Pakistan Hörmüz boğazından keçərək İran yüklərinin tranziti üçün quru dəhlizləri açır
Dünya 29 Aprel 2026, 11:34
285
Pakistanın Ticarət Nazirliyi bildirib ki, Pakistan İrana Hörmüz boğazından yan keçərək yüklərin tranzitinə imkan verəcək altı quru dəhlizi təmin edib.
Citypost.az xəbər verir ki, "Dawn" qəzetinin məlumatına görə, hazırda İrana göndərilən 3000-dən çox konteyner Karaçi limanında yığılıb qalıb. Onların daşınmasına artıq başlanılıb.Bu arada, Pakistan hakimiyyəti Ərəbistan dənizi sahilində, İran sərhədindən 70 km məsafədə yerləşən Qvadar limanını İran yükləri üçün gələcəkdə əsas tranzit və logistika mərkəzi kimi müəyyən edib.
Həmçinin oxuyun
28 fevralda başlayan ABŞ-İsrail müharibəsi zamanı Hörmüz boğazından gəmiçilik demək olar ki, tamamilə dayandırıldı. 8 apreldə ABŞ və İran iki həftəlik atəşkəs elan etdilər və bu atəşkəs daha sonra ABŞ prezidenti tərəfindən qeyri-müəyyən müddətə uzadıldı. Bu müddət ərzində ABŞ İran limanlarını dəniz blokadasına başladı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Polşa və Belarus əsir mübadiləsi aparır: Tusk sərhədə çatıb
Polşa və Belarus arasında “beşə-beş” formatında əsir mübadiləsi həyata keçirilib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir k Polşanın Baş naziri Donald Tusk hökumət iclasını yarımçıq qoyaraq sərhəd bölgəsinə gedib və azad edilən jurnalist Andjey Poçobutla görüşüb. Tusk bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək Poçobutla birgə fotosunu da yayımlayıb.Baş nazir bildirib ki, bu mübadilə iki illik “mürəkkəb diplomatik işin” nəticəsidir və prosesdə Polşa diplomatları və prokurorları ilə yanaşı ABŞ, Rumıniya və Moldova tərəfdaşlarının da rolu olub.Belarusun dövlət agentliyi BelTA isə bildirib ki, mübadilə Belarus Dövlət Təhlükəsizlik Komitəsi ilə Polşa kəşfiyyat orqanları arasında Prezident Aleksandr Lukaşenkonun göstərişi ilə aparılan uzunmüddətli danışıqların nəticəsidir.Qeyd...
29 Aprel 2026, 11:45
Macarıstanın Fidesz partiyası Orbanın istefasını rədd etdi
Macarıstanın hakim Fidesz partiyası istefa verən Baş nazir Viktor Orbanın partiya sədri vəzifəsindən ayrılmasını qəbul etməyib.Citypost.az “İnterfaks”a istinadən yaydığı məlumata görə, Orban aprelin 28-də parlament seçkilərində məğlubiyyətdən sonra Fidesz partiyasının sədrliyindən istefa versə də, bu qərar partiya daxilində təsdiqlənməyib.Partiya nümayəndələri bildiriblər ki, məsələ ilə bağlı yekun qərar 13 iyunda keçiriləcək qurultayda veriləcək.Qeyd edək ki, 12 apreldə Macarıstanda keçirilən parlament seçkilərində Fidesz partiyası məğlub olub, müxalifətdəki Tisza partiyasının lideri Peter Magyar isə qalib gəlib. Yeni baş nazirin andiçmə mərasiminin 9 mayda keçirilməsi planlaşdırılır.Turan...
29 Aprel 2026, 11:43
Rusiyada saxlanılan iki Moldova vətəndaşı mübadilə yolu ilə azadlığa buraxılıb
Rusiyada saxlanılan Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (MKX) iki əməkdaşı mübadilə yolu ilə azadlığa buraxılıb və Moldova hakimiyyətinə təhvil verilib.Citypost.az-a Molpress-ə istinadən verdiyi məlumata görə, “5-ə 5” formatında həyata keçirilən mübadilə Belarus–Polşa sərhədində baş tutub.Moldova Prezidenti Maya Sandu hadisə ilə bağlı açıqlamasında bildirib ki, proses bir neçə ay əvvəl başlayıb və Milli Təhlükəsizlik Şurası tərəfindən koordinasiya olunaraq tərəfdaş ölkələrlə birgə həyata keçirilib. O, ABŞ Prezidenti Donald Trampa və digər tərəfdaş dövlətlərə əməliyyatda göstərilən dəstəyə görə təşəkkür edib.“Biz Rusiyada saxlanılan iki Moldova vətəndaşını azad edərək geri qaytara bildik. Hər ikisi Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır və beynəlxalq mübadilə nəticəsində ölkəmizə qaytarılıblar”, –...
29 Aprel 2026, 11:41
Mali prezidenti hakimiyyətin ölkədəki vəziyyəti tam nəzarətdə saxladığını bildirib
Malidəki vəziyyət hakimiyyətin nəzarəti altındadır. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Assimi Qoyta xalqa müraciətində bildirib. Məlumata görə, o, ölkənin bir neçə bölgəsində radikal qrupların koordinasiyalı hücumlarının başladığı 25 apreldən bəri ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.“Vəziyyət nəzarət altındadır”, – deyə dövlət başçısı vurğulayıb.Qoyta əlavə edib ki, radikal silahlı qruplara qarşı əməliyyatlar onların tam zərərsizləşdirilməsinə və ölkə daxilində təhlükəsizliyin tam bərpasına qədər davam etdiriləcək. O, həmçinin Sahel Konfederasiyasının (Burkina Faso, Mali, Niger) birgə fəaliyyətini və birləşmiş qüvvələrin regionda təhlükəsizliyin təmin olunması istiqamətində səylərini yüksək qiymətləndirib.Prezident çıxışında Rusiya ilə əməkdaşlığa da toxunaraq, “Tərəfdaşlarımızla, xüsusilə Rusiya ilə...
29 Aprel 2026, 11:32
Kral III Çarlz ABŞ Konqresində çıxış edib
Kral III Çarlz ABŞ Konqresinin hər iki palatasının birgə iclasında tarixi çıxışı zamanı ABŞ-Böyük Britaniya ittifaqının və NATO-nun rolunu vurğulayıb.Modern.az xəbər verir ki, Kral çıxışında müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrində ABŞ və Böyük Britaniya arasında əlaqələrin uzun illər ərzində formalaşdığını bildirib. Onun sözlərinə görə, bu münasibətlər illərlə deyil, onilliklərlə ölçülən möhkəm təmələ əsaslanır.Qeyd edək ki, son aylarda ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı və ölkənin Baş naziri Kir Starmeri tez-tez tənqid edib. Rəsmilər hesab edirlər ki, Kralın bu səfəri müttəfiqlər arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edə bilər....
29 Aprel 2026, 09:35
Kreml: Moskvada "Qələbə paradı" keçiriləcək
Moskvada "Qələbə paradı" keçiriləcək.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.O əlavə edib ki, Kreml paradın formatı barədə ictimaiyyəti vaxtında məlumatlandıracaq.Qeyd edək ki, Rusiya mətbuatında Moskvada 9 May paradının ləğv olunacağı və ya təxirə salınacağı ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlarda "Qələbə paradı"nın təhlükəsizlik səbəbi ilə ləğv ediləcəyi bildirilib.
28 Aprel 2026, 17:30