Bizə yazın

Baku

-°C

USD

-

Qanunsuz saxlanılan silahlar aşkarlanıb 

Hadisə 29 Aprel 2026, 10:51

312

Aprelin 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 qumbara, 1 alışdırıcı, 3 tüfəng, 2 patron darağı və 83 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sumqayıtda silah-sursat aşkarlanıb 

Sumqayıt şəhərində silah-sursat aşkarlanıb."Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.Ərazidən 1 ədəd 7,62 kalibrli "AK-74 Kalaşnikov" markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

29 Aprel 2026, 10:06

Şəmkirdə 28 qoyun yanaraq tələf olub 

Şəmkir rayonunun Sabirkənd kəndində tövlə yanıb."Report"un Qərb bürosunun məlumatına görə, yanğın kənd sakini Telman Əliyevə məxsus, sahəsi 60 kvadratmetr olan tövlədə baş verib.Daha sonra alov yaxınlıqda yerləşən, Fərqanə Məmmədovaya məxsus tövləyə də keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri alovu söndürüblər.Yanğın nəticəsində Telman Əliyevə məxsus tövlə tamamilə yanıb. Tikilidə olan 30-a yaxın qoyundan 28-i yanaraq tələf olub.Həmçinin, alovun keçdiyi Fərqanə Məmmədovaya məxsus, sahəsi 70 kvadratmetr olan tövlənin yanar konstruksiyaları da yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təsərrüfat sahiblərinə ciddi maddi ziyan dəyib.Faktla bağlı araşdırma aparılır....

28 Aprel 2026, 13:56

Abşeronda 40 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb 

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 40 min manat dəyərində inşaat materialları, kombi aparatı və avtomobil ehtiyat hissələri oğurlanıb.Bu barədə Citypost.az Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir qismini satdığı məlum olub.Araşdırma aparılır.

28 Aprel 2026, 12:16

Cəliləbadda məktəblini maşın vurub öldürüb 

Cəlilabadda 13 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.Modern.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yarməmmədov Həmid Edison oğlu idarə etdiyi "VAZ 21043" minik markalı avtomobillə Üçtəpə kəndindən Təzəkənd kəndi istiqamətində hərəkətdə olarkən 2013-cü il təvəllüdlü Zamanov Murad Möhübbət oğlunu vurub.Yeniyetmə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.Faktla bağlı araşdırma aparılır.

28 Aprel 2026, 09:52

Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var 

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib."Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb."Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

27 Aprel 2026, 15:02

Bu ilin 3 ayı ərzində 43 piyadanı avtomobil vurub, 21-i ölüb 

Bu ilin 3 ayı ərzində paytaxt yollarında qeydə alınan 68 yol-nəqliyyat hadisəsinin 43 piyada vurulması ilə bağlı olub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.Bildirilib ki, nəticədə 21 piyada ölüb, 22-i isə xəsarət alıb.

27 Aprel 2026, 14:35