Gəncədə ağır qəza baş verib, bir nəfər ölüb
Hadisə 05 May 2026, 08:38
270
Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan BMW markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə, daha sonra isə ağaca və köşkə çırpılıb.
Həmçinin oxuyun
Qəza zamanı ərazidə təmizlik işləri aparan 1961-ci il təvəllüdlü Z. Qurbanova avtomobil ilə köşkün arasında sıxılaraq hadisə yerində həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
FHN: Gəncədə zavodda baş verən yanğının söndürülməsinə 60 nəfər cəlb olunub
Gəncə şəhəri Ə.Arazov küçəsində yerləşən zavodda baş verən yanğının söndürülməsinə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub.Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
05 May 2026, 09:15
Azərbaycanda universitet rəhbəri məsuliyyətə cəlb edildi
Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin rəhbəri Rahim Məmməd oğlu Hüseynov inzibati məsuliyyətə cəlb edilib.Citypost.az xəbər verir ki, Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Rahim Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilib."Təfəkkür" Universitetinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu qismində tərəf olduğu icra sənədlərinin icrasını təmin etməyib, icra məmurunun qanuni tələblərini yerinə yetirməyib.Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetindən 13 650 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatı, cəmi 13 735...
04 May 2026, 17:33
Qaraheybətdə bədbəxt hadisə olub
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə baş verib.DİN-in Mətbuat Xidmətindən Citypost.az-a bildirilib ki, kursant M.Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində vəfat edib.Faktla bağlı müvafiq araşdırmalar aparılır.
04 May 2026, 16:21
Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Mayın 2-də və 3-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 49, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin narkotiklərlə əlaqəli 31 müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 7,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt...
04 May 2026, 11:03
Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb
Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb."Report"un yerli bürosu xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.Faktla bağlı araşdırma aparılır.
04 May 2026, 10:05
KTM: Ötən ay zəhərlənməyə görə 5 nəfər ölüb
2026-cı ilin aprel ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.Bu barədə Citypost.az-a KTM-dən məlumat verilib.Bildirilib ki, müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyici məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin...
04 May 2026, 09:49