DYP hava ilə əlaqədar müraciət edib
Cəmiyyət 08 Aprel 2026, 12:29
307
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Citypost.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər".
Həmçinin oxuyun
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur: "Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.MEDİA-dan Citypost.az verilən xəbərə görə, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və...
08 Aprel 2026, 13:55
Azərbaycanda zəlzələ oldu
Xəzərdə zəlzələ qeydə alınıb.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.
08 Aprel 2026, 13:30
Prezident Naxçıvanla bağlı fərman imzaladı
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə yeni səlahiyyət verilib.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb.Fərmana əsasən isə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər bu səlahiyyət sadəcə Nazirlər Kabinetində idi.Kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının...
08 Aprel 2026, 13:20
İlham Əliyev bu nazirliyin əsasnaməsini dəyişdi
Prezident İlham Əliyev "Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin...
08 Aprel 2026, 13:09
“ZƏNGƏZUR LAYİHƏSİNİN HÖRMÜZ BOĞAZINA ALTERNATİV OLMASI...” – Zahid Oruc yazır
Cənubi Qafqaz regionu son illərdə fundamental geosiyasi transformasiya mərhələsinə daxil olub. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar region dövlətlərinin xarici siyasət kursunu, iqtisadi prioritetlərini və təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişib.Yeni geosiyasi dinamika və dəyişikliklər fonunda Gürcüstanın siyasəti, eləcə də Azərbaycan–Gürcüstan münasibətlərinin gələcəyi xüsusi diqqət tələb edir. Çünki Cənubi Qafqaz həmişə tektonik areallardan biridir. Məhz ona görə də Azərbaycan lideri, “qlobal layları tərpətdik”, deyir. Faktiki olaraq, İkinci Qarabağ müharibəsi yeni dünya nizamının baş siqnalıdır.İlk növbədə, yaxın tarixə nəzər yetirilsə, aydın görünür ki, Gürcüstan son illər xarici siyasətində kəskin dönüş edərək, Mixeil Saakaşvili hakimiyyəti zamanı Qərbə tam inteqrasiya və himayə...
08 Aprel 2026, 13:01
Metronun “28 May” və “Nizami” stansiyaları arasında tunelin inşası zamanı avtobuslar pulsuz işləyə bilər
Bakı metrosunda xətləri ayrılması layihəsi icra edilərkən “28 May” və “Nizami” stansiyaları arasında avtobusların ödənişsiz fəaliyyət göstərməsi məsələsi müzakirə edilir.Citypost.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.“Bu məsələ yalnız Metropolitenə bağlı deyil. Proses üzrə bütün aidiyyəti qurumlar kompleks şəkildə işləyir. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”, - deyə o əlavə edib....
08 Aprel 2026, 12:52