Bizə yazın

Baku

-°C

USD

-

Pistorius Trampı Hörmüz boğazı ilə bağlı böhranı qızışdırmaqda ittiham edib

Dünya 22 İyun 2026, 08:28

1298

Hörmüz boğazının bir neçə ay davam edən blokadası ilə bağlı böhran məhz Amerika Prezidenti Donald Tramp tərəfindən təhrik edilib.

Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "ARD" telekanalına müsahibəsində bildirib.

"Sonda Hörmüz boğazının dar keçidinə tıxacı itələyən biz yox, Donald Tramp oldu. İndi isə boğazın yenidən açılmasında maraqlı olan bizik", - o bildirib.

Pistorius diqqəti ona yönəldib ki, Hörmüz boğazındakı vəziyyətin nizamlanması Avropa dövlətləri üçün son dərəcə zəruridir, çünki bu, enerji tədarükünün təmin edilməsi və iqtisadiyyatın sağlamlaşdırılması üçün həlledici əhəmiyyət kəsb edir.

Xatırladaq ki, İran və ABŞ iyunun 18-ə keçən gecə 28 fevralda başlayan hərbi münaqişəyə son qoymağı hədəfləyən anlaşma memorandumu imzalayıb.

Tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra "Al Hadath" telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

"Axios" portalı isə bütün tərəflərin danışıqların gedişatından razı qaldığına dair məlumat yayıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

194 yaşında Ginnesə düşdü

194 yaşlı Conatan adlı tısbağa Ginnesin Rekordlar Kitabına düşüb.Citypost.az "Unikal" a istinadən xəbər verir ki, planetin ən yaşlı canlı heyvanı Müqəddəs Yelena adasında kəşf edilib. O, adətən 150 il yaşayan Aldabra nəhəng tısbağa növünə aiddir. Conatan 1832-ci ildə anadan olub və 1882-ci ildə Seyşel adalarından Müqəddəs Yelena adasına köçürülüb. Adanın hökumətinin mətbuat xidmətinin məlumatına görə, yaşına baxmayaraq, Conatan ictimai tədbirlərdə iştirak etməyə davam edir.Yeri gəlmişkən, Ginnesin Rekordlar Kitabının ikonası statusu yalnız ən görkəmli rekordçulara və qlobal səhnədə əhəmiyyətli təsir göstərən şəxslərə verilir....

22 İyun 2026, 09:50

Pakistanın Baş naziri: İran və ABŞ münaqişənin sülh yolu ilə həllində maraqlıdır

İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar.Citypost.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.Məlumata görə, İsveçrədə Tehran və Vaşinqton arasında keçirilən danışıqlarda vasitəçilik edən Şahbaz Şərif İran rəhbərliyinin regionda sülhün təmin olunmasına sadiq qaldığını vurğulayıb.Şahbaz Şərif, həmçinin ABŞ Prezidenti Donald Trampın da qlobal sülhün tərəfdarı olduğunu ifadə edib.

22 İyun 2026, 09:28

Əl Şaraa Livanın xilası üçün "Hizbullah" ilə danışıqlara hazırdır

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa qonşu Livanda sülh və sabitliyi təmin edə biləcək həll yolunun axtarışı üzərində işləyir.Citypost.az "Report"a istinadən xəbər verir ki, Şaraa bu barədə BƏƏ-nin "Al Mashhad" telekanalına müsahibəsində bildirib."Biz Livan dövlətçiliyinin qorunub saxlanmasına zəmanət vermək üçün [Livanın radikal qruplaşması olan] "Hizbullah"la bağlı məsələni nizama salmağa çalışırıq. Əgər bu bütün tərəflər üçün faydalı olacaqsa, biz danışıqlar prosesinə hazır olduğumuzu bildiririk", - o vurğulayıb.Suriya lideri qeyd edib ki, uzunmüddətli böhrandan çıxmaq üçün Livanın siyasi razılıq əldə etməyə kəskin ehtiyacı var, çünki ölkədəki vəziyyət qütbləşmənin daha da artmasına tab gətirmək iqtidarında deyil....

22 İyun 2026, 09:00

III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq

Böyük Britaniya kralı III Çarlz kral ailəsinin tarixində ilk dəfə olaraq ödədiyi vergilərlə bağlı məlumatları ictimaiyyətə açıqlayacaq.Bu barədə "Sky News" məlumat yayıb.“III Çarlz şəxsi vergilərinə dair məlumatları açıqlayan ilk Britaniya monarxı kimi tarixə düşəcək”, - deyə məlumatda bildirilir.Qeyd olunur ki, kralın ödədiyi vergilərlə bağlı məlumatlar bu həftənin sonunadək dərc ediləcək.

22 İyun 2026, 08:20

Estoniya Baş naziri: Aİ Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz

Estoniyanın Baş naziri Kristen Mixal Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların Avropa İttifaqının iştirakı olmadan, birbaşa Moskva və Kiyev arasında aparılmalı olduğunu bildirib.APA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.“Danışıqlar yalnız Ukrayna və Rusiya arasında keçirilə bilər. Avropa İttifaqı vasitəçi rolunda çıxış edə bilməz, çünki bu, Ukraynaya göstərilən dəstəyi məhdudlaşdıra bilər”, - deyə Mixal vurğulayıb.

22 İyun 2026, 08:00

İsrail Ordusu Suriyanın cənubunda irəliləyir 

İsrail qüvvələri Suriyanın Dera vilayəti yaxınlığında irəliləyib, hərbçilər qərbdə yerləşən Yərmuk hövzəsi ərazisinə daxil olaraq bir sıra fərdi yaşayış evlərində axtarış aparıblar.Bu barədə “Al Jazeera“ məlumat yayıb.Xatırladılır ki, İsrail 2024-cü ildə Colan yüksəkliklərində yeni ərazilərə nəzarəti ələ keçirib. Bu hadisə həmin ilin dekabr ayında müxalif qüvvələrin sürətli irəliləyişi nəticəsində Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verib.“Al Jazeera“ telekanalının bu yaxınlarda dərc etdiyi araşdırmada qeyd olunur ki, İsrail qüvvələri Suriyanın cənubunda rəsmi İsrail xəritələrində göstərilməyən faktiki hərbi mövcudluq formalaşdırıb....

21 İyun 2026, 10:43