Paraqvay “Sepah”ı terror təşkilatı kimi tanıdı
Dünya 25 Aprel 2025, 01:41
7158
Paraqvay İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (“Sepah”) terror təşkilatı kimi tanıyıb.
CityPost.az Report-a istinadla xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Santyaqo Penya fərman imzalayıb.
Paraqvay rəsmi olaraq “Sepah”ı terror təşkilatı kimi tanıyıb, eyni zamanda bu qərarı Fələstinin HƏMAS və Livanın “Hizbullah” təşkilatlarının bütün strukturuna da şamil edib. Belə ki ki, rəsmi Asunsyon bu qərarı HƏMAS və “Hizbullah”ın təkcə silahlı qanadlarına deyil, həm də siyasi və sosial quruluşlarına aid edib.
“Bu tədbirlər beynəlxalq ictimaiyyətin sülhünün, insan hüquqlarının və təhlükəsizliyinin sistematik pozuntularına cavabdır”, – Paraqvay lideri sosial şəbəkədə yazıb.
Bundan başqa, dövlət başçısının dərc etdiyi rəsmi bəyanata görə, Paraqvay “zərərli təhdidlərdən biri olan terrorizmə qarşı mübarizədə öz qəti və dəyişməz mövqeyini təsdiqləyir”.
Qeyd olunub ki, “Sepah”ın siyahıya daxil edilməsi hərbi quruluşun “insan hüquqlarının sistematik pozulmasında iştirakı və qlobal miqyasda terror fəaliyyətlərinə cəlb olunması” ilə əlaqədardır.
Bildirilib ki, bu cür tədbirlər ABŞ və İsrail kimi ölkələrlə strateji ittifaqları gücləndirir. Sənəddə terrorçuluğun “sərhəd və bayraq tanımadığı” vurğulanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
İspaniyanın Tehrandakı səfirliyinin fəaliyyəti bərpa olunub."Report"un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti "X" hesabında bildirib."Səfir Antonio Sançes-Benedito Qaspar diplomatik komanda və yerli əməkdaşlarla birlikdə sülhü dəstəkləmək öhdəliyi ilə fəaliyyətini bərpa edir", - diplomatik missiyadan qeyd ediblər.İspaniyanın xarici işlər naziri Xose Manuel Albares aprelin 9-da Tehrandakı səfirliyi bərpa etmək niyyətini açıqlayıb.Qərar Donald Trampın elan etdiyi atəşkəsdən sonra qəbul edilib. İspaniya diplomatları ABŞ və İsrailin hərbi əməliyyatı başladıqdan sonra İran paytaxtından təxliyə edilmişdi....
13 Aprel 2026, 14:52
Pakistan İrana qarşı 13 min hərbçi göndərdi
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkəyə 13 min əsgər və 10 hərbi təyyarə göndərib.Hərbi kontingentin müdafiə paktının bir hissəsi olaraq Səudiyyə Ərəbistanına göndərildiyi qeyd olunur. Bu addımın İranın Səudiyyə Ərəbistanına hücumlarının qarşısını almaq üçün göndərildiyi iddia olunur.
13 Aprel 2026, 14:38
Roma Papası Trampa cavab verib: Onunla polemikaya girmək istəmirəm
Roma Papası XIV Leo ABŞ Prezidenti Donald Trampın onun ünvanına tənqidlərinə münasibət bildirib.AFP-nin xəbərinə görə, Əlcəzairə səfər edən XIV Leo Trampla polemikaya girmək istəmədiyini, bundan sonra da müharibəyə qarşı çıxışlarını davam etdirəcəyini deyib.“Mən onunla (Trampla) polemikaya girmək istəmirəm. Mesaj eynidir - sülhü təşviq etmək”, – Roma Papası əlavə edib.Qeyd edək ki, Tramp Roma Papasını ABŞ-ın müharibə ilə bağlı addımların dəstəkləmədiyi üçün tənqid edib.“Əgər mən Ağ Evdə olmasaydım, Leo Vatikanda olmazdı. Təəssüf ki, Leonun cinayətkarlıq və nüvə silahları ilə bağlı zəif cəhətləri mənə xoş gəlmir”, - Tramp bildirib.Tramp xüsusən Roma Papasının ABŞ-ın bəzi addımlarını dəstəkləməməsindən narazılığını dilə gətirib....
13 Aprel 2026, 14:31
Fidan: Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır
Həm ABŞ, həm də İran atəşkəs mövzusunda səmimidir."Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyindəki proqramda suala cavabında deyib.Fidan bildirib ki, tərəflərin razılığı ilə atəşkəs müddətinin uzadılması müzakirə edilə bilər.XİN rəhbəri günboyu tərəflərlə müntəzəm əlaqə saxladıqlarını da əlavə edib.O, Hörmüz boğazı ilə bağlı suala cavabında isə Hörmüz boğazından ölkələrin ödəniş etmədən keçməli və keçidə maneə törədilməməli olduğunu qeyd edib:"Hörmüz boğazı bu münaqişənin yalnız regional deyil, qlobal təsirlərinin də olduğunu göstərir. Hörmüz məsələsinin həlli üçün hər kəs əlindən gələni etməlidir. Türkiyə də həll yolu tapılması üçün əlindən gələni edir"....
13 Aprel 2026, 13:54
Gürcüstan müxalifəti hakimiyyəti ölkəni "Tramp marşrutu"na daxil etməyə çağırır
Gürcüstanda müxalif “Lelo/Güclü Gürcüstan” partiyası ölkədə dərin dəniz limanı layihəsi ilə bağlı yeni təşəbbüslə çıxış edib.Citypost.az xəbər verir ki, Partiyanın baş katibi İrakli Kupradze bildirib ki, Anakliya limanının adının dəyişdirilərək ABŞ Prezidenti Donald Trump-ın şərəfinə “Tramp” adı ilə əvəzlənməsi təklif olunur.O qeyd edib ki, liman layihəsi ABŞ-ın vasitəçiliyi ilə regionda formalaşması gözlənilən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP)” çərçivəsində Qərb dünyasına açılan strateji qapıya çevrilə bilər.İ.Kupradze vurğulayıb ki, 2025-ci il avqustun 8-də ABŞ vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmadan sonra Cənubi Qafqazda yeni tranzit marşrutunun formalaşması gözlənilir və Gürcüstanın bu prosesdən kənarda qalması doğru olmaz.Partiya nümayəndəsi...
13 Aprel 2026, 12:54
Avstraliya ABŞ-ın Hörmüz boğazını blokadasına qatılmayacaq
Avstraliyanın xarici işlər və ticarət nazirinin müavini Matt Thistlethwaite ölkəsinin Hörmüz boğazı ilə bağlı ABŞ-ın mümkün blokada planına qoşulmayacağını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, nazir müavini Sky News-a bildirib ki, Avstraliya hökuməti “blokadaya qoşulmağı düşünmür” və mövcud vəziyyətdə ən doğru yolun danışıqlar olduğunu qeyd edib.Nazir vurğulayıb ki, “davamlı sülhə nail olmağın və avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlar yolu ilə həll yoludur”.O, həmçinin aprelin 11-də İslamabadda İran və ABŞ arasında keçirilən danışıqların nəticəsiz qalmasından məyus olduqlarını bildirib və danışıqların bərpasını dəstəklədiklərini deyib.Avstraliyanın baş naziri Anthony Albanese də məsələyə münasibət bildirərək ABŞ-ın bu istiqamətdə təkbaşına...
13 Aprel 2026, 12:42