Bizə yazın

Baku

-°C

USD

-

Müctəba Xamenei İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib 

Dünya 20 Mart 2026, 13:55

214

İranın yeni ali lideri Müctəba Xamenei ölkənin kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verib.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Kəşfiyyat naziri və təcrübəli müharibə veteranı İsmayıl Xətibin ölümü ilə əlaqədar başsağlığı verirəm", - paylaşımda qeyd olunub.

O qeyd edib ki, itkinin yeri qurum əməkdaşlarının ikiqat səyləri ilə doldurulmalıdır. M.Xameneinin sözlərinə görə, ölkənin təhlükəsizliyini təmin etmək, daxili və xarici təhdidlərə qarşı durmaq lazımdır.

Qeyd edək ki, martın 18-də İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətibin öldürüldüyünü açıqlayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ukrayna Partiarxı vəfat etdi

Ukrayna Pravoslav Kilsəsinin fəxri Patriarxı Filaret (dünyəvi adı Mixaylo Antonoviç Denisenko) 97 yaşında vəfat edib.Modern.az xəbər verir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin keşişi, Kiyev və Bütün Ukrayna metropoliteni Epifani Facebook-da bildirib.Ukrayna mətbuatının məlumatına görə, keşiş Filaret mart ayında səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

20 Mart 2026, 15:28

Netanyahu Trampa söz verdi: “Bir daha...” 

İsrailin Baş naziri Benyamin Netanyahu İranın neft və qaz obyektlərinə hücumlardan çəkinəcəyinə söz verib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin Baş naziri bununla əlaqədar deyib:"İsrail İranın Asaluyə qaz kompleksinə qarşı təkbaşına hücum edib. Prezident Tramp bizdən gələcək hücumlardan çəkinməyimizi istəyib və biz bunu edəcəyik", - deyə baş nazir bildirib.Netanyahu həmçinin deyib ki, heç bir lider “onunla Donald Trampın koordinasiyalı hərəkəti”ni etmir.O, İsrailin ABŞ-ı münaqişəyə sürüklədiyi iddialarını da təkzib edib.Daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranın neft və qaz obyektlərinə hücumlardan çəkinmək barədə xəbərdarlıq etdiyini bildirib. O, bu açıqlamanı Ağ Evdə Yaponiyanın Baş naziri Sanae...

20 Mart 2026, 14:48

SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb 

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü briqada generalı Əli Məhəmməd Naini öldürülüb.Bu barədə Tasnim xəbər yayıb.

20 Mart 2026, 12:15

Quterreş: Yaxın Şərqdə enerji obyektlərinə hücumlar müharibə cinayətidir

 Yaxın Şərqdəki enerji obyektlərinə hücumlar müharibə cinayətləri hesab edilə bilərCitypost.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş POLITICO-ya bildirib ki , Yaxın Şərq münaqişəsində bütün tərəflərin enerji infrastrukturuna hücumları müharibə cinayətlərinə bərabər ola bilər ."Əgər İran tərəfindən İrana və ya enerji infrastrukturuna hücumlar olarsa, düşünürəm ki, bunların müharibə cinayətləri hesab edilə biləcəyinə inanmaq üçün ağlabatan əsaslar var", - deyə o bildirib.Yeganə...

20 Mart 2026, 11:58

ABŞ-nin bu ölkədəki səfirliyi təxliyə edildi 

 İraqın paytaxtı Bağdaddakı ABŞ səfirliyinin əməkdaşları səfirlik binasından tez bir zamanda təxliyə edilib.Citypost.az xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat yayıb.Mənbələrə görə, NATO üzv dövlətlərinin nümayəndələri də Bağdaddakı yaşayış yerlərini tərk ediblər.Təxliyənin səbəbləri və miqyası barədə hələlik heç bir məlumat yoxdur.İraq tərəfi hələlik bu xəbərlərə münasibət bildirməyib.Yeganə

20 Mart 2026, 11:55

ABŞ Trampın xatirə sikkələrinin buraxılışını təsdiqlədi 

ABŞ İncəsənət Komissiyası ABŞ Prezidenti Donald Trampın təsviri olan xatirə sikkəsinin buraxılmasını təsdiqləyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, müvafiq bəyanatda qeyd olunur ki, üzvləri şəxsən Tramp tərəfindən təyin edilmiş komissiya 24 karatlıq qızıl xatirə sikkəsinin dizaynına yekdilliklə səs verib. Bu xatirə sikkəsinin üz tərəfində hazırkı ABŞ prezidentinin yumruqlarını sıxaraq Oval Ofis masasına söykəndiyi təsvir olunacaq.2025-ci ilin oktyabr ayında ABŞ Maliyyə Nazirliyinin Trampın təsvir olunduğu yeni 1 dollarlıq kolleksiya xatirə sikkələrinin buraxılması imkanını nəzərdən keçirdiyi bildirildi. Bu addımın ABŞ-ın qurulmasının 250 illiyinin qeyd edilməsi çərçivəsində atılması planlaşdırılır.Bu xatirə sikkəsində hazırkı ABŞ prezidenti Amerika bayrağının fonunda yumruğunu qaldırmış vəziyyətdə təsvir olunacaq....

20 Mart 2026, 11:53