Tsunami necə yaranır və nə qədər güclüdür?
Maraqlı 20 Mart 2026, 15:43
315
Tsunami adi dəniz dalğası deyil. O, okeanın dibində baş verən güclü geoloji proseslərin nəticəsidir. Əsasən zəlzələlərdən yaranır. Yer qabığı böyük təktanik plitələrdən ibarətdir və bu plitələr daim hərəkətdədir. Bəzən plitələr bir-birinə ilişir, uzun müddət enerji toplayır və kritik həddə çatanda qəfil qırılır. Bu zaman okeanın dibində ani hərəkət milyonlarla ton suyu yerindən tərpədir və nəhəng dalğalar yaranır.
Citypost.az-ın məlumatına görə, Tsunami dalğalarının fərqi ondadır ki, onların uzunluğu yüzlərlə kilometr ola bilər. Açıq okeanda hündürlük cəmi 1–2 metr olur və gəmilər bunu hiss etmir, amma sürəti saatda 700–800 kilometrə çatır – yəni təyyarə sürətinə yaxın! Sahilə yaxınlaşdıqca suyun dərinliyi azalır, sürət düşür, amma enerji itmədiyi üçün dalğalar 10–40 metr hündürlüyündə su divarına çevrilir.
Tsunami yalnız zəlzələdən yaranmır. Vulkan partlayışları, sualtı torpaq sürüşmələri və böyük meteoritlər də buna səbəb ola bilər. Tarixdə ən dağıdıcı tsunamilerdən biri 2004-cü ildə Hind Okeanında baş verib – dalğalar bəzi yerlərdə 30 metrə qədər yüksəlib və 230 mindən çox insan həyatını itirib.
1958-ci ildə Lituya Körfəzində baş verən tsunami isə ölçülmüş ən hündür dalğa olub – 524 metr! Tsunami çox vaxt qəfil gəlir; əvvəlcə dəniz sahildən geri çəkilir, insanlar maraq üçün yaxınlaşır, amma bir neçə dəqiqə sonra nəhəng dalğa geri qayıdaraq hər şeyi məhv edir.
Bugün okean sahillərində erkən xəbərdarlıq sistemləri qurulsa da, tsunami hələ də milyonlarla insan üçün böyük təhlükə olaraq qalır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Beyin niyə bəzən insanlara “tanış” gəlir?
Bəzən küçədə, avtobusda və ya marketdə birinə baxanda “bu adam haradansa tanış gəlir” hissi hamımızın başına gəlir. Ən maraqlısı isə odur ki, çox vaxt biz bu tanışlığı konkret xatırlaya bilmirik.Citypost.az xəbər verir ki, Nevroloqlar bildirirlər ki, bunun səbəbi beyində üzləri tanıyan xüsusi sistemdir. Qicgah nahiyəsində yerləşən bu sahə üz cizgilərini avtomatik analiz edir. Beyin yeni gördüyü üzü yaddaşda olan minlərlə üzlə saniyələr içində müqayisə edir. Əgər qaşların forması, göz aralığı və üz quruluşu kiməsə oxşayırsa, beynimiz tanışlıq siqnalı verir.Psixoloqlar bunu xatirəsiz tanışlıq hissi adlandırırlar. Bu, bir az da dejavü hissinə oxşayır: insan bir vəziyyəti əvvəllər yaşamış kimi hiss edir, amma...
20 Mart 2026, 11:33
Həbsxanada ixtira olunan diş fırçası: Tarixi necə başladı?
Müasir diş fırçasının maraqlı tarixi var. Ağız gigiyenası insan üçün əsrlər boyu vacib olub, qədim sivilizasiyalar da bunun sağlamlığın əsas təminatı olduğunu anlayırdı. Citypost.az-ın məlumatına görə, diş fırçasına bənzər ilk alətlər eramızdan əvvəl 3500-cü ilə, qədim Babilə aid olub – uc itilənmiş budaqlar dişlər arasını təmizləmək üçün istifadə olunurdu. Yunanlar və romalılar isə daha çox lələkdən istifadə edirdilər.Müasir diş fırçasına oxşayan alət isə 15-ci əsrdə Çində donuz tükü ilə hazırlanıb. Lakin kommersiya məqsədli diş fırçası zavodda deyil, həbsxanada ixtira olunmuşdu. İngilis William Addis həbsxanada olarkən duz və küllə ilə isladılmış təmizlik vasitəsindən razı qalmayıb, sümük üzərində deşiklər açaraq ora donuz...
19 Mart 2026, 11:53
Niyə gündəlik xırda məlumatları tez unudurduq?
Beyin tədqiqatçıları bildirirlər ki, insan yaddaşı hər zaman bütün məlumatları eyni dərəcədə saxlamır. Citypost.az-ın məlumatına görə, gündəlik, əhəmiyyətsiz və rutin məlumatlar tez unudula bilər, çünki onların həyati əhəmiyyəti nisbətən azdır və beynimiz onları dərhal uzunmüddətli yaddaşa köçürmür.Əksinə, güclü emosiyalarla bağlı hadisələr – məsələn, sevinc, qorxu, sevgi və ya sürpriz – daha yaxşı yadda qalır. Bunun səbəbi emosional yaddaşın güclü olmasıdır: beyin emosional məqamları daha dərin sinir şəbəkələrinə yerləşdirir, beləliklə, həmin hadisələr uzun müddət xatırlanır və daha ətraflı yadda qalır. Ekspertlər vurğulayırlar ki, yaddaşın bu fərqliliyi təbiət tərəfindən “prioritetləşdirmə” mexanizmi ilə bağlıdır: beyin həyati və emosional əhəmiyyət daşıyan məlumatlara daha çox...
19 Mart 2026, 10:36
Pişiklər niyə arxası üstə düşmür? – ELMİ izah
Cəmiyyətdə geniş yayılmış fikrə görə, pişiklər sanki möcüzəvi şəkildə hər zaman ayaqları üstə düşür. Mütəxəssislər isə bildirirlər ki, bu hadisə heç də sehr deyil, tamamilə elmi əsaslara söykənən bioloji və fiziki mexanizmlərin nəticəsidir.Citypost.az xəbər verir ki, alimlərin izahına görə, pişiklərdə “Düzəlmə refleksi” adlanan xüsusi mexanizm mövcuddur. Bu proses zamanı daxili qulaqda yerləşən vestibulyar sistem heyvanın bədəninin məkan daxilində vəziyyətini dərhal müəyyən edir. Beyin saniyənin çox kiçik bir hissəsində siqnal verərək bədənin çevrilməsini təmin edir.Pişiklərin uğurlu şəkildə çevrilə bilməsinin əsas səbəblərindən biri də onların son dərəcə elastik onurğa quruluşudur. Bədənlərinin ön və arxa hissələri müstəqil şəkildə hərəkət edə bildiyi üçün heyvan...
18 Mart 2026, 17:05
Solaxaylıqla bağlı maraqlı faktlar
Solaxaylıq uzun illərdir həm elmi, həm də sosial baxımdan maraq doğuran mövzulardan biri olaraq qalır. Araşdırmalar göstərir ki, bu xüsusiyyət təkcə fərdi seçim deyil, müxtəlif amillərin təsiri ilə formalaşan mürəkkəb bir prosesdir.Citypost.az-ın xəbərinə görə, tarix boyu solaxay insanlara münasibət birmənalı olmayıb. Xüsusilə orta əsr Avropasında solaxaylıq bəzən mənfi xüsusiyyət kimi dəyərləndirilir, bu cür insanlar şübhə ilə qarşılanırdı.Statistik göstəricilər isə dünyada insanların təxminən 10 faizinin solaxay olduğunu ortaya qoyur. Yəni hər 10 nəfərdən yalnız biri sol əli ilə üstün fəaliyyət göstərir.Mütəxəssislər bildirirlər ki, solaxaylıq tam şəkildə genetik faktorlarla izah olunmur. Bu xüsusiyyətin formalaşmasında irsi amillərlə yanaşı, ətraf mühit və davranış faktorlarının...
18 Mart 2026, 14:11
Neft necə yaranır? - Maraqlı FAKT
Neftin mənşəyi ilə bağlı geniş qəbul olunan elmi versiyaya görə, bu təbii sərvət milyonlarla il əvvəl qədim dənizlərdə yaşamış mikroskopik canlıların qalıqlarından formalaşıb. Bu proses geologiyada üzvi mənşəli (biogen) nəzəriyyə kimi tanınır.Citypost.az xəbər verir ki, alimlərin fikrincə, qədim okeanlar və dənizlər fitoplankton və zooplankton kimi mikroskopik orqanizmlərlə zəngin olub. Bu canlılar öldükdən sonra onların qalıqları dəniz dibinə çökərək qum və lil təbəqələri ilə qarışıb. Zaman keçdikcə həmin təbəqələr üzərinə yeni çöküntülər yığılıb və milyon illər ərzində böyük təzyiq və yüksək temperatur təsiri altında kimyəvi dəyişikliklər baş verib.Nəticədə üzvi qalıqlar oksigensiz mühitdə tədricən mürəkkəb karbon birləşmələrinə çevrilib. Bu proses nəticəsində əvvəlcə...
18 Mart 2026, 14:01