Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib
Cəmiyyət 18 Mart 2026, 22:28
174
Prezident İlham Əliyevin sosial media hesablarında 6 il ərzində Qarabağda keçirdiyi Novruz bayramlarını əks etdirən videoçarx paylaşılıb.
CityPost.az paylaşımı təqdim edir:
Həmçinin oxuyun
Prezident İlham Əliyev: “Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir”. pic.twitter.com/iWW7U1bWbn
— İlham Əliyev (@azpresident) March 18, 2026
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla regionda baş verən hadisələri müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.Nazirlərin regionda baş verən son hadisələri müzakirə etdiyi bildirilir.
18 Mart 2026, 23:38
Qubada ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib
Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.APA-nın verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin özünün də cansız bədəni aşkar edilib.Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.
18 Mart 2026, 22:01
Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib.Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, martın 18-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri müəyyən edilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.Belə ki, 2020-2022-ci illərdə "Aqrar İnnovasiya və Təchizat şirkəti" ASC-nin Salyan rayonunda yerləşən anbarında işlədiyi müddət ərzində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsəməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri) ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Mənsimov Ramil Yaqub oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs edilib.Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından,...
18 Mart 2026, 21:39
Tərtərdə şəhid ailələri və qazilərə daha 25 mənzil verilib
Tərtərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 25 mənzil verilib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, Tərtərdə yeni inşa olunmuş yaşayış binasından mənzillərin təqdim edilməsi tədbirində iştirak edən nazirliyin Aparat rəhbərinin müavini Nihad Muxtarlı şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıb.Qeyd edilib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib....
18 Mart 2026, 17:47
İlham Əliyev Mixail Zabelini TƏLTİF etdi
Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Mixail Zabelin Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
18 Mart 2026, 17:43
Azərbaycandan çay ixracı 9 faizədək artıb
2026-cı ilin yanvar-fevral aylarında ölkədən 133,55 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən çayın dəyəri 5,1 faiz artaraq 1 milyon 162,74 min dollar olub.Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında isə Azərbaycandan 1 milyon 105,9 min dollar dəyərində yəni 122,99 ton çay ixrac edilib.
18 Mart 2026, 17:41