Ərdoğan: "Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"
Dünya 05 May 2026, 08:31
279
"Avropa İttifaqının bu gün Türkiyəyə daha çox ehtiyacı var, nəinki Ankaranın Avropaya".
Modern.az-ın "TRT Haber"ə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
"Son vaxtlar avropalıların Türkiyənin Avropadakı mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyətə aydınlıq gətirmək məcburiyyətindəyik: bu gün məsələ Ankaranın harada olması deyil, Brüsselin gələcək dünyada harada olmaq istəməsidir. Artıq başa düşülməlidir ki, Türkiyənin tamhüquqlu üzv olmadığı Aİ qlobal oyunçu və cazibə mərkəzi ola bilməyəcək", - deyə Ərdoğan vurğulayıb.
Həmçinin oxuyun
Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə münasibətdə uzağı görə bilməməsi hələ də davam edir.
"Lakin onlar unutmamalıdırlar ki, bugünkü Türkiyə əvvəlki ölkə deyil və dünya artıq əvvəllər olduğu kimi Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır", - deyə Ərdoğan əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Çində pirotexnika zavodunda partlayış nəticəsində 20-dən çox ölən, 60-dan çox yaralı var
Çinin Çanşa şəhərində pirotexnika zavodunda baş verən partlayış nəticəsində 21 nəfər ölüb, 60-dan çox insan yaralanıb.Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.Məlumata görə, əraziyə təxminən 500 xilasedici cəlb olunub, partlayış təhlükəsi ilə əlaqədar insanlar təxliyə edilib. Bildirilir ki, yaxınlıqdakı iki anbarın qara barıtla dolu olması əlavə risk yaradıb.Çin Xalq Respublikasının sədri Si Cinpin hadisənin hərtərəfli araşdırılmasına dair göstəriş verib.Hazırda partlayışın səbəbləri müəyyənləşdirilir.Axtarış-xilasetmə əməliyyatlarında fövqəladə xidmətlər tərəfindən üç robotdan istifadə olunub....
05 May 2026, 08:56
Braziliyada təyyarə yaşayış evinə çırpılıb
Braziliyanın Belo-Orizonti şəhərində yüngülmühərrikli təyyarə yaşayış evinə çırpılıb.CNN-in məlumatına görə, hadisə nəticəsində pilot və bir sərnişin həlak olub, digər şəxslər xəsarət alıb.Təyyarədə ümumilikdə beş nəfərin olduğu ehtimal edilir.Məlumata görə, pilot uçuş zamanı texniki problemlər barədə dispetçerə xəbər verib.Çırpıldığı ev boş olduğundan sakinlər arasında xəsarət alan olmayıb.Hadisənin səbəbləri araşdırılır.(APA)
05 May 2026, 08:07
Tramp: ABŞ ələ keçirilən İran neftinin böyük hissəsini özünə götürür
Hind okeanında ələ keçirilən İran tankerlərindəki neftin böyük hissəsi ABŞ-a yönləndirilir.Bunu ABŞ Prezidenti Donald Tramp “Salem News” telekanalına müsahibəsində deyib.“Onun böyük hissəsi ABŞ-a gəlir”, – deyə Tramp qeyd edib.(APA)
05 May 2026, 08:00
İran ordusunun ABŞ esmineslərinə xəbərdarlıq atəşi açmasının təfərrüatı bilinib
ABŞ-a məxsus esmineslər bir neçə saat əvvəl Oman dənizində radarlarını söndürərək Hörmüz boğazına yaxınlaşmağa cəhd edib.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran ordusu bəyanat yayıb.Bəyanatda qeyd olunub ki, həmin gəmilər radarlarını yenidən işə saldıqdan dərhal sonra aşkarlanıb və İran Hərbi Dəniz Qüvvələri tərəfindən atəşkəsin pozulmasının riskləri ilə bağlı radioqxəbərdarlıq edilib.Bildirilib ki, ABŞ esminesləri buna məhəl qoymadıqdan sonra yenidən xəbərdarlıq edilərək Hörmüz boğazına daxil olmağa hər hansı cəhdin atəşkəsin pozulması kimi qiymətləndiriləcəyi və buna qarşılıq veriləcəyi açıq şəkildə bəyan edilib.ABŞ esmineslərinin ilkin xəbərdarlığa məhəl qoymaması fonunda İran Hərbi Dəniz Qüvvələri tərəfindən gəmilərin ətrafına qanadlı raketlər, raketlər və döyüş PUA-ları atılıb.İran...
04 May 2026, 17:53
Rusiya Ermənistanı hərbi müdaxilə ilə hədələdi
“Fransa və Ermənistan hakimiyyətləri Avropa Siyasi Birliyinin sammiti vasitəsilə öz reytinqlərini artırmağa və ictimaiyyətin diqqətini fəlakətli durumdan yayındırmağa çalışırlar”.Citypost.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib.“Ermənistan tarixi yolu səhv seçərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə Avropa süfrəsində yemək kimi xidmət etməklə riskə gedir”, - o qeyd edib.Deputatın sözlərinə görə, Ukrayna ordusu və iqtisadiyyatının dəstəklənməsi ilə bağlı açıqlamalar tamamilə mənasızdır:“Əslində, Avropa bununla Kiyev və İrəvanın hansı resurslarının mənimsənilə biləcəyini göstərmək istəyir.Əsl məqsəd birdir: gözləri bağlamaq və “güclü birlik” illüziyası yaratmaq. Əlbəttə, belə birlik mümkün deyil, çünki Avropa nə Ermənistan, nə də Ukrayna ilə bərabər səviyyədə danışacaq.(Ukrayna...
04 May 2026, 17:43
Misirdə qədim Ptolemey, Roma və Bizans dövrlərinə aid nadir artefaktlar tapılıb
Misirin Qədim Əşyalar üzrə Ali Şurasının (SCA) təcili missiyası tərəfindən İsgəndəriyyə şəhərinin Məhərrəm Bəy ərazisində aparılan qazıntılar zamanı Ptolemey, Roma və Bizans dövrlərini əhatə edən zəngin memarlıq və mədəni artefaktlar aşkar edilib.AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, tapıntının mərkəzində Ptolemey dövrünün sonlarına aid olan nadir dairəvi ictimai hamamın qalıqları, mürəkkəb dizaynlı mozaika döşəmələri ilə seçilən Roma yaşayış villası ilə yanaşı, “toloi” kimi tanınan artefaktlar da var. Bu elementlər qədim İsgəndəriyyədə şəhər həyatının canlı mənzərəsini yaradır. Bu qədim şəhər inkişaf etmiş planlaşdırma, memarlıq incəliyi və yüksək həyat səviyyəsi ilə seçilirdi.Misirin turizm və qədim əşyalar naziri Şərif Fəthi kəşfi İsgəndəriyyənin...
04 May 2026, 17:38