Bizə yazın

Baku

-°C

USD

-

59- qarşıdan gələn uğurlardan xəbər verir...  Elman Eldaroğlu yazır...

Söz adamı 29 Aprel 2026, 10:37

1678

2013-cü ildən üzübəri dünyaya gələn “Alfa nəsli” onu çətin ki tanısın. Yəqin ki, 1997-ci ildən 2012-ci ilədək anadan olan “Z nəsli”nin də arasında onu tanıyanlar az olar. Amma 1981-ci ildən 1996-cı ilədək doğulan “Y nəsli”ndən(Milleniallar) əvvəlki- 1965-1980-ci illəri əhatə edən “X nəsli”, 1946-1964-cü illərdə doğulan "Beybibumerlər nəsli" və eləcə də 1925-1945-ci illərdə dünyaya gələn "Sakit nəsil"in nümayəndələri onu yaxşı xatırlayırlar. Tərcüməçi, dramaturq, publisist, məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, bir vaxtlar fəaliyyətdə olan ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlını nəzərdə tuturam. 2010-cu ilin iyun ayının 12-də vəfat edib...

 Yox, yox, bu dəfə sizə Mailə xanımdan deyil, onun yadigarı- kino aktyoru və rejissoru, əməkdar incəsənət xadimi Elxan Cəfərovdan söhbət açmaq istəyirəm. Axı, aprelin 29-u onun növbəti ad günüdür...

Deyir ki:- “Milli-mənəvi dəyərlər kinematoqrafiyanın vacib bir hissəsidir. Gənclər hərdən dəyərləri kənara qoyub film çəkmək istəyirlər, mənə gülməli gəlir. Yaxşı, sən kinonu hansı mövzuda çəkəcəksən? Məsələn, Amerika həyatından mafiya kinosu çəkəcəksənsə, bu gülməli görünəcək. Bizim reallığa uyğun deyil. Hər bir reallığın özünün dəyərləri var və o dəyərlərin dünyəvi nümayişi vacib şərtlərdən biridir. Sən dünyaya film çıxartmaq istəyirsənsə, milli-mənəvi dəyərlər olmadan dünyanı nə ilə maraqlandıracaqsan? Onun öz ölkəsində olan hadisələrlə? Hətta sosial mövzuda çəkirsənsə belə, bu mütləq milli-sosial mövzu olmalıdır. Millilikdən kənar incəsənət heç kimə maraqlı deyil. Nə öz auditoriyana, nə də xarici auditoriyaya...”

Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1984-cü ildə Moskva şəhərində Ümumittifaq Kinematoqrafiya institutuna daxil olub.1985-1988-ci illərdə SSRİ hərbi dəniz donanması sıralarında hərbi qulluq keçib. 1990-cı ildə institutu bitirdikdən sonra Dövlət “Yuğ”teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1995-1997-ci illərdə Dövlət Tele-Radio verilişləri nəzdindəki “Proloq” studiyasınin bədii rəhbəri işləyib. Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin üzvüdür...

“Mədəniyyət adamı ilk növbədə xalqına lazımdır, mədəniyyət ilk növbədə yaşadığın toplumun mənəvi keyfiyyətlərini yüksəltmək üçün lazımdır. Dünyaya çıxışın da bununla olacaq. Yox, əgər sən özünə məqsəd qoyursansa ki, mən azad sənətkaram, bu mümkünsüzdür. Sən hansı reallığa toxunacaqsansa, orada hansısa dəyərlər, məhdudiyyətlər olacaq. Dünya artıq başa düşüb ki, orta statistik boz adam heç kim üçün maraqlı deyil. Xarici ölkələrdən bizə turist gələndə hara gedir? “Atəşgaha”, “Şirvanşahlar sarayı”na. Onun maraq dairəsi milli maraqlara söykənir.”- söyləyir.

O, hələ uşaq yaşlarında bir neçə filmə çəkilib. Onun ifa etdiyi çoxsaylı uşaq rolları arasında A. Dovjenko adına kinostudiyanın “Hazır ol, əlahəzrət” filmində şahzadə rolu da var. Hazırda rejissor kimi çalışır, klip və filmlər çəkir...

Deyir ki:- “Azərbaycanda kinodan pul götürmək mümkün deyil. Çünki 10 milyonluq əhalinin ən yaxşı halda bir milyonunu izləyici kimi kinoya dəvət edə bilərik. Bu da üç, dörd milyon gəlir gətirər. Amma bu gün Qazaxıstanda tarixi “Tomris” filminin büdcəsi 20 milyon dollardır. Bu gün tarixi film çəkməyə dursaq, minimal dəyəri 5-6 milyon dollardır. Kino bahalı sənətdir, mənim üçün yarım milyon kino pulu deyil. Bu bilirsiniz nəyə oxşayır? Elə bil, kosmik gəmi buraxmaq istəyirsən, amma pulun təyyarəyə çatır. Bəli, təyyarə ilə də uçmaq olar, amma kosmosa yox. Əgər kinonun inkişafını istəyiriksə üç sahə bərabər inkişaf etməlidir: kommersiya, müəllif və ideoloji filmlər. Bu gün kommersiya filmlərinin çəkilməyinə sevinirəm, məsələn, Taleh Yüzbəyovun “Bəlkə də” filmi çox böyük maraqla qarşılanıb, düzdür, mən izləməmişəm, amma insanların rəyindən görürəm ki, maraq var. Amma buna tam olaraq kinematoqrafiyanın inkişafı demək olmaz. İnkişaf bayaq dediyim kimi üç tərəfdən olmalıdır...”

...Elxan Cəfərov dünyaya gələndə həftənin şənbə günü olub. Şənbə günü doğulanlar adətən hədsiz dərəcədə işgüzarlığı, ağlı və istedadı ilə fərqlənirlər. Anadangəlmə məsuliyyət hissi bu insanları inanılmaz mövqeyə qaldırır. Onların həyat yolu- əmək, iş, öhdəlik və səbirdən ibarətdir...

“Kim deyirsə, mən istedadlıyam, mənə yol açmırlar, elə deyil. Yolu Allah açır, bəndə açmır. İstedadın varsa mütləq formada irəli gedəcəksən. Ümumiyyətlə, həyatdan narazılıq edən insan acizdir. Həyatda mənəvi olaraq inkişaf etmək lazımdır, məqsəd qoyub o məqsədə doğru bütün sədləri aşmaq lazımdır. Ondan sonra yollar özü açılır, axı adam necə birdən-birə onuncu mərtəbəyə qalxa bilər? Yavaş-yavaş, mərtəbə-mərtəbə qalxmaq lazımdır. Yox, sən deyirsənsə birinci mərtəbə mənlik deyil, elə mən səkkizdən başlayım, belə olmur. Yəni o narazılıq edənlər həmin səkkizinci mərtəbədən başlamaq istəyənlərdir. Gəncliyin içində hər şeyi tez əldə etmək istəyi var. Demirəm bu pisdir, amma yaşlıların istiqaməti ilə bu enerjini düzgün istiqamətə yönəltmək lazımdır. Yoxsa “siz ağsaqqallar bir şey deyilsiniz, sizin dünyanız qurtardı”, - belə demək olmaz.”- söyləyir.

...Cəmiyyət içərisində ön planda olmağı, seçilməyi xoşlamır. Sakit yaşamağa və özünü səbirli aparmağa üstünlük verir. İncə və səmimi yumoru yaxşı duyur. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır. Stabil həyat tərzinə meyillidir. Bu da onun ən müsbət xüsusiyyətlərindən biri sayılır. Və həm də qətiyyətli və güclüdür. Xəyanətə nifrət edir və heç vaxt bağışlamır. Hətta qarşısındakı insanın xəyanətə meyilli olub olmadığını da dərhal hiss edir. İntizamlı olduqları üçün adətən iş həyatında uğur qazana bilir. Problemlərin həllində bacarıqlı və təmkinli olduğu üçün iş həyatında liderlik potensialına malikdir...

Bəli, bu gün Elxan Cəfərovun 59 yaşı tamam olur. 59 rəqəmi, mələklərin numerologiya sistemində bolluq, zənginlik və uğur simvolu kimi qəbul edilir. Bu rəqəm, həyatda müsbət dəyişikliklərin və böyük rifahın yaxınlaşdığını göstərən müsbət bir mesaj hesab olunur. Xüsusilə iş və maliyyə sahəsində böyük şans və uğur dövrünün başlanğıcını simvolizə edir. Eləcə də köklü və müsbət dəyişikliklərin olacağına işarədir. Xülasə, 59 rəqəmi qarşıdan gələn müsbət fürsətlərdən və zənginlikdən xəbər verir. 

59 yaşı münasibətilə Elxan bəyə möhkəm can sağlığı arzulayıram...

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR 

Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət,  ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə  böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım.  Bir nəfər barəsində aparılan...

20 May 2026, 11:53

Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”

İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...

19 May 2026, 10:21

O, rəhbər olmaq üçün doğulub...  Elman Eldaroğlu yazır...

"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...

14 May 2026, 08:56

Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...

Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...

11 May 2026, 12:29

Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ?  Zaur Əliyev yazır...

Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla  Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan  şəxslərdən biri idi.  Rusların Gəncəni bombalaması,...

11 May 2026, 12:07

Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”

Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...

11 May 2026, 11:50