Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Yeni əməkhaqqı modeli dünya təcrübəsinə uyğundur

Siyasət 20 Mart 2026, 12:45

324

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən   “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd edildiyi kimi, uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkə əhalisinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçib. Sözügedən sənəddə yer alan beş prioritetdən biri dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətdir. Əsas çağırışlardan biri budur ki, iqtisadiyyatın davamlı inkişafı gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalıdır. Qeyri-formal məşğulluğun həcmi müəyyənləşdirilməli və qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilməli, gəlirlərin leqallaşdırılması istiqamətində işlər görülməlidir.

Təbii ki, hər bir çağırış ölkənin dayanıqlı inkişafının təmin edilməsinə, Azərbaycanın sosial dövlət kimi qazandığı imicə yeni əlavələrin olunmasına xidmət edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər dövrün  çağırışlarının olması öz növbəsində idarəetmə sistemində  təkmilləşməni, kadr hazırlığını və gənclərin dövlət idarəçiliyində irəli çəkilməsini bir zərurət kimi qarşıya qoyur. Bu baxımdan Azərbaycanın islahatlar ölkəsi kimi nüfuz qazanması özündə mühüm məqamları ehtiva edir. Xususi vurğulamaq gərəkdir ki, Azərbaycanda təkmil idarəetmə  sisteminin mövcudluğu beynəlxalq səviyyədə təqdir edilir. Bu baxımdan Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST layihələrinin uğurlu icrasını və bunun nəticəsində  vətəndaş məmnunluğunun artırılmasını xüsusi qeyd etmək istərdik. Ölkəmizdə səfərdə olan bu və ya digər dövlətlərin rəsmilərinin keçirilən görüşlərdə, həmçinin imzalanan sənədlərdə Azərbaycanın “ASAN xidmət” təcrübəsindən  bəhrələnməyə xüsusi maraq göstərmələri bunu bir daha sübut edir. Dövlət idarəçilik sistemində yeniliklərdən bəhs edərkən  ölkəmizdə vitse-prezidentlik institutunun yaradılmasını da xüsusi qeyd edə bilərik. Həmçinin hazırda azad edilmiş ərazilərimizdə  müasir çağırışlara uyğun idarəetmə sisteminin  yaradılması da Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir. Ümumiyyətlə, ölkəmizdə  işin keyfiyyətinin artırılması, səmərəliliyin təmin edilməsi  əsas prioritetlər sırasındadır. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycanın dövrün çağırışlarına uyğun olaraq islahatlar prosesini uğurla  davam etdirməsi beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını, ən islahatçı ölkə kimi  mövqeyini möhkəmləndirməsini şərtləndirir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bu islahatların davamı kimi dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsini və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılmasını qeyd edə bilərik.   Prezident  İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal, şəffaf və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır. Dövlət qulluqçularında əlavələrin ləğv edilməsi və bu əlavələrin onların vəzifə maaşlarının baza hissəsinə daxil edilməsi əməkhaqqının vahid strukturunun müəyyən edilməsinə, daha aydın, sabit, ədalətli olmasına imkan yaradır.  Maliyyə intizamının gücləndirilməsi,  şəffaflığın təmin edilməsi, hər bir məsələdə ictimai nəzarətin gücləndirilməsi  dayanıqlı inkişafa hədəflənən addımlardandır. Mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sisteminin sadələşdirilməsi, kollektiv və fərdi mükafatların ləğv edilərək yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturunun müəyyən olunması beynəlxalq təcrübəyə uyğundur. Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə xüsusi önəm verir. Beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi də bunun bariz nümunəsidir. Şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dövlətimizin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindəndir.

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət qulluğunda əməkhaqqı sisteminin yenilənməsi ilə bağlı mühüm dəyişikliklər bu gün ölkə mətbuatında geniş təhlil edilir. Azərbaycan atdığı bu kimi mühüm addımlarla sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir. Son illərdə ölkəmizdə 5 sosial paketin icra olunması iqtisadi inkişafın təkmil sosial siyasətlə tamamlandığını təsdiqləyir. Sözügedən dəyişikliklər “Dövlət qulluğu haqqında” Qanunda  öz əksini tapır. Bu dəyişikliklər idarəetmədə etimadın möhkəmlənməsinə, əmək münasibətlərində ədalət prinsipinin təmin olunmasına, dövlət qulluqçularının fəaliyyətində nəticəyönümlü yanaşmanın güclənməsinə xidmət edir. Bu dəyişikliklər gənc kadrların dövlət xidmətinə cəlb edilməsinə stimul verəcək. Belə ki,  dövlət qulluğuna yeni qəbul olunan şəxslərin maaşının əlavələrə görə aşağı olması gənc kadrların özəl sektora yönləndirirdi. Artıq dövlət qulluğu daha cəlbedici olacaq. “Dövlət qulluğu haqqında” Qanunda əksini tapan dəyişikliklər  yalnız sosial xarakter daşımır, eyni zamanda,  dövlət idarəçiliyində  səmərəliliyi və şəffaflığı   artıracaq. Qeyd etdiyimiz kimi, belə əməkhaqqı modeli dünya ölkələrinin təcrübəsində mövcuddur və müsbət nəticələrə  yol açır. Azərbaycanın təcrübəsinə  beynəlxalq aləmdə dəstək,  eyni zamanda, bu və ya digər ölkələrdə təcrübədə təsdiqini tapan modelin ölkəmizdə tətbiqi müsbət addımdır. Təcrübə mübadiləsi daim inkişafa yol açan amillərdəndir.  

Milli Məclisin deputatı ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dövlət qulluğu sahəsində yeni əməkhaqqı modelinə keçid bu sahəyə peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların cəlb olunmasının stimullaşdırılmasına, eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

20 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.Bu barədə Citypost.az-a XİN-dən məlumat verilib.Telefon danışığı zamanı, iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən irəli gələn əməkdaşlıq məsələləri, habelə Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti müzakirə olunub.Bölgədə daha da artan gərginlikdən dərin narahatlıq ifadə olunub, hərbi eskalasiyanın yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda qlobal sabitliyi də ciddi şəkildə təhdid etdiyi vurğulanıb. Sabitliyin bərqərar olunması istiqamətində səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.Nazirlər müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, xalqlarımız və iki ölkə arasında birliyin və əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıblar.Nazirlər...

20 Mart 2026, 13:48

İlham Əliyev və Şahbaz Şərif arasında  telefon danışığı olub 

Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında martın 20-də telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, xalqlarmıza firavanlıq və yeni-yeni uğurlar arzulayıblar.Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.Telefon danışığı əsnasında Yaxın Şərqdəki mövcud vəziyyətə toxunulub, gərginliyin siyasi yollarla tezliklə həllinin vacibliyi vurğulanıb....

20 Mart 2026, 12:05

Asif Nərimanlı: İran rejimi müharibədə gizli idarəetmə ilə ayaqda qalır

Politoloq Asif Nərimanlının fikrincə, İran rejiminin müharibə şəraitində davamlı qalmasının arxasında həm xüsusi idarəetmə mexanizmi, həm də öncədən hazırlanmış hərbi strategiya dayanır.Siyasi şərhçi bildirir ki, ölkədə ali dini lider sistemin görünən zirvəsi olsa da, əsas qərarların icrası və idarəetmənin davamlılığı “Beyt” adlanan qapalı mərkəz vasitəsilə təmin edilir. Onun qənaətinə görə, bu struktur rəhbər şəxslər aradan götürülsə belə, rejimin fəaliyyətini dayandırmadan davam etdirməsinə imkan verir. İranın müharibədə istinad etdiyi əsas yanaşmalardan biri də “mərkəzləşdirilməmiş mozaika müdafiəsi” taktikasıdır. Bu taktika çərçivəsində yüksək rütbəli komandirlər sıradan çıxarıldıqda, onları dərhal aşağı pillədəki şəxslər əvəz edir və yerli qüvvələr mərkəzdən əmr gözləmədən hərəkət edə bilir.Politoloqun...

20 Mart 2026, 09:28

Heydər Oğuz: F-35-in vurulmasında üçüncü tərəf rol oynaya bilər

Jurnalist və siyasi şərhçi Heydər Oğuz hesab edir ki, İranın ABŞ-ın F-35 təyyarəsini vurması versiyası birbaşa Tehranın öz hərbi imkanları ilə izah oluna bilməz və bu hadisənin arxasında üçüncü tərəfin dəstəyi dayanmış ola bilər.Citypost.az xəbər verir ki, Onun fikrincə, İranın hava hücumundan müdafiə sistemlərinin ağır zərbələr aldığı, hərbi-siyasi rəhbərliyin ardıcıl itkilərlə üzləşdiyi bir şəraitdə ABŞ-ın ən müasir döyüş təyyarələrindən birinə qarşı belə nəticə əldə etməsi ciddi suallar doğurur. Heydər Oğuz bu baxımdan hadisənin arxasında Rusiya, Çin və ya müharibənin uzanmasında maraqlı olan başqa qüvvələrin dayanması ehtimalını istisna etmir.F-35 insidentindən sonra ABŞ və İsrail üçün İran üzərində əvvəlki qədər rahat hava...

20 Mart 2026, 08:51

Məhəmməd Əsədullazadə: “ABŞ-ın F-35 qırıcısını faktiki olaraq İran yox, Çin vurub”  

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə İranın radarlar tərəfindən aşkarlanması çətin olan ABŞ-ın F-35 qırıcı təyyarəsini vurması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, siyasi şərhçi bildirib ki, Çinin yeni radar sistemləri F-35 qırıcılarını aşkar etmək imkanına malikdir və hava hücumundan müdafiə sistemləri də bu texnologiyaya uyğunlaşdırılıb. Onun sözlərinə görə, Çin son dörd ay ərzində İrana radar sistemləri və HHM vasitələri tədarük edib.Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda İranda ABŞ və Çin arasında geosiyasi toqquşmanın yaşandığı şübhə doğurmur. O, həmçinin Hörmüz boğazının bağlı qalmasının və Vaşinqtonun İranda rejimi dəyişə bilməməsinin ABŞ Prezidenti Donald Trampın aprelin 1-nə...

20 Mart 2026, 08:00

Məhəmməd Əsədullazadə: Regionda kimyəvi silah və “çirkli bomba” təhlükəsi artır

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə regionda mümkün hərbi eskalasiya ilə bağlı narahatedici iddialar səsləndirib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, İsrail Tehranda kimyəvi silahdan istifadə variantını nəzərdən keçirə bilər. Şərhçi iddia edir ki, bu addım İran silahlı qüvvələrini zəiflətmək və dövlət idarəçiliyini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər. O, həmçinin bildirir ki, Benyamin Netanyahu belə bir ssenaridə maraqlı ola bilər və Donald Trampın buna razılıq verməsi ehtimalını da istisna etmir.M. Əsədullazadə əlavə edib ki, İsrailin artıq mülki infrastruktura zərbələr endirməsi və Tehranı Qəzza zolağındakı vəziyyətə bənzər şəkildə yaşayış üçün əlverişsiz hala salmaq məqsədilə daha intensiv bombardman...

19 Mart 2026, 08:45