı məktəbə hücum hadisəsinə və aksiyalar zamanı səsləndirilən şüarlara münasibət bildirib.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Ləman Ələşrəfqızı qeyd edib ki, hadisə ilə bağlı görüntüləri paylaşmasa da, məktəbə hücumu əks etdirən şəkli paylaşır və belə halların dövlətə qarşı hücum kimi qiymətləndirilməli olduğunu düşünür.“Bəli, məktəbə hücum dövlətə hücumdur! Bu məhz belə də dəyərləndirilməlidir! Yoxsa, bu nə şüarlardır belə – Sahib Zamanın əsgəriyik-zad? Sən öz ölkənin əsgərisən, vəssalam. Öz ölkənin sahibisən, vəssalam. Sahib Zamanın əsgərliyini etmək istəyirsənsə, get onun ordusunda xidmət elə. Nə mənasız adamlarsız!” – deyə jurnalist bildirib....

13 Oktyabr 2026, 08:18

Rumiyyə Miraslan: “Təxribat törədənləri din, İslam, hicab adına yazmayın”

Jurnalist Rumiyyə Miraslan hicab müzakirələri fonunda baş verən hadisələrə münasibət bildirib. O, təxribat törədən şəxslərin din, İslam və hicab adı ilə əlaqələndirilməsinə etiraz edib.Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.“Təxribat törədənləri din, İslam, hicab adına yazmayın lütfən. Bunu edənlərin İslama, hicaba heç bir aidiyyəti yoxdur, onlar siz özünüzsünüz – seçki karuselçiləri, balağında topa-topa bülleten daşıyanlar, vicdanlı insanların üzünə durub həbs etdirənlər, bir qab yal üçün it kimi hürənlər, saxtakarlar, satqınlar, satılmışlar, manqurtlar”, – deyə Rumiyyə Miraslan bildirib.Jurnalist qeyd edib ki, onun fikrincə, həqiqi dindarlar öz hüquqlarını sivil formada tələb edərək evlərinə qayıdıblar.“Zamanla hər şey bəlli olacaq, haqq öz yerini tapacaq,...

13 Oktyabr 2026, 08:14

Xəzər dənizində yeni ada yarandı

Qazaxıstan sahillərində Xəzər dənizində yeni ada yaranıb. Ada Kulalı adası yaxınlığında aparılan hava kəşfiyyatı zamanı aşkarlanıb.Citypost.az xəbər verir ki, son dörd-beş il ərzində suyun səviyyəsinin azalması fonunda dənizin şimal hissəsində buna bənzər bir neçə quru sahəsi meydana gəlib.Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun məlumatlarında qeyd olunur ki, Qazaxıstan sektorunda suyun səviyyəsi 1996–2025-ci illər ərzində təxminən 2,45 metr azalıb. Bunun əsas səbəbləri çay axınının azalması, iqlim dəyişikliyi nəticəsində buxarlanmanın artması və insan fəaliyyətinin təsiridir.Alimlər xəbərdarlıq edirlər ki, Xəzər dənizinin dayazlaşması onun ekosistemi üçün təhlükə yaradır. Bu proses Xəzər suitilərinə və nərə balıqlarına da mənfi təsir göstərə bilər. Dənizin geri çəkilməsi balıqçılığa, gəmiçiliyə...

13 Oktyabr 2026, 08:12

Mir Şahin Ağayev: “Qibləmiz Azərbaycandır!”

REAL Təhlil İnformasiya Mərkəzinin baş direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev hicab müzakirələri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.“Azərbaycan dövləti hər bir varlıqdan dəfələrlə artıqdır! Ya hicablı, ya hicabsız! Niyyətimizi qapamayaq! Açıq sevək! Gizlətməyək! Qibləmiz Azərbaycandır! Günəş şüası düşən pəncərəni qırmazlar!!!” – deyə Mir Şahin Ağayev bildirib.Turan

13 Oktyabr 2026, 08:04

Sabah 4 rayon işıqsız qalacaq

Təmir işləri ilə əlaqədar Bakının iki rayonunda elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 13-də Yasamal və Xətai rayonlarında yerləşən Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Eldar Ağayev, Mehman Bünyadzadə, Məhəmməd Xiyabani, Rahib Tağıyev, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xətai RETSİ-nə daxil olan Cavanşir, Corat, Xudu Məmmədov, İlham Məmmədov, Əhmədli yolu 8 və 9-cu dairəvi küçələrinin bəzi ərazilərində...

13 Oktyabr 2026, 08:00