Bizə yazın

Baku

-°C

USD

-

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Cəmiyyət 20 Mart 2026, 17:39

251

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı münasibətilə paylaşım edib.

Citypost.az xəbər verir ki, paylaşımda deyilir:"Uca Allahdan hər kəsə möhkəm cansağlığı, bol sevincli anlar, səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət, dünyamıza sülh və əmin-amanlıq diləyirəm! Novruz Bayramınız mübarək!"

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Rəşad Həsənova YÜKSƏK vəzifə verdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub.2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009–2010-cu illərdə isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.2016-cı ildə Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.Rəşad Həsənov Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı, Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı, ADA Universitetində baş müəllim, Dünya Bankının Avstraliyadakı ofisində...

20 Mart 2026, 16:38

Fransanın səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Fransanın Bakıdakı səfiri Sofi Laqut Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, diplomatın Azərbaycan dilində videomüraciəti səfirliyin Facebook səhifəsində dərc olunub."Fransanın Azərbaycandakı səfirliyi Novruz bayramının qeyd olunmasına qoşulur və Azərbaycan xalqına xoş arzularını çatdırır. Sizə sülh və rifah arzulayırıq. Novruz bayramınız mübarək!", - deyə Laqut bildirib.

20 Mart 2026, 14:26

Azərbaycanda qanunsuz silah-sursat aşkar edilib 

Polis qanunsuz silah-sursat aşkar edib.DİN-in mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir....

20 Mart 2026, 13:38

 AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq yekun mərhələyə daxil olur 

Qazaxıstan 2024-cü ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğramasının səbəblərinin texniki baxımdan araşdırılması üçün zəruri olan bütün ekspertiza nəticələrini avadanlıq istehsalçılarından alıb.APA xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.Onun sözlərinə görə, texniki komissiyanın işinin nəticələri təyyarə qəzası ilə bağlı bütün suallara aydınlıq gətirəcək: "Nə vaxt vurulub? Niyə düşüb? Səbəbi nədir? Bütün bunlar beynəlxalq təşkilatın reqlamentinə uyğun olaraq rəsmi hesabatda addım-addım təsvir ediləcək"."Araşdırma davam edir. Avadanlıq istehsalçılarından, yəni GPS-trekerləri, naviqasiya avadanlıqları, hava gəmisi istehsalçısından bütün zəruri ekspertizalar alınıb. Hazırda araşdırmalara yekunlar vurulur, nəticələr komissiyanın iştirakçıları ilə razılaşdırılacaq".Bozumbayev bildirib ki, komissiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Rusiya...

20 Mart 2026, 13:30

Sabahın hava proqnozu AÇIQLANDI

Martın 21-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunudan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə...

20 Mart 2026, 12:30

İrandan Azərbaycana indiyədək 75 ölkənin 2853 vətəndaşı təxliyə olunub 

Fevralın 28-i saat 08:00-dan martın 20-si saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2853 nəfər təxliyə edilib.APA xəbər verir ki, təxliyə olunanların 470-i Azərbaycan vətəndaşıdır.Bundan başqa, 720 Çin, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveç, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Braziliya, 9 ABŞ, 2 Sudan, 6 BƏƏ, 6 Slovakiya,...

20 Mart 2026, 11:39