Bizə yazın

Baku

-°C

USD

-

FHN metroda təlim keçirib

Cəmiyyət 29 Aprel 2026, 10:45

328

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC metronun “Koroğlu” və “Ulduz” stansiyalarında taktiki-xüsusi təlim keçiriblər.

Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Koroğlu” və “Ulduz” stansiyaları arasında 2-ci yol mənzilində 41 nömrəli şaxtada ventilyatorun idarəetmə dolabında şərti qısaqapanmadan “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyaların bağlanması, tuneldə işçi işıqların yandırılması, keçid qapılarının açılması və “yanğına ilkin müdaxilə” işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın “söndürülüb”, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər ilkin yardım” göstərilərək təxliyə olunublar.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, bu zaman xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə vaxtı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 6 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı metrosunda iş rejimi dəyişəcək 

Bakı Metropoliteni WUF13 dövründə gücləndirilmiş iş rejiminə keçəcək.Citypost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) təşkilinə uyğun olaraq metroda hərəkət qrafikinə zəruri düzəlişlər ediləcək, pik saatlarda isə intervallar minimuma endiriləcək.Qurumdan qeyd olunub ki, sərnişin axınının tənzimlənməsi məqsədilə bəzi stansiyalara əlavə işçi qüvvəsi və könüllülər cəlb ediləcək, eyni zamanda xəttə buraxılmağa hazır ehtiyat qatarlar saxlanılacaq.Həmçinin forum müddətində Əməliyyat Şirkəti və aidiyyəti qurumlarla mərkəzləşdirilmiş platforma üzərindən koordinasiyalı fəaliyyət həyata keçiriləcək.Məlumatda o da vurğulanıb ki, tədbir günlərində metrodan ödənişsiz istifadə ilə bağlı qərarlar yalnız WUF13 Əməliyyat...

29 Aprel 2026, 11:00

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan...

29 Aprel 2026, 10:57

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib 

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.Qurumdan Citypost.az verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib, qarşıda duran hədəfləri diqqətə çatdırıb.İclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikasının məhkəmələrində monitorinqin aparılması qaydaları” layihəsi təsdiq olunub.Şuranın üzvü, Mülki və kommersiya işləri üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupun rəhbəri Sənan Hacıyev tərəfindən ölkə məhkəmələrində mülki və kommersiya mübahisələri üzrə icraatı dayandırılmış işlərə dair məlumat təqdim olunub.Həmçinin Hakimlərin Qiymətləndirilməsi Komitəsinin sədri Əhliman Xıdırov hakimlərin fəaliyyətinin...

29 Aprel 2026, 10:25

Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər saxlanılıb 

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yeri müəyyən olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanovun Birləşmiş Ərəb Əmirliklərində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılovun Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyevin isə Almaniya Federasiyasında olması müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür....

29 Aprel 2026, 10:00

“Bloomberg”: Aİ Kiyevə 90 milyard avroluq maliyyələşdirmə şərtlərini sərtləşdirə bilər 

Avropa İttifaqı Ukraynadan vergi islahatlarını tələb edir, əks halda Kiyevə ayrılacaq 90 milyard avroluq maliyyələşdirmə üçün şərtlər sərtləşdirilə bilər.AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, Ukrayna müəyyən şirkətlər üçün ƏDV-ni 20 faizə qədər artırmalıdır. Bu addımın ölkədə narazılıq yarada biləcəyi qeyd olunur.

29 Aprel 2026, 09:13

Tural İrfan: Məktəblərdə polis nəzarəti gücləndirilməlidir

Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr fonunda məktəb polisinin yaradılması zərurəti gündəmə gəlib.Citypost.az xəbər verir ki,Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Tural İrfan bununla bağlı açıqlamasında bildirib ki, mövcud vəziyyət artıq əlavə nəzarət mexanizmlərinin tətbiqini qaçılmaz edir.Siyasətçinin sözlərinə görə, məktəblərdə baş verən bıçaqlaşma və digər neqativ hallar göstərir ki, təkcə müəllim, psixoloq və valideyn nəzarəti kifayət etmir. Hadisələr zamanı məsuliyyətin tərəflər arasında ötürülməsi isə problemin həllini çətinləşdirir.Tural İrfan hesab edir ki, məktəblərdə polis əməkdaşlarının fəaliyyət göstərməsi həm profilaktik tədbirlərin gücləndirilməsinə, həm də şagird və valideynlər üzərində məsuliyyət hissinin artmasına səbəb ola bilər. Onun fikrincə, polis valideynlərlə birbaşa işləyərək onların...

29 Aprel 2026, 08:33