İran ABŞ-a etiraz etdi
Dünya 23 İyun 2025, 16:00
2060
İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın üç nüvə obyektinə hərbi zərbələri ilə bağlı ABŞ-ın da maraqlarını təmsil edən İsveçrənin Tehrandakı səfiri Nadine Lozanoya etiraz notasını təqdim edib.
CityPost.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Sənəddə qeyd edilir ki, ABŞ-ın hücumu BMT Nizamnaməsinin və dinc məqsədlər üçün istifadə edilən nüvə obyektlərinə hücumu qadağan edən digər sənədlərin kobud şəkildə pozulmasıdır. İran Xarici İşlər Nazirliyinin Amerika Departamentinin rəhbəri İsa Kameli İsveçrə səfiri ilə söhbətində vurğulayıb ki, İran BMT nizamnaməsinə uyğun olaraq öz ərazisini müdafiə etmək, təhlükəsizlik və milli maraqları təmin etmək hüququna malikdir. Öz növbəsində Lozano qeyd edib ki, notanı dərhal Amerika hökumətinin nümayəndələrinə təqdim edəcək.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana uğurla hücum etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İyunun 13-dən İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində İrana gündəlik zərbələr endirir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Suriyada ABŞ hərbçilərinə hücumda şübhəli bilinən beş nəfər saxlanılıb
Suriya Hüquq mühafizə orqanları Tədmurda iki ABŞ hərbçisinin həlak olduğu hücumda şübhəli bilinən beş nəfəri saxlayıb.Bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat verib.
15 Dekabr 2025, 09:20
HAMAS İsrailin Qəzzaya hücumu zamanı yüksək rütbəli komandirinin öldürüldüyünü təsdiqləyib
HAMAS İsrailin Qəzzaya endirdiyi hücum nəticəsində təşkilatın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.CityPost.az xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.Bu, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra fələstinli qruplaşmanın yüksək səviyyəli nümayəndəsinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsd hesab olunur.
14 Dekabr 2025, 14:22
Rusiya MN: Gecə ərzində 235 pilotsuz uçuş aparatı məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Ukraynaya məxsus 235 pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, dekabrın 13-ü saat 22:00-dan (Bakı vaxtı ilə) dekabrın 14-ü səhər saat 08:00-a qədər növbətçi hava hücumundan müdafiə vasitələri Ukraynaya məxsus 235 sabit qanadlı PUA-nı zərərsizləşdirib.Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları 35-i Bryansk, 32-si Krım, 22-si Krasnodar, 15-i Tula, 13-ü Kaluqa, 7-si Kursk, 4-ü Ryazan, 4-ü Rostov, 3-ü Belqorod, 2-si Leninqrad, 1-i Smolensk, 1-i Pskov, 1-i Novqorod və 1-i Moskva vilayəti üzərində vurulub....
14 Dekabr 2025, 10:55
Türkiyə Rusiya və Ukraynadan sülh sazişinə qədər məhdud razılaşma tələb edir
Türkiyə Rusiya və Ukrayna arasında tam sülh sazişi əldə olunana qədər müəyyən sahələr üzrə məhdud razılaşmaların imzalanmasını zəruri hesab edir.Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.Nazir bildirib ki, Qara dənizdə qarşılıqlı cavab zərbələri bölgədə ticarətə ciddi zərbə vurur və bu vəziyyət Türkiyə üçün risklər yaradır.Onun sözlərinə görə, yaranmış şərait həm Türkiyə vətəndaşlarının, həm də türk şirkətlərinə məxsus gəmilərin təhlükəsizliyini təhdid edir.Hakan Fidan qeyd edib ki, gəmilərin bayraqları fərqli ola bilər, lakin onları istismar edən şirkətlər türk şirkətləri ola, heyətində isə türk dənizçilər yer ala bilər. Bu səbəbdən Ankara xüsusilə iki istiqamət üzrə razılaşmanın vacib olduğunu vurğulayır.“Əgər genişmiqyaslı...
13 Dekabr 2025, 23:47
Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın dondurulmuş aktivlərinin müddətsiz bloklanması barədə qərar qəbul edib.Bu barədə Danimarkanın Aİ Şurasına Sədrliyinin bəyanatında bildirilir."Aİ Şurası Rusiyanın aktivlərinin müddətsiz bloklanmasını təsdiqləyib", - bəyanatda deyilir."Reuters" qeyd edib ki, Avropa İttifaqı bununla da Ukraynaya yardım məqsədilə həmin vəsaitlərin istifadəsinə ən ciddi maneəni aradan qaldırıb."Aİ Ukraynanın maliyyələşdirilməsini saxlamaq istəyir, çünki Rusiyanın işğalını öz təhlükəsizliyinə təhdid hesab edir. Bunun üçün Aİ dövlətləri 2022 - ci ildə Ukraynaya hücumdan sonra blokladıqları Rusiyanın suveren aktivlərinin bir hissəsini cəlb etməyə çalışırlar", - məqalədə deyilir.Aİ ölkələri hökumətləri tərəfindən razılaşdırılmış ilk vacib addım, aktivlərin dondurulmasının uzadılması məsələsində hər altı ayda bir səs vermək əvəzinə,...
12 Dekabr 2025, 23:10
Ukrayna Rusiyaya ağır zərbə endirdi
Dekabrın 10-da Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Sea Baby" dəniz dronları Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid "Dashan" tankerini vurub.CityPost.az xəbər verir ki, bu barədə Unian-a SBU-dakı mənbələr məlumat verib.Məlumata görə, Komor adalarının bayrağı altında üzən gəmi Ukraynanın xüsusi iqtisadi zonasına daxil olaraq “Novorossiysk” liman terminalına doğru hərəkət edib. Tanker maksimum sürətlə irəliləyib və transponderi söndürülmüş vəziyyətdə olub.Hücum nəticəsində gəmi ciddi zədələnib. Yayımlanan görüntülərdə tankerın arxa hissəsində güclü partlayışlar müşahidə olunur. İlkin məlumata əsasən, gəmi sıradan çıxarılıb.Əməliyyat SBU-nun Hərbi Əks-Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələri ilə birgə həyata keçirilib....
11 Dekabr 2025, 09:22