Bizə yazın

Baku

-°C

USD

-

Uşaqlarda sidik qaçırma: Nevroloq Qalib Əsədov izah edir  

Tibb 20 Mart 2026, 14:25

311

Nevroloq Qalib Əsədov bildirir ki, uşaqlarda sidik ifrazı sistemi beynin nəzarəti altında fəaliyyət göstərir və bu proses iradi idarəetməyə bağlıdır.

Citypost.az xəbər verir ki, həkim bildirib ki, uşaqlarda sidik mərkəzi 5 yaşadək tam formalaşmadığından, bu yaşa qədər sidik ifrazının tam idarəsi mümkün olmur. 5 yaşdan sonra isə uşaqlar artıq sidiklərini iradə ilə tənzimləyə bilirlər.

Həkim qeyd edir ki, bəzi hallarda 5 yaşdan sonra da sidik qaçırma müşahidə oluna bilər. Bunun səbəbləri arasında:

Sinir sistemi xəstəlikləri – onurğa və ya beyin şişləri nəticəsində beyindən gələn siqnallar sidik kisəsinə çatmaya bilər;

Hormon pozuntuları – gecə sidik ifrazını tənzimləyən vazopressin hormonunun kifayət qədər sintez olunmaması, şəkərli və şəkərsiz diabet hallarında poliuri və gecə sidik qaçırma ilə nəticələnir;

Uroloji problemlər – bakterial infeksiyalar, uretrit və digər xəstəliklər;

Psixogen və stress faktorları – Q. Əsədovun sözlərinə görə, konfliktli ailələrdə yaşayan uşaqlarda sidik qaçırma halları normal ailələrdə yaşayan uşaqlara nisbətən 6 dəfə daha çox müşahidə olunur.

Nevroloq vurğulayır ki, gecə sidik qaçırma həm fizioloji, həm də psixoloji səbəblərlə bağlı ola bilər. Valideynlərə tövsiyə olunur ki, uşaqların bu problemləri ciddi qəbul olunsun və vaxtında mütəxəssislə məsləhətləşərək tibbi və psixoloji dəstək təmin edilsin.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yaddaş və diqqət: Mütəxəssislər izah edir 

Mütəxəssislər bildirirlər ki, yaş irəlilədikcə, xüsusilə 60–70 yaşdan sonra beyin qabığında atrofiya nəticəsində yaddaş pozuntuları yarana bilər və bəzi hallarda Alzheimer xəstəliyi riski də artır.Citypost.az xəbər verir ki, həkimlər vurğulayır ki, yaddaş pozuntusunu diqqət pozuntusu ilə qarışdırmaq olmaz. Məsələn, “Mətbəxə getdim, amma nəyə getdiyimi unutdum” deyən şəxsdə əslində yaddaş deyil, diqqətin yönəlməsində qısamüddətli fasilə müşahidə olunur. Oxuyarkən və ya dərs zamanı məlumatın yadda qalması üçün isə onun şəxsi maraq obyekti ilə əlaqəli olması və emosional yük daşıması vacibdir.Ekspertlər tövsiyə edirlər ki, öyrənilən məlumatı yadda saxlamaq üçün:Məlumatı personallaşdırmaq, real həyatdan nümunələrlə əlaqələndirmək;Vizual materiallardan (filmlər, sənədli videolar) istifadə etmək;Oxuduğunu başqalarına izah etmək...

20 Mart 2026, 11:19

Erkən süddən ayrılma bağırsaq immunitetini gücləndirir

Süddən erkən ayrılma və bərk qidaya keçid uşağın orqanizmində təkcə qidalanma dəyişikliyi yaratmır, eyni zamanda bağırsaq immun sistemini yenidən proqramlaşdıraraq gələcəkdə iltihabi xəstəliklərə qarşı daha dayanıqlı müdafiə formalaşdırır.Citypost.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, bu keçid dövrü bağırsaqda yaşayan faydalı mikroorqanizmlərin tərkibini dəyişir və bağırsaq kök hüceyrələrini gələcəkdə mikroblara qarşı daha çevik reaksiya verməyə hazırlayır. Nəticədə, orqanizmdə uzunmüddətli qoruyucu təsir yaranır və bu təsir yetkin yaşlarda da özünü göstərə bilir.Mütəxəssislərin fikrincə, süddən ayrılma dövrü orqanizm üçün ani və həssas bir mərhələdir. Çünki bu zaman bağırsaq əvvəlkindən daha müxtəlif mikrob mühiti ilə qarşılaşır. Məhz bu dəyişiklik fonunda qısa müddətli və...

20 Mart 2026, 09:25

Uşaqlarda sağlam yuxu və yuxu pozğunluqları – Mütəxəssis açıqlaması  

Uşaqların sağlam inkişafı üçün yuxu rejimi vacib şərtdir. Mütəxəssislər bildirirlər ki, yuxu pozğunluqları çox vaxt düzgün yuxu rejiminin olmamasından qaynaqlanır. Bu, xüsusilə uşaqlar açıq havada az vaxt keçirirsə, kifayət qədər fiziki fəaliyyət göstərmirsə, gec saatlarda yatırsa və səhər gec oyanırsa baş verir.Citypost.az-ın məlumatına görə, valideynlərə tövsiyə olunur ki, uşaqları hər gün eyni saatda yatızdırsınlar və səhər vaxtında oyandırsınlar. Bu, uşağın bədən saatının tənzimlənməsinə və sağlam yuxu rejiminin formalaşmasına kömək edir. Axşam saatlarında uşaqların aktiv oyunlardan uzaq durması, sakit fəaliyyətlə məşğul olması da yuxu keyfiyyətini artırır.Bəzi hallarda yuxu pozğunluğu nevroloji xəstəliklərin xəbərdarlığı ola bilər. Belə uşaqlarda yuxuda qışqırmaq, ağlama, epileptik və...

19 Mart 2026, 11:38

Uşaqlarda eşitmə azlığı ciddi risk yaradır – Mütəxəssis xəbərdarlığı  

Uşaqlarda eşitmə problemləri erkən yaşlarda aşkar edilmədikdə onların ümumi inkişafına ciddi mənfi təsir göstərə bilər. Qulaq-burun-boğaz mütəxəssisləri bildirirlər ki, xüsusilə 3–15 yaş aralığında olan uşaqlarda Eşitmə azlığı halları daha tez-tez müşahidə olunur.Citypost.az xəbər verir ki, həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olunmadıqda bu problem yalnız eşitmə ilə məhdudlaşmır. Uşaqlarda beyin inkişafı, üz quruluşunun formalaşması və ümumi nitq bacarıqları da bundan təsirlənə bilər.Mütəxəssislər qeyd edir ki, uşaqlarda eşitmə azlığının əsas səbəblərindən biri Orta qulaqda maye yığılmasıdir. Müayinə zamanı endoskopik üsullarla təbil pərdəsində dəyişikliklər və deformasiya müşahidə edilə bilər. Eyni zamanda, bir çox hallarda Adenoid (burun-udlaq badamcığının böyüməsi) da bu problemin yaranmasına səbəb...

18 Mart 2026, 17:36

Yabanı qaragilə xroniki xəstəliklərin riskini azalda bilər  

Mütəxəssislər bildirirlər ki, yabanı qaragilənin müntəzəm qəbulu ürək-damar və bağırsaq sağlamlığını dəstəkləyə, eyni zamanda xroniki xəstəliklər üçün risk faktorlarını azaltmağa kömək edə bilər.Citypost.az xəbər verir ki, araşdırmalara əsasən, yabanı qaragilə yüksək miqdarda polifenollarla zəngindir. Bu bioloji aktiv maddələr damar sisteminə müsbət təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, yabanı qaragilə becərilən növlərlə müqayisədə təxminən iki dəfə çox antioksidant, 72 faiz daha çox qida lifi və 33 faiz daha çox antosiyanin ehtiva edir. Bu maddələr isə kardiometabolik sağlamlığın yaxşılaşması ilə əlaqələndirilir.Gündəlik optimal qəbul miqdarı yarım stəkan ilə bir stəkan arasında dəyişir. Yabanı qaragilə iltihabı azaltmağa və qan damarlarının funksiyasını yaxşılaşdırmağa kömək edə bilər....

18 Mart 2026, 09:15

Xroniki xəstəliyi olanlara bahar xəbərdarlığı

Mütəxəssislər bildirirlər ki, baharın gəlişi və havaların tez-tez dəyişməsi xroniki xəstəlikləri olan şəxslərin vəziyyətinə təsir göstərə bilər. Citypost.az-ın məlumatına görə, temperatur fərqləri, rütubətin artması və atmosfer təzyiqinin dəyişməsi bəzi insanlarda narahatlıq, halsızlıq və simptomların güclənməsi ilə müşahidə oluna bilər.Həkimlərin sözlərinə görə, xüsusilə ürək-damar, tənəffüs yolları, revmatoloji və allergik xəstəliklərdən əziyyət çəkən şəxslər mövsüm keçidlərində daha diqqətli olmalıdırlar. Havanın dəyişməsi qan təzyiqində tərəddüdlərə, oynaq ağrılarına, allergik reaksiyaların artmasına və ümumi zəiflik hissinə səbəb ola bilər.Mütəxəssislər tövsiyə edirlər ki, xroniki xəstəliyi olan şəxslər bu dövrdə mütəmadi olaraq həkim nəzarətində olsun, təyin olunmuş dərmanları vaxtında qəbul etsin və qəfil hava dəyişikliklərində özlərini qorumağa...

17 Mart 2026, 17:23